1. Universitetin adı: Azərbaycan Dövlət Aqrar Universiteti Fakültə: Aqrar iqtisadiyyat İxtisas: İqtisadiyyat

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.17 Mb.
səhifə8/14
tarix14.01.2017
ölçüsü1.17 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Müasir dövrdə həyatin müxtəlif sahələrində İKT-larının geniş tətbiqi müxtəlif kompüter istifadəçiləri arasında informasiya əlaqələrinin yaradılmasını tələb edir. Müxtəlif kompüterlər arasında informasiya əlaqələri olmadan həlli mümkün olmayan və ya həddən artıq çətin olan məsələlərə aşağıdakıları aid etmək olar:

  • informasiyanın böyük məsəfalərə ötürülməsi (yüzlərlə. minlərlə kilometrlərə);

  • bir neçə kompüter tərəfindən bahalı qurğu, proqram vasitələri və informasiya ehtiyatlarından birgə istifadə. Buraya güclü prosessorları. Iritutumlu informasiya daşıyıcılarını, yüksək məhsuldarlığa malik printerləri, verilənlər bazalarını və müxtəlif proqram təminatı vasitələrini aid etmək olar.

  • disk-daşıyıcılarından istifadə etmədən informasiyanın kompüterlər arasında mübadiləsini;

  • böyük həcmli layihələr üzərində birgə işin aparıldığı vaxt istifadə edilən ümumi verilənlər üzərində qarışıqlığın aradan qaldırılmasının təmin edilməsi;

Əslində qeyd olunan bu siyahını daha da genişləndirmək olar. Lakin daha geniş istifadəçi əhatəsinə görə yuxarıda göstərilən səbəblər kompüterlər arasında informasiya mübadiləsi üçün əlaqələrin yaranmasını tələb edir.

Kompüterlər arasında əlaqələrin təşkilinin üç əsas üsulu mövcuddur. Bu üsullar aşağıdakılardır:

  • yanaşı yerləşən kompüterlərin xüsusi kabellərdən istifadə edilərək kommunikasiya portları vasitəsilə birləşdirilməsi;

  • verilənlərin modemlər vasitəsilə naqillər və ya peyk ötürmələrinin köməyi bir kompüterdən digərinə ötürülməsi;

  • kompüterlərin kompüter şəbəkələri vasitəsilə birləşdirilməsi;

Adətən iki kompüter arasında əlaqələrin yaradılmasında bir kompüter ehtiyatların (proqramların, verilənlərin və s.) təqdim edicisi və ya göndəricisi, digəri isə bu ehtiyatların istifadəçisi rolunu oynayır. Belə halda birinci kompüter server, ikinci kompüter isə klkiyent və ya işçi stansiya adlandırılır. Göstərilən əlaqənin təmini üçün xüsusi proqram təminatının mövcudluğu tələb olunur.

Server (ingilis sözu serve- xidmət etmək) – bu yüksək məhsuldarlığa malik kompüter olub, iri həcmli xarici yadadşa malik olur. Bu kompüter birgə istifadə üçün nəzərdə tutulan qiymətli ehtiyatların bölüşdürülməsini idarə etməklə kliyent kompüterlərə xidməti təmin edir.

Kliyent (başqa sözlə işçi stansiya) dedikdə serverin xidmətlərindən istifadə edə biləcək istənilən kompüter ola bilər.

Misal üçün server mərkəzi verilənlər bazası yerləşən güclü kompüter, kliyent isə proqram vasitəsilə lazım olduqda serverdən verilənləri tələb edərək alan adi kompüter ola bilər. Bəzi hallarda eyni bir kompüter həm server, həm də kliyent ola bilər. Bu halda həmin kompüter özündə olan verilənlər və informasiya ehtiyatlarını digər kompüterlərə təqdim etməklə bərabər, həm də həmin ehtiyatlardan özü də istifadə edir.


Kliyent həm də server xidmətlərini istifadəçi adından alan tətbiqi proqramı da adlandırmaq olar. Uyğun olaraq istənilən kompüterin digər kompüterə xidmətlər təqdim edən proqram təminatını server adlandırmaq olar.

Ayrı-ayrı kompüterlərin interfeyslərinin uyğunsuzluğunu aradan qaldırmaq üçün xüsusi kommunikasiya protokolları adlandırılan standartlarlar işlənib hazırlanmışdır.

Kommunikasiya protokolu- müxtəlif verilənlərin ötürülməsi qurğuları arasında informasiya mübadiləsinın razılaşdırılmış konkret qaydalar yığımıdır. Hal-hazırda ötürmə sürəti, verilənlərin formatlaşdırılması və səhvlərə nəzarət və s. protokolları mövcuddur.

Şəbəkə ilə işləmək üçün verilmiş protokola uyğun olaraq verilənlərin ötürülməsini təmin edən xüsusi şəbəkə proqram təminatının olması tələb olunur.

Kommunikasiya protokolları ötürüləcək bütün informasiyanı qeyd olunmuş ölçüyə malik ayrı-ayrı bloklara- paketlərə bölünməsini təyin edir. Sonradan paketləri lazımı ardıcıllıqla yığmaq məqsədilə onlar nömrələnirlər. Paketdə olan verilənlərə misal üçün aşağıdakı formata malik əlavə informasiya əlavə edilir


Alıcının

ünvanı


Göndərənin ünvanı

Uzunluq

Verilənlər

Nəzarət cəmi sahəsi

Paketin verilənlərinin nəzarət cəmi səhvlərə nəzarət üçün lazım olan informasiyanı özündə saxlayır. Birinci dəfə o, verilənləri ötürən kompüter tərəfindən hesablanır. Paket ötürüldükdən sonra isə nəzarət cəmi verilənləri qəbul edən kompüter tərəfindən hesablanır. Əgər alınan nəticə ilkin nəticə ilə üst-üstə düşmürsə. Deməli paketin verilənləri ötürülmə zamanı korlanıb. Belə paket atılır və avtomatik olaraq paketin yenidən göndərilməsi üçün sorğu göndərilir.



Qurğular arasında əlaqənin təyin olunması üçün kommunukasiya kanalları və protokolların uyğunlaşması üçün siqnallar mübadiləsi həyata keçirilir. Bu proses əlaqənin müəyyənləşdirilməsinin təsdiqi adlandırılır (ingiliscə HandShake- əl sıxma).

Kompüter şəbəkəsi (ingiliscə Computer NetWork, net — şəbəkə, work — iş) – kompüterlər arasında informasiya mübadiləsi sistemidir. O özündə üç əsas komponenti birləşdirir:

  1. verilənlərin ötürülməsi xətləri (buraya verilənlərin ötürülməsi kanalları və kommunikasiya vasitələri aiddir);

  2. verilənlərin ötürülməsi xətləri ilə birləşdirilən kompüterlər;

  3. şəbəkə proqram təminatı.

Kompüter şəbəkələri istifadəçiləri həmin şəbəkənin proqram, texniki, informasiya və təşkilati ehtiyatlarından birgə istifadə imkanını əldə edirlər. Kompüter şəbəkəsi qovşaqları (kompüterlər, işçi stansiyalar və s.) və onları əlaqələndirən budaqlardan ibarətdir.

Şəbəkə budaqları- iki qonşu qovşağı birləşdirən yoldur. Şəbəkə qovşaqlarının üç tipi mövcuddur:

  1. Axırıncı(sonuncu) qovşaq- ancaq bir budağın sonunda yerləşən qovşaq;

  2. Aralıq qovşaq- birdən çox budağın sonunda yerləşən qovşaq;



  3. Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə