Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
67
mərkəzi olan
Por-Royal monastırında monax məntiqşünas
Anton Arno və dilşünas
Klod Lanslo tərəfindən ilk rasio-
nal qrammatika yaradılmışdır. Bu qrammatika “bütün dil-
lərdə ümumi nə varsa” ona əsaslanmağı qarşıya məqsəd
qoymuşdu. Por-Royalda meydana çıxmış qrammatikanın
adı
çox uzundur
1
. Bu əsər elmi ədəbiyyatda qısaldılmış
formada bir neçə adla göstərilir
2
. Bunlardan daha münasib
ad
“Por-Royal qrammatikası” hesab olunur. Bu əsərdə deyi-
lir: “Bütün insanlar üçün bir məntiq olduğundan,
bütün
dünya dilləri üçün də yalnız bir qrammatika vardır”.
Öz həcminin böyüklüyü ilə diqqəti cəlb edən “Por-
Royal qrammatikası” iki hissədən ibarətdir. Birinci his-
səyə – fonetika məsələlərinə 6 fəsil, ikinci hissəyə – qram-
matika problemlərinə isə 24 fəsil həsr edilmişdir.
“Por-Royal qrammatikası” məntiqi müddəalar üzərin-
də qurulmuşdur. Burada əsas məqsəd “bütün dillər üçün
ümumi olan və onlarda təsadüf edilən başlıca fərqləri” aş-
kara çıxarmaqdır. Bu əsərin müəlliflərinin fikrincə, qram-
matika məntiqə əsaslanmalıdır. Həmin kitaba görə, mən-
tiqsiz qrammatikanı təsəvvür etmək olmaz.
“Por-Royal qrammatikası”nın
müəllifləri məqsədlə
bağlı olaraq əsərdə bir neçə konkret dilin – qədim yəhudi,
qədim yunan, latın və fransız dillərinin materiallarından
istifadə etmişlər. Fransız dilində yazılmış bu qrammatika
Avropa xalqlarından bir neçəsinin dilinə tərcümə edilmiş və
uzun zaman əsas qrammatika kimi istifadə olunmuşdur.
Dilçiliyin tarixində “Por-Royal qrammatikası”nın xü-
su si əhəmiyyəti vardır. Bu əsər dilçilik elminin inkişafı
1
A.Arnaud, C.Lancelot. Grammaire generale et raisonnee contenant les fondemmens de l’art
de parler, expliques d’une maniere claire et naturerelle; les rasions de ce qui est commun a,
toutes les langues, et des princirales ditferences qui sy rencontrent; et rlusieurs remarques
nouvelles
sur la langue francaise, Paris, 1960.
2
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975. c. 267.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
68
tarixində yeni səhifə açmışdır. “Por-Royal qrammatika-
sı”nda dilin quruluşunun dərin təhlili verilmiş, yeni dilçi-
lik ənənəsinin bünövrəsi qoyulmuşdur. Bu əsər yarandığı
tarixdən dilin geniş elmi tədqiqi başlanmışdır. “Por-Royal
qrammatikası”nın qaldırdığı
məsələlər dilçiliyin aktual
problemləri olmuşdur
1
.
Dostları ilə paylaş: