1. ÜMumi DİLÇİLİk I indd


DİLİN SİNT AKTİK SİSTEMİ



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə235/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   231   232   233   234   235   236   237   238   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

DİLİN SİNT
AKTİK SİSTEMİ
söz birləşməsi
cümlə
ismi söz birləşməsi
feili söz birləşməsi
sintaktik əlaqə
predikativlik
intonasiya
modallıq
təyini söz birləşməsi
tabeli söz birləşməsi
cümlə üzvləri
sadə cümlə
mürəkkəb cümlə
tabesiz mürəkkəb cümlə
tabeli mürəkkəb cümlə
Dilin sintaktik sistemi dilçilikdə ən geniş işlənmiş
sahələrdəndir. Lakin ayrı-ayrı sintaktik kateqoriyaların 
dillərin müqayisəli təhlili əsasında öyrənilməsini daha 
da inkişaf etdirmək müasir dilçiliyin aktual problemlə-
rindəndir.
Dilçilikdə dilin sistemi və quruluşu problemi elmi- 
nəzəri cəhətdən çox az işlənilmişdir. Bu sahədə hələ müba-
hi səli və qaranlıq görünən məsələlər çoxdur. Məhz buna 
görə də hazırda dilin sistemi problemi istər Azərbaycan, 
is tərsə də dünya dilçiliyinin qarşısında mühüm məsələ 
kimi durmaqdadır.


423
1. DİLİN İNKİŞAF QANUNAUYĞUNLUQLARI
Müasir dilçiliyin ən başlıca məsələlərindən biri dilin 
inkişafı problemidir. Dilin dəyişməsinin, onun inkişaf qa-
nunauyğunluqlarının öyrənilməsi, aydınlaşdırılması ilə 
ayrı-ayrı dövrlərdə bir çox tədqiqatçılar məşğul olmuş və 
bunun da nəticəsində müxtəlif mülahizələr, görüşlər mey-
dana çıxmışdır. İndi qəribə görünsə də, keçmişdə bəzən di-
lin dəyişməyən hadisə olduğu fikrini irəli sürmüşlər. Son-
ralar bu sahədə dərin elmi əsaslar üzrə aparılan tədqiqatlar 
bu fikrin tamamilə yanlış olduğunu sübut etdi, çünki dil 
öz təbiətinə görə tarixən dəyişən, cilalanan, inkişaf edən 
ictimai hadisədir.
Dilin inkişafı nə deməkdir? Dilin inkişafı dilin tərkib 
hissəsini təşkil edən səslərin, sözlərin, söz birləşmələrinin, 
şəkilçilərin və qrammatik əlaqələrin, onun müxtəlif kom-
ponentlərinə məxsus ünsürlərin müntəzəm olaraq dəyiş-
məsi və zənginləşməsidir. Dilçilik elmində “dilin inkişafı” 
termini də məhz bu anlayışı ifadə edir.
Dilin dəyişməsi və inkişafı onun təbii halı və başlıca 
keyfiyyətidir. Dildə yenidənyaratma, yenidənqurma meyli 

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin