1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə26/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   22   23   24   25   26   27   28   29   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

fil luğat-it-türk”. Bunlardan birincisi türk dillərinin leksik, 
eləcə də fonetik və morfoloji xüsusiyyətlərinə, ikincisi isə 
türk dillərinin sintaksisinə həsr olunmuşdur.
Mahmud Kaşqarlının əsərlərindən bizə yalnız “Diva-
nü luğat-it-türk” (“Türk dillərinin lüğəti”) adlı əsəri gəlib 
çatmışdır. XX əsrin 20-ci illərinədək əlyazması formasın-
da olan bu əsəri ilk dəfə 1915–1917-ci illərdə (üç cilddə) 
Türkiyədə Kilisli Rifət nəşr etdirmişdir. “Lüğət”in əldə 
1
В.А.Звегинцев. История арабского языкознания. М., 1958, с. 68.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
53
olunması və nəşri, akademik A.N.Kononovun qeyd etdi-
yi kimi, türkologiyanın tarixində son dərəcə böyük hadisə 
olmuşdur. Bu əsər yalnız filoloqların deyil, başqa bir sıra 
elm nümayəndələrinin də arasında maraq doğurmuşdur
1
.
Mahmud Kaşqarlının “Türk dillərinin lüğəti” adlı əsə-
ri böyük zəhmətin, uzunmüddətli səyahətin və ciddi filo-
loji axtarışların məhsuludur. Müəllif orta əsrlər dövrünün 
şah əsərlərindən biri sayılan bu əsəri yaratmaq məqsədilə 
türkdilli xalqların yaşadığı yerləri – Türküstanı, Sibiri və 
Volqaboyu ölkələri, oradakı şəhərləri, kəndləri, oymaqları 
bir-bir gəzib dolaşmış, müxtəlif türk qəbilələrinin dillərinə 
dair külli miqdarda söz və söz birləşmələri, şeir parçaları, 
folklor nümunələri toplamış, ayrı-ayrı dillərə məxsus fo-
netik, leksik, qrammatik hadisələri qeydə almış, müəyyən 
sözlərin ayrı-ayrı xalqlarda hansı mənada işləndiyini dəqiq 
müşahidə etmiş və bundan sonra əsəri yazmağa başlamış-
dır
2
. Əsər 1073-1075-ci illərdə ərəb dilində yazılmışdır
3

Müəllif əsəri tamamladıqdan sonra üzərində son dərəcə 
ciddi dəqiqləşdirmə işi aparmış və bu məqsədlə onun üzü­
nü dörd dəfə yenidən köçürmüş, prosesdə əlavələr, düzəlişlər 
etmiş, nəticədə tam təkmilləşmiş, əvəzsiz bir əsər meyda-
na çıxarmışdır. Mahmud Kaşqarlı özünün bu məşhur əsəri 
haqqında lüğətin əvvəlində yazır: “Mən bərabəri olmayan 

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin