Amerika strukturalizm məktəbi (Deskriptiv dilçilik)
Amerika dilçiliyi XX əsrin I yarısında müxtəlif elmi
məktəblərin, dərnək və konsepsiyaların cəmi kimi təsəv-
vür edilirdi. Bunların arasında deskriptivizm qabaqcıl yer
tuturdu.
Deskriptiv dilçilik strukturalizmin bir qoludur. Bu dil-
çilik məktəbi öz işini strukturalizmin prinsipləri üzərində
qurmuşdur. Amerika deskriptivizminin mahiyyəti ondan
ibarətdir ki, onun nümayəndələri dilin formal cəhətlərini
nəzərə almışlar. Onların fikrincə, dilçiliyin vəzifəsi dilin
faktlarını qeydə almaq, onu təsvir etməkdir. Dil faktlarına
belə münasibət həmin dilçilik məktəbinin adlandırılmasın-
da əsas olmuşdur. “Deskriptiv” ingiliscə to describe – “təs-
vir etmək” deməkdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
123
Deskriptivizm dövrün ictimai-siyasi şəraiti ilə əlaqə-
dar olaraq Amerikada yaşayan yerli sakinlərin (hindilərin)
dillərinin praktik öyrənilməsi zəruriliyi nəticəsində yaran-
mış və inkişaf etmişdir. Tipoloji cəhətdən çox müxtəlif olan
Amerika hindilərinin dillərinin geniş təsviri prosesində
Amerika strukturalizm məktəbi formalaşmışdır. Bu mək-
təb 1933-cü ildən 1957-ci ilə kimi çox sürətli inkişaf yolu
keçmişdir.
Amerika deskriptivizm məktəbini yaradanlardan biri
F.Boasdır.
Frans Boas (Franz Boas, 1858-1942). Amerika dilçisi
və antropoloqu Frans Boas Almaniyada doğulmuş və ora-
da da təhsil almışdır. F.Boas elm aləminə fizioloq olmaq
arzusu ilə gəlmişdir. Lakin o, bu fikirlərdən tez əl çəkmiş,
dilçilik elminə güclü meyil göstərmişdir.
F.Boasın diqqətini Amerikada yaşayan yazısız çoxdil-
li yerli hindilərin dili daha çox cəlb etmişdir. O, Amerika
hindilərindən dakot, eskimos, oneyda, simşey və başqala-
rının dillərini sorğu üsulu və fərdi müşahidələrlə öyrən-
mişdir. Bu xalqların dilləri üzərində elmi müşahidələr apa-
rarkən eyni zamanda onların həyatı, adət və ənənələri ilə
də yaxından tanış olmuşdur.
F.Boas dilçilikdə hind-Avropa dillərinin tədqiqi üçün
müəyyənləşdirilmiş metodları Amerika hindilərinin dil-
lərinin öyrənilməsində tətbiq etməyin yararsız olduğunu
göstərirdi. O, hindilərin dillərinin tədqiqi və təsvirində
yeni fərqli metodlardan – dilin formal cəhətlərini təsvir
edən metodlardan istifadə olunmasını tələb edirdi.
F.Boasın nəzəri ümumdilçilik görüşləri onun bö-
yükhəcmli “Amerika hindilərinin dillərinə dair rəhbərlik” (1911-1922) adlı əsərində ifadə edilmişdir. Eyni zaman-
da, deskriptiv dilçiliyin əsas prinsipləri də bu əsərdə şərh
olunmuşdur.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
124
F.Boasın elmi ənənələri, tədqiqat üsulları Amerika dil-
çiləri E.Sepir və L.Blumfild tərəfindən iki istiqamətdə da-
vam və inkişaf etdirilmişdir.