1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə222/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   218   219   220   221   222   223   224   225   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. DİLİN İŞARƏVİ TƏBİƏTİ
Müasir dilçiliyin ən vacib problemlərindən biri dilin 
işarəviliyidir. Ümumiyyətlə, cəmiyyətdə işarələrin yaran-
ması, onların ictimai-fəlsəfi, estetik səciyyəsi, simvolik 
çalarları və s. problemlərə dair elmi ədəbiyyatda müxtəlif 
ideyalar mövcuddur. İşarələrin bu dərəcədə müasir elmin 
diqqət mərkəzində durması, şübhəsiz ki, birinci növbədə 
onun varlığının cəmiyyətin yaşayış tərzi üçün olduqca zə-
ruriliyindən irəli gəlir. İşarələrin əlamətlərindən biri onun 
rəmziliyidir. Məsələn, “uşağın əlində göyərçin” şəkli sülh 
rəmzi, azərbaycanlılarda dəsmal ayrılıq, səməni həyat, yaşa-
yış, od paklıq, müqəddəslik rəmzi kimi tanınmışdır.
Bunlar cəmiyyətdə maddi əşyaların müxtəlif hal və 
hərəkəti özündə əks etdirməsidir. Müasir dövrdə hər bir 
dövlətin, respublikanın milli bayrağı həmin dövlətin, res-
publikanın xüsusi işarəsidir. Bundan əlavə, cəmiyyətdə 
işarənin başqa forması dildə, nitqdə özünü göstərir. Dil və 
nitq mücərrəd işarələr sistemi ilə zəngindir.
İşarələr bəşəriyyət tarixinin lap başlanğıcından ibtidai 
insanlara xidmət etmişdir. İnsanların ibtidai icma qurulu-
şunun tarixi göstərir ki, istər icma daxilində, istərsə də ay-
rı-ayrı icmalar arasında ictimai ünsiyyət ancaq işarələr va-
sitəsilə saxlanmış və inkişaf etdirilmişdir. Qədim folklor nü-
munələri olan nağıl və dastanlarda, əfsanə və rəvayətlərdə, 
lətifələrdə işarələrin müxtəlif ünsürlərinə rast gəlinir.
IX FƏSİL
DİLİN İŞARƏVİLİYİ


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
397
Dilin işarəviliyi məsələsi dilçi alimlərin nəzərini çox-
dan cəlb etmişdir. Bu sahədə V.Humboldt, A.A.Poteb-
nya, F.F.For tunatov kimi məşhur dilçilərin hər birinin 
özünəməxsus xüsusi ideyaları olmuşdur. Humboldt öz fəl-
səfi görüşlərinə uyğun olaraq sözü əşyaların işarələri kimi 
götürür. A.Potebnya sözün işarəsiz məna bildirmədiyini 
göstərərək üç elementi özündə cəmləşdirdiyini qeyd edir: 
səs, məna və işarə
1
.
F.Fortunatov dil işarəsinə insan təfəkkürünün və his-
lərinin ifadə olunmasının zahiri forması kimi yanaşır
2
. F. de 
Sössürün dilin işarəviliyi haqqında xüsusi təlimi vardır. O, 
dili cəmiyyətin həyatında bu və ya digər dərəcədə rol oy-
nayan ümumi işarələr sisteminin bir növü kimi xarakterizə 
edir
3
.
Bir cəhət də diqqəti cəlb edir. Dilçiliyin tarixində alim-
lərin müəyyən qrupu dil işarələrini simvollarla eyniləşdir-
miş, digər qrupu isə onlar arasında müəyyən fərq olduğu-
nu göstərmişlər.
Rus dilçilərindən A.İ.Smirnitski, V.A.Zvegintsev və 
Y.M.Qalkina-Fedoruk başqaları dilin işarəviliyinə dair öz 
əsərlərində xüsusi söhbət açaraq onu fəlsəfi prinsiplər əsa-
sında şərh etməyə çalışmışlar
4
.
Həmin müəlliflərin gəldiyi ümumi nəticə bundan 
ibarətdir ki, dil işarəsi mövcud olan bütün dünya dilləri 
üçün real və obyektivdir və o, insanlar tərəfindən psixi de-
yil, fikrin maddi forması kimi mənimsənilir.
1
А.Потебня. «Из записок по русской грамматике». I–II часть, 2-e изд. Харковь, 1888, c. 1-7.
2
Ф.Ф.Фортунатов. «Сравнительное языковедение» (общий курс), M., 1901, с. 160-161.
3
Ф de Cессюр. «Kypc общей лингвистики». M., 1933, с. 40.
4
Bаx: E.M.Галкина-Федорук. «Знаковость в языке с точки зрения марксистского язы-
кознания». Журнал “Иностранные языки в школе”, №2, 1952; A.И.Cмирницкий. Срав-
нительно-исторический метод и определение языкового родства. МГУ, 1955; yenə onun. 
Объективность существования языка. МГУ, 1954. В.А.Звегинцев. «Проблема знаковости 
языка». M., 1956.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
398
Dilçilik elmində dil işarələrinin ixtiyari, şərti xarak-
terə malik olduğu fikri də qəbul olunmuşdur (F. de Sös-
sür). Həmin ideyaya görə, ancaq ixtiyari olduğu üçün dil 
işarələri sabit şəkildə fəaliyyət göstərir. Lakin məsələyə 
bir qədər diqqətlə yanaşsaq görərik ki, işarələrin ixti-
yariliyi nisbi xarakter daşıyır. Çünki dil faktlarını ta-
rixi-müqayisəli istiqamətdə araşdırdıqda məlum olur ki, 
hər bir dilin lüğət tərkibi müxtəlif səviyyəli dəyişikliyə 
məruz qalır. Bu dəyişikliklər, istər-istəməz, dil işarələri-
nin də sabitliyini pozur.
Dilçilikdə sözün hansı tərkib hissəsinin – ayrı-ayrı 
səslərin, yoxsa bütövlükdə sözün dil işarəsi hesab edilmə-
si də mübahisəli olmuşdur
1
. Əslində, dil sistemində sözün 
səslənməsi ilə mənası bir-biri ilə qarşılıqlı əlaqədədir. Ona 
görə də dilin işarəviliyi dedikdə dil vahidlərinin işarələr-
dən ibarət olduğunu söyləmək daha düzgün olar. Burada 
səs işarələri (fonem), kök işarələri (leksem), şəkilçi işarələ-
ri (morfem) daxildir. Bütün bunlar isə dildə bütövlükdə 
işarələr sistemini əmələ gətirir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin