1. ÜMumi DİLÇİLİk I indd


Türkoloji dilçiliyin inkişaf dövrləri



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə73/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   69   70   71   72   73   74   75   76   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Türkoloji dilçiliyin inkişaf dövrləri
I dövr – Türk dillərinə marağın artması və tətbiqi dil-
çilik rüşeymlərinin yaranması [ən qədimdən – X əsrin so-
nuna qədər].
II dövr – Türkoloji dilçiliyə aid nəzəri-linqvistik müd-
dəaların və tətbiqi işlərin meydana gəlməsi [XI–XIII əsrlər].
III dövr – Türkoloji dilçiliyin xüsusi elm sahəsi kimi 
formalaşması [XIX əsr].
1-ci mərhələ: XIX əsrin I yarısında türkoloji dilçilik 
(1801–1850)
2-ci mərhələ: XIX əsrin II yarısında türkoloji dilçilik 
(1851–1900)
IV dövr – Türkoloji dilçiliyin geniş şaxələnməsi və 
yüksək inkişaf vüsəti alması [XX əsr – XXI əsrin əvvəli].
1-ci mərhələ: XX əsrin əvvəllərində türkoloji dilçilik 
(1901–1930).
2-ci mərhələ: XX əsrin ortalarında türkoloji dilçilik 
(1931–1970).
3-cü mərhələ: XX əsrin sonunda türkoloji dilçilik 
(1971–2000).
1
Afad Qurbanov: Türkoloji dilçiliyin inkişaf dövrləri. Bakı. 2000.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
129
4-cü mərhələ: XXI əsrin əvvəllərində türkoloji dilçilik 
(2001-ci ildən indiyə qədər).
Çoxşaxəli türkoloji dilçilik tarixən əldə etdiyi elmi- 
nəzəri və praktik-tətbiqi nailiyyətləri ilə ümumi dilçilikdə 
xüsusi və şərəfli mövqe qazana bilmişdir.


130
III FƏSİL
DİLÇİLİYİN MÖVQEYİ
3.01. BAŞQA ELMLƏR SİSTEMİNDƏ
 
DİLÇİLİYİN YERİ PROBLEMİ
Problemin qoyuluşu. Məlumdur ki, hər bir elm üçün son 
dərəcə vacib hesab edilən fundamental problemlər möv-
cuddur. Bunlardan biri “elmin yeri” problemidir. Müasir 
dilçiliyin gündəliyində də dil haqqında elmin mövqeyi 
problemi ən aktual məsələlər cərgəsindədir. Belə ki, bir 
sıra linqvistik məsələlərin əsaslı və düzgün həlli bu prob-
lemlə bilavasitə bağlıdır. Haqqında bəhs olunan problem 
yalnız nəzəri cəhətdən deyil, həm də böyük əməli əhəmiy-
yətə malikdir. Dilçiliyin elmlər sistemində yerini bilmədən, 
onun məqsəd və vəzifələrini müəyyənləşdirmədən filoloji 
təhsil sistemində xüsusi rolu olan dilçilik fənlərini yüksək 
elmi-nəzəri səviyyədə tədris etmək qeyri-mümkündür.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin