1. Verginin yaranmasına nə səbəb oldu?



Yüklə 21,84 Kb.
tarix01.01.2022
ölçüsü21,84 Kb.
#106812
Vergi kollokvium


1. Verginin yaranmasına nə səbəb oldu?

Öz xərclərini müəyyənləşdirmək üçün fizikal mexanizmlər yaradan və onlardan istifadə edən dövlətin və dövlət aparatının yaranması vergilərin yaranmasına səbəb oldu.

2. Müəyyən bir dövr ərzində ölkədə yaradılmış bütün maddi nemətlərin dəyəri necə adlanır? ÜDM nədir? Hansı mərhələlərdə vergi tutulur?

Müəyyən bir dövr ərzində ölkədə yaranan bütün maddi nemətlərin dəyəri UDM adlanır. Dəyər formasında ümumi daxili məhsulun istehlak olunmuş istehsal vasitələrinin dəyərindən ödənilmiş əmək haqqının məbləğindən və mənfəətdən ibarətdir



  • İstehsal

  • Bölüşdürücü

  • Mübadilə

  • İstehlak

3. Sabit vergi xərcləri nədir? Dəyişən vergi xərcləri nədir?

Məhsul yerinə yetirilmiş işin göstərilmiş xidmətin həcmindən asılı olmur. Məsələn – Əmlak vergisinin torpaq vergisinin həcmi sabit vergi xərcidir. Dəyişən vergiyə misal olaraq dəyişən vergi xərcinin həcmi isə məhsulun yerinə yetirilən işin göstərilən xidmətin həcminə münasib olaraq dəyişir. Misal olaraq əlavə dəyər vergisinin, mənfəət vergisinin və s. həcmini göstərmək olar.

4. Şərti olaraq büdcənin gəlir mənbələri hansılardır?


  1. Dövlət əmlakı ümumi dövlət ehtiyatları onlardan istifadəyə görə haqq tutula müəyyən ödəniş ola bilər.

  2. Hüquqi və Fiziki şəxslərdən tutulan məcburi ödənişlər və qeyri- vergi ödənişi.

  3. Dövlət istiqrazları dövlət qiymətli kağızları.

5. Vergi nədir?

Dövlət bələdiyyələrinin fəaliyyıtinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi şəklində dövlət büdcəsində və yerli büdcələrə köçürülən məcburi fərdi əvəzsiz ödənişdir.

6. Verginin xüsusiyyətləri?


  1. Dövlət tərəfindən alınır

  2. Dövlət xərclərinin maliyyələşdirilməsi

  3. Fiziki və hüquqi şəxslərdən alınır

  4. Əvəzsiz ödənişdir

  5. Məcduri ödənişdir

  6. İqtisadi dəyərdir

7. Vergi və rüsumun fərqi?

Vegi ödənişləri hər hansısa bir mal və ya xidmət əvəzində edilmir ödəyicinin seçim şansı yoxdur. Rüsum isə nəyinsə qarşılığında alınan mübadilədir.

8. Verginin məqsədi?

Dövlətlər verginin xalqın rifahına ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil, pensiyalar, sosial yardımlar, nəqliyyat ola bilər.

9. Statik dinamik əmək haqqına vergilər?

Müəssisənin mənfəət yaratmaq qabiliyyətinə malik olan əmlaka və kapitala hesablanan vergilər, əmlak , torpaq vergisi. Dinamik müəssisənin iqtisadi fəaliyyətinə güclü təsir edir.

10. Optimal vergi yükü nədir?

Optimal şəkildə qoyulmuş vergi bir tərəfdən dövlətin maliyyə vəsaitlərinə olan tələbatını təmin etməli digər tərəfdəndə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan marağını nəyinki azaltmalı hətta onu təsərrüfatçılığını yüksəltmək üçün daim yollar aramağa sövq edir. Vergi yükünün optimal səviyyəsinin müəyyən edilməsi problem inkişaf səviyyəsindən asılı olmayaraq istənilən ölkənin vergi sisteminin qurulması və təkminləşməsi mühüm rol oynayır.

11. Vegitutmanın ilkin formaları?


  1. Məğlublardan alınan varidad vergilərin ilk timsalıdır.

  2. Dinc dövürdə vergi tutmanın ilk forması qurban verilməsi hesab olunurdu.

12. Gəlirdən ilk vergi neşə %?

10% təşkil edirdi.

13. İlk dəfə vergi islahatları keçirilərkən becərilən və münbit torpaqların həcminə görə verginin pul şəkilində ödənilməsi hansı ölkədə tətbiq edilib?

Əhəmənilər dövlətində (b.e.ə 518 – ci il) 1 ci Daranın islahatı

14. 1 ci Daranın islahatları?

Əmtəə pul münasibəti inkişaf etdi və becərilən torpaqların həcminə münbitliyinə görə alındı.

15. İlk dəfə idarələrin yarandığı ölkə?

Almaniya və ABŞ

16. Oktavian Auqustun islahatları?


  1. Tribut adlı pul şəklində ödənilən ilk ümumi vergi yaratdı.

  2. Maliyyə idarələri yaradıldı.

  3. Xadustr tətbiq edildi.

  4. Torpaq vergisi ilə yanaşı daşınmaz əmlak qullar mal qara və digər obyektlər vergiyə cılb edildi.

17. Möhür haqqı vergisi nədir?

Məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gələn gəlir.

18. Dövlət dəmir yollarından gələn vergilər?

Yükün daşınmasından gələn gılirlər. 1919 – cu ildə dövlətin gəliri 600 mln man idisə bunun 400 mln neftin payına düşürdü.

19. Dividend nədir?

Hüquqi və fiziki şəxslərin öz təsisçilərinin səhmdarlarının xeyrinə mənfəətin bölüşdürülməsi ilə bağlı pul və digər ödəmələr şəklində etdiyi ödənişdir.

20. 21 Noyabr 1941 ci il tarixli fərmanı ilə subaylara və uşaqlara vergi tətiq olundu? Məqsəd?

Monqolustan istisna olmaqla tarixdə dünyanın heç bir olkəsində bu verginin analoqu olmamışdır. SSRİ dağılana qədər mövcud idi dövriyyə ödənişi dövriyyə vergisi idi. Kömək məqsədi ilə SSRİ ali sovetin

21. Atomstik nəzəriyyə?

XVI əsr XVII əsrin əvvəli mübadilə nəzəriyyəsinin bir formasıdır.

22. Zövq nəzəriyyəsi?

XIX əsr İsveçrədə Jan Simona Sismondi (1773-1842) siyasi iqtisadi yeni başlanğıcları (1819) adlı əsərdən vergi nəzəriyyəsindən

23. Vergi tutmanın əsas prinsipləri

Prinsiplər

Klassik İqtisadi

Ədalət İqtisadi

Müəyyənlik Məhsuldarlıq

Uyğunluq Elastiklik

İqtisadilik

24. Təsərüffat müstəqilliyi prinsipləri?

Təsərüffat müstəqilliyi və sərbəstliyi prinsipi ödəyicisinin xüsusi mülkiyyət hüququnda, xüsusi mülkiyyətin toxunulmazlığına və onun bu hüquqlarının dövlət tərəfindən qorunmasına əsaslanır.

25. Ədalətlilik prinsipi?

Ədalətli vergi sisteminin yaradılması hələ ki heç bir dövlətin nail olmadığı bir arzudur. Bu prinsipə əsasən ölkənin hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlirlərinə və imkanlarına uyğun olaraq iştirak etməlidirlər.

26. Səmərəlilik prinsipi?

Bu prinsipə əsasən yığılmış verginin məbləği onun yığılmasına çəkilən xərclərin cəmindən çox olmalıdır. Müəyyən növ vergilərin, məsələn , fiziki şəxslərin əmlak vergisinin yığılması zamanı bu prinsipə əməl olunmur. Çünki bəzən yığılan verginin məbləği vergi tutma obyektlərinin müəyyənləşdirilməsi vətəndaşların xəbərdar edilməsi vergilərin yığılması və onlara nəzarətlə bağlı xərcləri ancaq ödəyir.

27. Vergi tutmanın funksiyaları? (Bölüşdürücü funksiya).

- İstehsal

- Bölüşdürmə

- Mübadilə

- İstehsal



Bölüşdürmə dövlətin iştirakı olmadan ortaya çıxır. Çünki istehlakçıların və cəmiyyətin digər subyektlərinin ÜDM ilkin bölüşdürmə funksiyası prosesi dövlətin iştirakı olmadan həyata keçirilir. Əmək haqqının verilməsi mənfəətin əldə edilməsi başqa cür təsəvvür etmək mümkün deyil.
Yüklə 21,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin