1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə243/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   239   240   241   242   243   244   245   246   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

6. DİLİN İNKİŞAF SÜRƏTİ
Dilin inkişaf sürətini müəyyənləşdirmək ən vacib 
məsələlərdəndir. Bu məsələ ilə bağlı dilçilik ədəbiyyatın-
da bir çox fikirlər, mülahizələr vardır. Dünya dilçiliyində 
məsələnin tam həlli öz yerini tapmamışdır.
Dilin inkişaf sürəti problemi olduqca mürəkkəbdir. 
Bu rada iki cəhəti bir-birindən fərqləndirmək lazımdır. Bi-
1
Bax: H.Mirzəzadə. “Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar”. Bakı, 1953, səh. 59.
2
Bax: M.A.Соколова. «Очерки по исторической грамматике русского языка». Л., 1962, 
c. 274; Г.А.Абдуррахманов. «Основы систаксиса сложного предложения современного 
узбекского литературного языка». Ташкент, 1960, с. 10.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
437
rin cisi, bütövlükdə dilin inkişaf sürəti, ikincisi, dilin ayrı- 
ayrı komponentlərinin inkişaf sürəti.
Bütövlükdə dilin inkişaf sürəti. Dil yavaş-yavaş dəyi-
şib inkişaf edir. Bu onun xarakterik cəhətidir.
Əgər dil belə inkişaf etməsə, nəsillər onu başa düşə 
bilməzdi. Dilin iti sürətlə dəyişməsi onun fəaliyyətdən 
düşməsinə gətirib çıxarar. Dünya dillərinin hamısının in-
kişaf sürəti eyni deyildir. Nisbətlə götürüldükdə dillər bu 
cəhətdən, təbii olaraq, fərqlənir, birinin az, digərinin çox 
inkişaf etdiyi müşahidə olunur. Müəyyən bir dilin inkişaf 
sürəti dövrə, ictimai quruluşuna görə də seçilir. Məsələn, 
Azərbaycan dilinin keçən əsrdəki inkişafı başqa dövrlər-
dən əsaslı şəkildə fərqlənir.
Dilin komponentlərinin inkişaf sürəti. Dilin kompo-
nentləri qeyri-bərabər inkişaf edir. Bunlardan dilin lüğət 
tərkibi daha çox dəyişir və zənginləşmə yolu keçir. Lakin 
burada da qeyri-bərabərlik mövcuddur. Belə ki, dilin lü-
ğət tərkibinin özəyini təşkil edən leksemlər çox yavaş və 
az dəyişir. Dilin əlavə lüğət tərkibi deyilən hissəsi daha 
çox dəyişir. Yeni yaranan sözlər, terminlər məhz bu his-
səyə aiddir.
Dilin fonetik və qrammatik tərkibi leksemlər siste-
minə nisbətən az dəyişir. Lakin bu o demək deyildir ki, hər 
iki komponentin dəyişilməsi dil üçün az əhəmiyyətlidir. 
Əksinə, bunların da dəyişilməsi dilin inkişafı və fəaliyyəti 
üçün zəruridir.
Fonetik tərkibdə əsas fərq ondan ibarətdir ki, fonetik 
hadisə və qanunlara nisbətən fonemlər sistemi az dəyişik-
liyə uğrayır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
438
Dilin qrammatik tərkibində isə morfologiyaya nis-
bətən sintaksis daha çox dəyişir.
Ədəbi dil tarixinin araşdırılması sübut edir ki, müasir 
Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlələrin çox 
müxtəlif tipləri meydana gəlməkdədir.
Bütün deyilənləri ümumiləşdirdikdə belə bir nəticəyə 
gəlmək olur ki, dilin komponentləri arasındakı inkişaf sə-
viyyəsi eyni deyildir. Bunların fərqli inkişaf səviyyəsi, təx-
minən, 6-cı sxemdəki kimi təsəvvür olunur.
Dilin komponentlərinin dəyişmə səbəbləri müxtəlif-
dir. Yəni hər sahənin özünə aid səbəbi vardır. Məsələn, 
lüğət tərkibinin dəyişmə səbəbi fərqlidir. Zamanla bağlı 
müəyyən anlayışın yaranma səbəbi dilin lüğət tərkibinə 
yeni söz gətirir və s. Lakin sintaksisdə bu belə deyildir.
Sintaktik fiqurların inkişafı insan psixologiyasının in-
kişafı ilə bağlı dəyişir. Qavramanın həcmindən asılı olaraq 
nitqdə mürəkkəb cümlələr işlənir.
İnsanda qavramanın həcmi nə qədər artıq olarsa, nitq-
də bir o qədər mürəkkəb cümlələr çox işlənir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin