Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
127
öyrənilməsinə dair böyük nailiyyətlər əldə etdiklərinə görə
dünya dilçiliyində nəzər-diqqəti cəlb etmişlər.
2.08. ÜMUMİ DİLÇİLİK TARİXİNDƏ
TÜRKOLOJİ DİLÇİLİYİN MÖVQEYİ
Qədim tarixə malik çoxsaylı türk dillərinin, ləhcələrinin
tədqiqi və təbliği tarixini izləmək,
meydanda olan elmi tə-
dqiqatlara münasibət bildirmək müasir türkşünaslığın ən zə-
ruri problemlərindəndir. Dünya dilçiliyinin ənənələrinə görə,
hər bir elm tarixinin araşdırılması xronoloji tələblərə əsasla-
nır. Türkoloji dilçiliyin ta qədimdən başlamış inkişaf tarixinin
dövrləşdirilməsində də, təbii olaraq, digər meyar və ölçülər-
lə bərabər xronoloji ardıcıllıq elmi prinsipi həll
edici rol kəsb
edir. Türk xalqlarının keçib gəldiyi hər bir əsrin, hətta konkret
ilin özünəməxsus linqvistik nailiyyətləri, müvəffəqiyyətləri
mövcuddur ki, ancaq onlara əsaslanaraq
obyektiv dövrləş-
dirmə aparmaq mümkün olur. Başqa elm sahələrində olduğu
kimi, türkologiyada da dilçilik tarixinin dövrləşdirilməsi son
dərəcə çətin və müşkül məsələdir. Dünya dilçiliyində xüsusi
mövqeyi olan türkoloji dilçilik hazırda öz zəngin tarixinə, ke-
çib gəldiyi dolğun, məzmunlu yollara nəzər salmaq, yeni-ye-
ni elmi istiqamətlərə üz tutmaq mərhələsindədir.
Türk dilləri sahəsindəki elmi araşdırmaların, tədqiqat
və təbliğatların tarixi qədim zamanlardan başlayır. Apa-
rılmış geniş və fundamental nəzəri və əməli linqvistik iş-
lər əsasında türk xalqlarının hər birinin özünəməxsus dil
haqqında elmi – dilçiliyi yaranıb formalaşmışdır. O cüm-
lədən, Azərbaycan dilçiliyi, türk (osmanlı) dilçiliyi, özbək
dilçiliyi, türkmən dilçiliyi, qazax dilçiliyi, tatar dilçiliyi və
başqaları, eləcə də adı çəkilməyən digər milli türkoloji dil-
çiliklər ümumtürk dilçiliyinin tərkib hissəsini təşkil edir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
128
Türk dillərinin ləhcə,
dialekt və şivələrinin tədqiqi,
təbliği ilə bağlı meydana çıxmış minlərcə elmi, elmi-meto-
diki əsər, mülahizə və görüşləri nəzərdən keçirib, saf-çü-
rük etdikdən sonra türkoloji dilçiliyin inkişaf tarixinə dair
təxminən dörd dövr və on beş elmi-tədqiqat istiqaməti
müəyyənləşdirmək olur
1
.
Dostları ilə paylaş: