Ali kompüter təhsili. Bu təhsil proqramçılar və kompüterin elektronikası ilə məşğul olanlar üçün nəzərdə tutulub. Proqram sistemlərin yaradılması, kompüterin qurğularının tə'miri, yeni kompüter qurğularının yaradılması və s. yalnız bu təhsilin əldə olunması ilə mümkündür. Ali kompüter təhsilində əsas üç qrup peşəkar mütəxəsislərin hazırlanması nəzərdə tutulub: Tətbiqi proqramlaşdırma üzrə proqramçılar. Bu ixtisaslı proqramçılar müxtəlif tətbiqi proqramlar sistemləri yaratmaq imkanına malik olmalıdırlar. Bunun üçün yüksək alqoritmik dillərin bir neçəsinə peşəkar səviyədə yiyələnməlidirlər. Hal-hazırda yüzlərlə alqoritmik dillər mövcuddur. Təhsil üçün əsas olaraq Quic Basic, Visual Basic alqoritmik dillərini əsas götürmək daha məqsədəuyğundur. Belə ki, proqram tə'minatı sahəsində MicroSoft şirkəti aparıcı bir şirkət olduğu üçün, bu şirkətin proqram tə'minatı – əməliyyat sistemləri, alqoritmik dilləri rəqabətə davamlı proqram tə'minatının yaradılmasına imkan verir. Sistem proqramlaşdırma üzrə proqramçılar. Bu ixtisasa yiyələnmiş proqramçılar kompüterin arxitekturasını dərindən bilməli, kompüter qurğuları ilə bağlı problemləri həll etmək qabiliyyətinə malik olmalıdırlar. Sistem proqramların yaradılması üçün aşağı səviyyəli alqoritmik dillərdən, deassembler proqramlarından, mini koldlardan istifadə etmək bacarığına malik olmalıdırlar. Burada da MicroSoft şirkətinin proqram tə'minatından istifadə olunmalıdır. Kompüter elektronikası üzrə mühəndislər. Bu ixtisas müasir kompüterlərin daxili və xarici qurğularını dərindən bilməlidirlər. Kompüterin müxtəlif sahələrə tətbiqi ilə bağlı yeni ötürücü, toplayıcı qurğuları yaratmaq, mövcud qurğuları tə'mir etmək qabiliyyətinə malik olmalıdırlar. Biz bu təhsillə bağlı daha geniş danışa bilərdik. Ancaq bu bizim mövzudan uzaqlaşdıra bilər. Yuxarıda sadalanan hər iki təhsil