1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə7/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   2   3   4   5   6   7   8   9   10   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

I BÖLMƏ
DİLÇİLİYİN
ÜMUMİ PROBLEMLƏRİ


18
I FƏSİL
DİLÇİLİK ELMİ VƏ ONUN OBYEKTİ
1.01. DİLÇİLİYİN MÖVZUSU VƏ NƏZƏRİ
 
ƏSASLARI
İnsanın ictimai fəaliyyətinin xüsusi bir növünü elm 
təşkil edir. Elm insanların ciddi əmək səyi nəticəsində əldə 
etdikləri biliklər kompleksidir. O, maddi aləmin, hadisələ-
rin inkişaf qanunauyğunluqlarını öyrənir.
Elm son dərəcə güclü tərəqqi vasitəsidir. İnsan onun 
əsasında yeni-yeni zirvələr fəth edir, irəliyə, gələcəyə doğ-
ru böyük inkişaf yolu keçir. Elmin qüvvəsi sənayenin, tex-
nikanın inkişafına təsir göstərdiyi kimi, ideologiyaya, onun 
tərəqqisinə də xüsusi təkan verir. Müxtəlif sahələrdəki elmi 
nəticələr və kəşflər insanların şüurundakı geriliyin, keçmişin 
qalıqlarının, dini mistikanın aradan qaldırılmasına kömək 
edir. Nəzəri biliklər daim tərəqqidə olan insan təfəkkürünün 
bütün sahələrinə nüfuz edərək öz müsbət təsirini göstərir. 
Elm, onun bütün sahələri insanların rifahını yaxşılaşdırmaq-
da xüsusi əhəmiyyətə malikdir. Biliklərin cəmi olan hər bir 
elmin özünəməxsus tədqiqat obyekti vardır. Həmin obyekt 
onun adını müəyyən edir və varlığını şərtləndirir.
Dilçilik anlayışını ifadə etmək üçün Azərbaycan di-
lində dilçilik, dilşünaslıq, linqvistika və dil haqqında elm ter-
minlərindən istifadə olunur
1
. Birinci terminin ünsürləri 
(dil+çi+lik) mənşəcə xalis Azərbaycan dili vahidlərindən 
1
Qohumluğa görə Azərbaycan dilinin mənsub olduğu türk dilləri ailəsində dilçilik anlayışı 
müxtəlif terminlərdə ifadə edilir, məsələn, türklər dil bilimi, türkmənlər dilçilik, özbəklər 
tilşunoslik, qazaxlar til bilimi, qaraqalpaqlar til bilimi terminlərini işlədirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
19
ibarətdir. İkinci terminin (dil+şünas+lıq) tərkibindəki şünas 
morfemi fars mənşəli olub, həmin dildəki öyrənmək məna-
sını ifadə edən “şenaxtən” feilindəndir. Son zamanlar dil 
haqqında elm anlayışını bildirmək məqsədilə dilçilik ədə-
biyyatında linqvistika termininin də işlənilməsinə rast gəli-
rik. Linqvistika termini latınca lingua (yəni dil) sözündən və 
yunanca – istika şəkilçisindən əmələ gəlmişdir. Hazırda 
dilçiliyimizdə hər üç termin sinonim kimi işlənilir; lakin 
dilçilik terminindən daha çox istifadə olunur.
Linqvistika termininin işlədilməsinə dair dünya dilçi-
lik ədəbiyyatında bir-birinə əks olan iki başlıca mülahizə 
mövcuddur. Bu mülahizələrin birində linqvistika bey-
nəlxalq elmi termin kimi qiymətləndirilir. Bu fikri yürü-
dənlər həmin terminin bir sıra Avropa dillərində geniş işlə-
nilməsinə əsaslanmışlar. Məsələn, hazırda ingilis və fran-
sız dillərində dil haqqında elm anlayışını bildirmək üçün 
müəyyən fərqli variantda linqvistika termini işlədilir.
İkinci mülahizədə linqvistika termininin dilçilik termi-
ninə məzmunca bərabər olmadığı göstərilir. Bir qrup xa-
rici ölkə dilçilərinin fikrincə, linqvistika termininin məna 
sərhədi dilçilik termininə nisbətən məhduddur. Buna görə 
də dilçilik termini həm təbii, həm də süni dillərin tədqiqi 
problemlərini əhatə edə bildiyi halda, linqvistika təbii dil-
dən bəhs edir və eyni zamanda, təbii dili bütöv yox, onun 
ancaq müəyyən cəhətini öyrənir. Bu səbəbdən də ikinci 
fikrin tərəfdarları linqvistika termininin dilçilik termini əvə-
zində (və ya sinonim kimi) işlədilməsini məqsədəuyğun 
hesab etmirlər.
Dilçiliyin obyekti nədir? Dilçilik nəyi öyrənir və necə 
öyrənir? Birinci sualın cavabı konkret olaraq belədir: dilçi-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin