lik elminin obyekti dildir.
Azərbaycan dilində “dil” sözü bir-birindən tamamilə
fərqli olan iki müstəqil anlayışı bildirir; birincisi, insan
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
20
orqanizminin bir üzvünü (dadbilmə vasitəsini), ikincisi,
insanlar arasında əsas ünsiyyət vasitəsinin adını.
Ünsiyyət vasitəsinin adı – “dil” sözü dünya xalqları-
nın bir çoxunda ağız üzvü olan dilin adı ilə adlandırılır.
Məsələn:
Dillərdə
azərbaycancada
latıncada
farscada
ruscada
fransızcada
gürcücədə
Ağız üzvünün adı
dil
linqva (lingua)
zəban
yazık
lanq
ena
Ünsiyyət
vasitəsinin adı
dil
linqva
zəban
yazık
lanq
ena
“Dil” həm bizim dildə, həm də başqa xalqların dillə-
rində çoxmənalı sözlərdəndir.
Dilimizin lüğət tərkibinə nəzər saldıqda aydın olur ki,
bu söz həm təklikdə, həm də tərkib daxilində işlənərək bir
çox müxtəlif məna və məna çalarlarını ifadə edir. Məsələn,
“təbii dil”, “süni dil” (beynəlxalq köməkçi dil), “şərti dil” –
arqo, jarqon, “ümumxalq dili”, “ədəbi dil”, “müasir dil”, “şairin
dili”, “obrazın dili”, “musiqi dili”, “texnika dili”, “qəzet dili”,
“jurnal dili”, “kitab dili”, “heyvanların dili”, “quşların dili”,
“açarın dili”, “portfelin dili”, “zəngin dili” (zəngi səsləndir-
mək üçün onun içərisində olan dəmir parçası), “alovun
dili” (alovun bölünən hissələri), “dilini bilmək”, “dil tökmək”,
“dilə tutmaq”, “dilini kəsmək”...
Dil sözünün bütün mənalarının hamısı dilçilik elmi-
nin obyektinə aid deyildir. Buna görə də dilçiliyin obyek-
tinin adı olan dil termininin hansı konkret anlayışı ifadə
etdiyini bilmək lazımdır. Dilçilikdə dil termini insanlar
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
21
arasında zəruri ünsiyyət vasitəsi olan ictimai hadisə anla-
yışını bildirir.
Dilçilik elminin obyektindən bəhs olunarkən dilin
nitqə münasibəti məsələsinə də toxunmaq lazımdır. Dil öz
varlığını nitqdə təzahür etdirir. Belə ki, onun ayrı-ayrı va-
hidlərindən nitq prosesində istifadə olunur. Buna görə də
dilçilik elmi üçün ancaq dilin xüsusiyyətləri deyil, nitq və
nitq prosesləri də maraqlıdır.
Dil olduqca mürəkkəb və həm də çoxcəhətli bir icti-
mai hadisədir. Onun elmi tədqiqi ilə təkcə dilçilik deyil,
bir sıra başqa elmlər, o cümlədən fəlsəfə, məntiq, psixologi
ya, antropologiya, loqopediya, kibernetika elmləri də məşğul
olur. Bu elmlərin hər biri dilə öz mövqeyindən yanaşır.
Başqa sözlə desək, həmin elmlərin nümayəndələri dildə
ancaq maraqlandıqları cəhətləri axtarırlar, lakin dilçilik
elmində dil geniş və hərtərəfli öyrənilir. Bu elm öz ob-
yektinin hər iki cəhəti ilə, yəni həm zahiri səslənməsi,
həm də daxili – məna cəhəti ilə maraqlanır. Bu cəhət-
lərə məxsus olan hər bir hadisənin təbiəti, mahiyyəti
və xüsusiyyətlərini bütün incəliyi ilə öyrənir, bunların
necə və nə üçün yarandığı səbəblərini obyektiv şəkildə
aydınlaşdırır.
Dilçiliyin öyrəndiyi dil hadisəsi nəyə deyilir? Dil ha
disəsi anlayışı həm dar, həm də geniş mənada başa düşü-
lür. Geniş mənada dildə baş verən bütün dəyişikliklər dil
hadisəsidir; məsələn, sözlərin müxtəlif hal şəkilçisi qəbul
etməsi, sözün çoxmənalılığı və s.
Dil hadisələri saysız-hesabsızdır. Bu hadisələri heç də
bir-birindən təcrid edilmiş halda öyrənmək olmaz. Bunlar
böyük zəncirin ayrılmaz ünsürləridir və aralarında möh-
kəm dialektik əlaqə mövcuddur. Buna görə də müasir dil-
çilik elmi dil hadisələrini vəhdət halında, bir-birilə əlaqədə
öyrənir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
22
Məlum olduğu kimi, dil daim dəyişib inkişaf edir. Bu
prosesdə dil faktlarının bir çoxu köhnəlir, yenisi meydana
çıxır və s. Bu dəyişikliklər müəyyən qanunlara tabedir ki,
bunları da dilçilik elmi araşdırır.
Dilçilik elmi konkret dil hadisələrinin şərhi ilə bəra-
bər, dilin başqa ictimai hadisələrdən fərqini, onun ictimai
hadisələr arasındakı mövqeyini də müəyyənləşdirir.
Nəhayət, dilçilik bir elm kimi dilin mahiyyətini aça-
raq onun cəmiyyətin inkişafındakı rolunu aydınlaşdırır.
Dilçilik elmi külli miqdarda olan dünya dillərindən an-
caq birini və ya bir neçəsini öyrənməklə məhdudlaşmır;
o, müasir dillərlə yanaşı, qədim və ölü dilləri də araşdı-
rıb öyrənir. Bu dillərin hətta öyrənilmə meyarı da eyni-
dir. Belə ki, müasir dillərə hansı tələblə yanaşılırsa, ölü
və qədim dillərə də həmin tələb şamil edilir. Həmçinin
bunların öyrənilmə səviyyəsinin dərəcəsində də heç bir
fərq qoyulmur. Bütün bunlar dilçilik elminin inkişafında
böyük rol oynayır.
Dilçiliklə bağlı olaraq elmdə bir sıra anlayış və bunla-
ra aid terminlər meydana çıxmışdır. Bu anlayışlar müxtə-
lif səbəb və məqsəddən irəli gəlmişdir; məsələn, tədqiqat
sahəsinə görə “nəzəri dilçilik”, “tətbiqi dilçilik”; ideya-fəlsəfi
əsasına görə “materialist dilçilik”, “idealist dilçilik”; ölkələrə
görə “Azərbaycan dilçiliyi”, “yapon dilçiliyi”; xalqa görə “hind
dilçiliyi”, “ərəb dilçiliyi”; qitələrə görə “Avropa dilçiliyi”,
“Amerika dilçiliyi”; qütblərə görə “Qərb dilçiliyi”, “Şərq dil
çiliyi”; elmin inkişaf tarixinə görə “klassik dilçilik”, “ənənəvi
dilçilik”, “qədim dilçilik”, “müasir dilçilik” və s.
Bütün bu anlayışlar heç də bir neçə dilçilik elmi oldu-
ğunu göstərmir. Çünki bunların hamısının obyekti ümu-
midir, yəni ünsiyyət vasitəsi olan dildir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
23
Dilçilik ictimai-fi loloji elm kimi nəzəri əsaslar üzərin-
də təşəkkül tapıb inkişaf etmişdir. Müasir dilçilik elminin
nəzəri əsasları mövcud müddəalar və dilçilik nəzəriyyələ-
rindən ibarətdir.
Dilçilik lap qədimdən fəlsəfəyə əsaslanmışdır. Buna
görə də təsadüfi deyildir ki, XIX əsrin ortalarına qədər fəl-
səfənin sahəsi kimi təsəvvür edilmişdir.
Dilçiliyin linqvistik-nəzəri əsasları əsrlərlə dünya el-
mində yaranıb formalaşmışdır. Bu elm sahəsi özünün xü-
susi tədqiqat metodlarını yaratmışdır ki, bu da onun inki-
şafında başlıca rol oynamışdır.
Dostları ilə paylaş: |