1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri


Paylanmış VBİS-in funksiyaları



Yüklə 0,72 Mb.
səhifə10/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

10.Paylanmış VBİS-in funksiyaları.
Tipik PVBİS, ən azı, mərkəzləşdirilmiş VBİS üçün müəyyən edilmiş bütün funksional imkanlar yığımını təmin etməlidir. Bundan başqa, PVBİS aşağıdakı funksional imkanları da yerinə yetirməlidir.
1. Uzaq saytlara girişi və şəbəkəyə daxil olan saytlar arasında sorğuları və verilənləri ötürməyə imkan verməlidir.
2. Kataloqda şəbəkədə verilənlərin paylanması haqqında məlumatları saxlamalıdır.
3. Paylanmış sorğuların emalı vasitələri sorğuların optimallaşdırmasını və uzaqdan müraciətin təşkilini təmin etməlidir.
4. Paralelliyi idarəedən genişləndirilmiş funksiyalar replika edilən (təkrarlanan) verilənlərin tamlığını dəstəkləməlidir.
5. Genişləndirilmiş bərpa funksiyaları saytların və əlaqə xətlərinin işində imtinaların ola biləcəyini nəzərə almalıdır.
Alternative Technologies firmasının prezidenti Makqovern paylanmış VBİS–lərin dəstəkləməli olduğu 13 əsas funksiyanı göstərmişdir. Onlara ətraflı baxaq. 
1. Verilənlərin paylanmış lüğəti (direktoriya). Lüğət verilənlərin tipi, onların yerləşdiyi yer və verilənlərə müdaxilə üsulu haqqında informasiyadan ibarətdir.
2. Dəyişikliklərin ikifazlı qeydiyyatının şəffaf protokolu. Bu protokol verilənlərin ziddiyətsizliyini təmin edir. Bir neçə qovşaqda verilənləri dəyişdirən tranzaksiya icra edildikdə ikifazalı qeydiyyat protokolu bütün tranzaksiyaların müvəffəqiyyətlə icrasını yalnız o halda təmin edir ki, hər bir qovşaqda emaletmə müvəffəqiyyətlə yerinə yetirilmış olsun. Əgər qovşaqlardan birində emaletmə müvəffəqiyyətlə yerinə yetirilməmişdirsə, o bütün tranzaksiyaların işinin nəticələri ləğv edir.
3. Üfqi və şaquli fraqmentasiya. Bu funksiya VB cədvəlini sətirlər (üfqi) və sütunlar (şaquli) üzrə "parçalamağa" və bu cədvəllərin hissələrini şəbəkənin müxtəlif qovşaqlarında yerləşdirməyə imkan verir.
4. Məlumatların surətinin çıxarılmasının müstəqilliyi. VBİS-in bu xüsusiyyəti şəbəkənin qovşaqlarında əlavənin (proqramın) məhsuldarlığını azaltmadan və verilənlərin ziddiyətsizliyini pozmadan verilənlərin surətlərini yaratmağa imkan verir.
5.
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin