Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
118
qrammatiklər” cərəyanlarının inkarı kimi meydana çıx-
mışdır. Hələ 1870-ci ildə Boduen
de Kurtene özünün iki
məşhur ideyası – dilin sistemliyi haqqında təlim və fonem
nəzəriyyəsi ilə strukturalizmin təşəkkülündə xüsusi rol oy-
namışdır. 1879-cu ildə Ferdinand de Sössür dil hadisələri-
nin tədqiqinə struktural cəhətdən yanaşmağın nə dərəcədə
əhəmiyyətli olduğunu göstərmişdir. Onun 1916-cı ildə çap
olunmuş
“Ümumi linqvistika kursu” əsəri gələcək struktu-
ralizmin eskizini vermişdir. Strukturalizm cərəyanının əv-
vəllər əmələ gəlməsinə baxmayaraq, strukturalizm termini
dilçiliyə ilk dəfə 1939-cu ildə daxil olmuşdur. V.Bröndalın
1939-cu ildə çap olunmuş “Struktur dilçilik” adlı məqalə-
sindən sonra dilçilikdə struktur anlayışı ilə bağlı termin-
lər geniş işlənilmişdir. Dilçilikdə strukturalizm cərəyanına
“struktur dilçilik” də deyilir.
Strukturalizm dilin formasız yığım olmadığını, bu-
nun ayrı-ayrı laylardan ibarət
quruluşa malik olduğunu
öyrədir və bu quruluşun xarakteristikasının
verilməsini
tələb edir.
Dostları ilə paylaş: