1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri



Yüklə 0,72 Mb.
səhifə2/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

Əsas anlayışlar
Verilənlər bazası (VB) – predmet sahəsinin obyektlərinin strukturunu və əlaqələrini əks etdirən kompyuterin yaddaşında saxlanılan qarşılıqlı əlaqəli verilənlər yığımıdır.
Predmet sahəsi – əsas göstəricilərini VB–də əks etdirmək istədiyimiz real dünyanın bir hissəsidir. Predmet sahəsi sonsuzdur və həm çox zəruri, həm də az əhəmiyyət kəsb edən anlayış və verilənlərdən ibarətdir. Predmet sahəsi kimi tədris prosesini, bankların fəaliyyətini, anbarları, arxivləri və s. göstərmək olar.
Verilənlər bazasının əsas anlayışlarından biri informasiyadır.
Verilənlər – daha ciddi, xüsusi formada təsvir olunmuş informasiya növüdür. Belə təsvir forması verilənlərin toplanılmasını, saxlanılmasını avtomatlaşdırmağa imkan verir və sonradan bu verilənlər adamlar və ya informasiya vasitələri ilə emal edilir. Kompyuter texnologiyasında verilənlər – kompyuterdə saxlanmaq, emal olunmaq və habelə əlaqə kanalları ilə ötürülmək üçün rahat formada diskret informasiyadır.
Bəzi hallarda “verilənlər” anlayışını “məlumat” anlayışı ilə əvəz etməyə cəhd olunur, bu tamamilə yanlış bir mülahizədir. VB layihələndirildikdə verilənlərin əsasən aşağıdakı tiplərindən istifadə edilir:

  • ədədi xarakterli;

  • simvol və ya hərf–rəqəm;

  • vaxt və tarix;

  • mətn;

  • ikilik;

  • hiperistinad.

Verilənlərin məntiqi – predmet sahəsinin anlayışlarını, onların qarşılıqlı əlaqələrini və habelə, verilənlər üzərinə qoyulan məhdudiyyətləri təsvir edir.
Verilənlərin fiziki modeli dedikdə verilənlərin məntiqi modeli yaradıldıqda hər hansı bir verilənlər bazasını idarəetmə sistemində qəbul edilmiş formada verilənlərin cədvəllərlə təsviri, atributların cədvəl sütunları ilə təsvir edilməsi, açar atributlar üçün unikal indekslərin yaradılması və s. başa düşülür.
Verilənlər bazalarını idarəetmə sistemləri (VBİS) – VB yaratmaq, bazanın verilənləri üzərində müxtəlif axtarış, sıralama, yeniləmə, sorğu kimi əməliyyatları yerinə yetirməyə imkan verən proqram vasitələri kompleksidir.

2.Verilənlər bazasının növləri




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin