Elektronika sahəsindəLampa, tranzistor texnologiyalarından mikrosxem texkologiyalarına keçməklə, kompüterin qabaritləri min dəfələrlə azaldılmışdır.Prosessorun qabaritinin kiçilməsi ilə yanaşı onun hesablama sür'ətinin milyon dəfələrlə artmışdır.Daxili və xarici yaddaşların hədsiz dərəcədə genişləməsi hesabına kompüterdə heç bir çətinlik olmadan böyük mə'lumatları (məs. Hava proqnozu, seysmik mə'lumatlar kimi küllü miqdarda mə'lumatları, milyonlarla kitabların virtual banklarını) yaddaş qurğularında saxlamaq, sür'ətlə e'mal etmək, dünyanın ixtiyari yerinə ötürmək olar. Kompüterin digər qurğularının (printer, skaner, monitor, klaviatur, faks-modem və d.) keyfiyyət və imkanlarının kəskin surətdə yüksəlməsi və yeni qurğuların yaradılması nəticəsində kompüterin tətbiq sahələri hədsiz dərəcədə genişlənmişdir. Müasir telekomunikasiya, radio-televiziya sistemlərinin Internet şəbəkəsinə qoşulması nəticəsində informasiya mübadiləsinin texnoloji yeni formasının yaranması.