1. Ümumi müddəalar



Yüklə 82 Kb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü82 Kb.
#108143
  1   2   3   4   5   6   7   8

1. Ümumi müddəalar Külli miqdarda mə'lumatların saxlanması, e'malı, ötürülməsi müasir dövrün ən əsas cəhətlərindən biridir. Müasir dünya – informasiya dünyasıdır. Elə bir sahə tapmaq olmaz ki, orada informasiya mübadiləsi getməsin. Cəmiyyətin iqtisadi, siyasi və mədəni qrumları informasiya tə'minatı olmadan mövcud ola bilməz. İnformasiyanın kəmiyyət etibarı ilə həndəsi silsilə şəklində artdığı bir dövrdə, bu mə'lumatların operativ e'malı, mübadiləsi, saxlanılması köhnə “kağız texnologiyası” vasitəsilə mümkün deyil. Bu qlobal problemi həll etmək üçün “kompüter texnologiyalarından” istifadə etmək lazımdır. Bütün inkişaf etmiş ölkələrdə kompüterlər cəmiyyətdə mövcud bütün qrumlarda geniş tətbiq olunmaqdadır. Müasir dövrdə ən qiymətli kapital – informasiya kapitalıdır. Bə'zi inkişaf etməkdə olan ölkələrdə kompüter texnologiyalarının yaradılması, tətbiqi sahəsində çox böyük işlər görülmüş, nəticədə bu ölkələr çox qısa bir müddətdə böyük inkişafa nail olmuşlar. Azərbaycanda və keçmiş SSRİ-nin respublikalarında kompüter texnologiyalarının tətbiqi zəif getsədə, müstəqillik əldə etmiş ölkələrin tezliklə inkişaf etmiş ölkələr səviyyəsinə çıxması üçün kompüterləşmə məsələlərini həll etməlidirlər. Yə'qin ki, bu ölkələr bu yolla da gedəcəklər. Keçmiş SSRİ-də inzibati qaydada qəbul olunmuş “İnformatikanın və hesablama texnikasının əsasları” fənni üzrə dərs proqramları 50-ci illərin kompüter texnologiyaları əsasında yazılmışdır və müasir tələblərə cavab verməyir. Keçmiş SSRİ-nin dağılmasının əsas səbəblərindən biri kompüter sahəsindəki texnoloji geriliyi idi. Hal-hazırda dövlətimizin əsas milli gəliri onun təbii sərvətləridir. Ancaq təbii sərvətlər müəyyən vaxtdan sonra tükənir. İnkişaf etmiş ölkələrin milli gəlirinin böyük hissəsini müasir texnologiyalar, o cümlədən kompüter texnologiyaları(elektron və proqram tə'minatı) təşkil edir. Böyük vəsaitlər cəlb etmədən ölkəmizdə kompüter texnalogiyalarının müəyyən sahələrini yaratmaq olar. Müəyyən bir vaxtdan sonra bu sahələr milli gəlirin əsasını təşkil edər. Yeni texnologiyaların yaradılması üçün təhsil sahəsində dəyişikliklər etmək lazımdır. Yeni proqramların yaradılması, yeni dərsliklərin yazılması ən aktual bir problem olub, tezliklə həll olunmalıdır. Çünki bu problemləri həll etməyə qadir kadrlarımız var. Sizə təqdim etdiyimiz “İnformatikanın və hesablama texnikasının əsasları” fənni üzrə dərs proqramı kompüter texnologiyalarının yaradılması, tətbiqi ilə bağlı kadr problemlərinin həll olunması sahəsində “İbtidai kompüter təhsilini” əhatə edir. mBu proqrama uyğun dərslik də yazılıb. Fikrimizcə, 286 prosesorlu 16 dərəcəli maşınlar üçün nəzərdə tutulan bu proqram yeni texnologiyaların öyrənməsi işində vətəndaşlarımıza yardımçı ola bilər.
Yüklə 82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin