Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
106
“Sözlər və şeylər” məktəbinə görə, dilin mühüm va-
hidləri olan sözlər şeyləri adlandırmağa xidmət edir. Bu
məktəb sözün tarixini öyrənməyi qarşıya məqsəd qoyur.
Lakin sözün tarixi öyrənilərkən yalnız
linqvistik təhlilə
əsaslanmağı qənaətbəxş hesab etmir.
Həmin sözün adlandırdığı şeyin tarixinin də tədqiqini
zəruri bilirdi. Onun nümayəndələrinin fikrincə, bir dildən
digərinə söz keçərkən adlandırılan şeydən təcrid olunmur,
onunla
birlikdə keçir
1
.
“Sözlər və şeylər” məktəbinin nümayəndələri deyir-
dilər ki, söz onun adlandırıldığı əşyalardan asılı olaraq ya-
şayır. Buna görə də söz və onun adlandırdığı əşya birlikdə
tədqiq olunmalıdır.
Dilçiliyin tarixində “Sözlər və şeylər” məktəbi ancaq
leksikologiyanın, semasiologiyanın və etimologiyanın bir
sıra problemlərinin şərhi ilə kifayətlənmişdir.
“Sözlər və şeylər” məktəbinin başlıca
nümayəndəsi
Hüqo Şuxardt olmuşdur.
Dostları ilə paylaş: