Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
144
həm böyük və kiçik, həm də asan və çətin aktual vəzifələr
durur.
Məlumdur ki, mövcud elmlərin hər birinin taleyi onun
vəzifələri ilə bağlı olur. Düzgün müəyyən edilmiş vəzifələr
elmin inkişafında başlıca rol oynayır. Elmin mövqeyi onun
məqsədli vəzifələrinin müvəffəqiyyətli
həlli nəticəsində
möhkəmlənir. Belə bir cəhət eynilə dilçilik elminə aiddir.
Başqa
elm sahələrində olduğu kimi,
dilçilikdə də
vacib məsələlərin müəyyən
edilməsi son dərəcə zəruri
məsələlərdəndir. Dilçilik elminin vəzifələri iki amil əsasın-
da müəyyənləşdirilir. Həmin amillər aşağıdakılardır.
Birinci amil. Buraya ictimai tələblər aiddir. Cəmiy-
yətin irəli sürdüyü tələblər dövrün ictimai şəraiti ilə bağlı
olur. Buna görə də hər bir tələb cəmiyyətin mövcud ictimai
şəraiti ilə əlaqədar şəkildə meydana çıxır. Məsələn, XX əs-
rin 20–30-cu illərindən meydana gəlmiş ictimai tələblərdən
birini xatırlayaq.
Tarixi faktlardan aydın olur ki, keçmiş sovet hakimiy-
yətinin ilk illərindən bütün xalq kütlələrinin mədəniyyəti-
ni hərtərəfli inkişaf etdirmək ictimai tələbi irəli sürülmüş-
dür. Bu tələbə müvafiq olaraq dilçilikdə, əsasən, aşağıdakı
vəzifələr müəyyənləşdirilmişdir.
1. Yazısı olmayan xalqlar üçün əlifba yaratmaq. Keçmiş
sovet ölkəsində bir çox xalq üçün əlifba hazırlanmış
və bununla onların mədəni inkişafına əvəzi olmayan
şərait yaradılmışdır.
2. Yazısı çətin olan xalqların yazı sistemində dəyişiklik
aparmaq.
3. Ədəbi dilləri dərindən öyrənmək. Bu məqsədlə keç-
miş sovet xalqlarının ədəbi dilləri bütün xüsusiyyətlə-
ri ilə tədqiqata cəlb edilmişdir. Alimlər dünya dilçili-
yində ədəbi dil nəzəriyyəsini tam əsaslandırmışlar.
4. Ədəbi dillərin norma və qaydalarını təkmilləşdirmək.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
145
Dilçilikdə ayrı-ayrı xalqların
ədəbi dillərinin təkmil-
ləşdirilməsi ilə yanaşı,
onun təbliği və öyrənilməsi
sahəsində də az iş görülməmişdir. Hər bir xalqın ədə-
bi tələffüz və düzgün yazı formalarının sabitləşdiril-
məsinə xüsusi əhəmiyyət verilmişdir. Bütün bunların
nəticəsində ümumi mədəniyyətin tərkib hissəsi olan
nitq mədəniyyəti inkişaf etdirilmişdir.
Müasir dövrdə cəmiyyətin inkişafı
ilə əlaqədar qa-
nunauyğunluq əsasında dilçilik elminə aid yeni-yeni icti-
mai tələblər meydana çıxır. Bu tələblər dil haqqında elmin
qarşısında mühüm vəzifələr qoyur ki, bunların da yerinə
yetirilməsi nəticəsində dilçilik daima inkişaf edir, onun xə-
zinəsi genişlənir və zənginləşir.
Dostları ilə paylaş: