1. ÜMumi DİLÇİLİk I indd


Şəkil 4. Səs tellərinin vəziyyəti



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə218/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   214   215   216   217   218   219   220   221   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Şəkil 4. Səs tellərinin vəziyyəti:
a) adi tənəffüsdə; b) pıçıltıda; c) danışıqda
Yuxarıdakı bu iki vəziyyətdən tamamilə fərqli olaraq, 
danışıq zamanı çalovvarı qığırdaqlar daxili istiqamətə çev-
rilir, səs telləri bir-birinə möhkəm kipləşərək qırtlaqdan 
gələcək hava axınının qarşısını kəsir. Bu zaman ağciyərlə-
rin fəaliyyəti nəticəsində hava axını səs tellərinə təsir edir, 
onu aralayıb xaricə çıxmalı olur. Bunun nəticəsində səs tel-
ləri titrəyir, hava rəqslənir, səs əmələ gəlir. Lakin bu hələ 
bizim nitqimizdə eşidilən rəngarəng səslər deyildir. Belə 
ki, burada yaranan səs nitq üçün formalaşmamış, bəsit və 
zəif səsdir. Həmin səs ancaq digər danışıq üzvləri vasitə-
silə formalaşır və müxtəlif nitq səslərinə çevrilir.
Səs telləri vasitəsilə yaranan səslər səs keçidindən sü-
zülüb udlaq boşluğuna daxil olur.
Udlaq boşluğu. Bu üzv qırtlaqdan yuxarı hissədə yer-
ləşir. Udlaq üç hissədən ibarətdir: udlağın burun hissəsi 
burunla, ağız hissəsi ağızla, qırtlaq hissəsi isə qırtlaqla bir-
ləşir. Udlaq boşluğu formaca dəyişkəndir. O, genişləndiyi 
kimi, bir qədər darala da bilir. Onun quruluşunda yarana 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
390
bilən bu dəyişiklik əzələlərin gərginləşməsi və zəifləşməsi 
nəticəsində baş verir.
Udlaq çoxvəzifəli üzvdür. Onun vəzifələrinə həm sor-
ma, udma, həm də tənəffüs, səsi qüvvətləndirmə və sair 
daxildir. Yuxarıda qeyd etmişdik ki, səs tellərinin titrəmə-
si çox zəif səs törədə bilir. Bu səs rezonatorlar vasitəsilə 
gücləndirilir. Udlaq boşluğu da səsi qüvvətləndirən re-
zonatorlardan biridir. Hava rəqslərinin qüvvəsi bu üzvün 
daxilində müəyyən miqdar artır. Danışıq səsinin yaranma-
sında udlaq boşluğunun rezonator vəzifəsi ancaq bu qeyd 
etdiyimizdən ibarətdir.
Nitq prosesində hava axını udlaq boşluğundan iki is-
tiqamətə – ağız və burun boşluğuna keçə bilir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin