1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri



Yüklə 0,72 Mb.
səhifə4/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

Şəbəkə verilənlər bazası
İyerarxiya modeli ilə, demək olar ki, eyni zamanda verilənlərin şəbəkə modeli tətbiq edildi. Şəbəkə modeli iyerarxiya modelinin genişlənmiş formasıdır. Belə modelin əsas məqsədi iyerarxiya modelində olan çatışmazlıqları aradan qaldırmaq idi. Şəbəkə modeli də qraflar şəklində təsvir olunur, lakin burada istənilən obyekt həm əsas, həm də tabe olan obyekt ola bilər (şəkil 1.2).








Qraflar nəzəriyyəsi nöqteyi–nəzərindən şəbəkə modelinə ixtiyari qraf uyğun gəlir. İyerarxiya modelində hər bir varis obyektin yalnız bir əcdad obyekti ola bildiyi halda, şəbəkə modelində varis obyekt istənilən qədər əcdada malik ola bilər. Obyektlər arasında əlaqə əcdad və varis arasında istənilən qədər əlaqədən ibarət olur. Beləliklə, şəbəkə modelində hər bir obyektə birbaşa müraciət etmək mümkündür (məsələn, B2 obyektinə A və B obyektlərinin əlaqəsi vasitəsi ilə deyil, birbaşa müraciət oluna bilər.
Şəbəkə modellərinin strukturunun sərt olması və verilənlərin təsvirinin mürəkkəb olması əksər hallarda bu modeldən imtina edilməsinə səbəb oldu.
Relyasiyalı verilənlər bazası
Məhz relyasiyalı verilənlər bazası 70–ci illərdən başlayaraq proqramlaşdırmada geniş tətbiq olunmağa başladı. Bu modeli IBM firmasının əməkdaşı Edqar Kodd təklif etmişdir. Model öz adını “relation” ingilis sözündən götürmüşdür ki, tərcüməsi “münasibət”, “əlaqə” deməkdir. Relyasiyalı VB–də obyektlər və onların qarşılıqlı əlaqələri sətir və sütunlardan ibarət cədvəllərdə təsvir olunur (şəkil 1.3). Belə VB–nin əsas üstünlüyü onun sadəliyi və strukturunun çevikliyidir.




Şəkil 1.3. Relyasiyalı VB sxemi

Hər bir cədvəl verilənlər bazasının bir obyektini təşkil edir. Belə bazanı kompyuterdə yaratmaq çox asan olur. Biz növbəti bölmələrdə ancaq relyasiyalı VB–dən söhbət açacağıq.
Beləliklə, VB–ni təşkil edən cədvəllər disklərdə, ayrıca bir qovluqda saxlanır. Bütövlükdə bu qovluq VB–ni təşkil edir, onun tərkibinə daxil olan cədvəllər isə ya bir faylda, ya da bir neçə ayrı–ayrı fayllarda yadda saxlanır. Bu fayllar üzərində əməliyyat sisteminin yol verə biləcəyi istənilən əməliyyatları aparmaq olar.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin