1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri



Yüklə 0,72 Mb.
səhifə7/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

5.İndekslər
VB cədvəllərinin hər birində yüzlərlə, minlərlə yazılar ola bilər. Adətən bu yazılar cədvəldə ixtiyari ardıcıllıqla, nizamsız qaydada yerləşir. Bu yazılar içərisindən hər hansı bir kriteriyə uyğun parametri axtardıqda böyük vaxt tələb olunur. Belə axtarışı sürətləndirmək və ümumilikdə VB–nin məhsuldarlığını artırmaq məqsədi ilə indekslərdən istifadə edilir. İndeksin tətbiqi nəticəsində yazılar artma və ya azalma sırası ilə düzülür. İndeks bir və ya bir neçə sahəyə tətbiq oluna bilər. İndeks sahələri adətən cədvəllərə sorğular edildikdə yaradılır. VB–də indekslərsiz də ötüşmək olar, lakin yuxarıda qeyd etdiyimiz kimi, indekslərin tətbiqi VB–nin səmərəliliyini, məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Təcrübələr göstərir ki, tələbələr indeksin mahiyyətini, əhəmiyyətini tam dərk etmirlər. Ona görə də bu sualı ətraflı aydınlaşdıraq. Tutaq ki, cədvəl 1.3–də göstərilmiş TƏLƏBƏ cədvəlində bizi orta balı 697 olan tələbə maraqlandırır. Adi halda (indeks tətbiq edilmədikdə) biz bu tələbəni aşağıdakı qayda ilə axtaracağıq:

  1. cədvəlin birinci sətrini seçirik;

  2. bu sətirdəki balı yadda saxlayırıq;

  3. bu qiyməti axtardığımız qiymətlə müqayisə edirik: əgər onlar bərabər deyilsə, növbəti sətrə keçirik.

Bizim cədvəl üçün belə müqayisələrin sayı 8–ə bərabər olacaqdır. Əgər belə sətirlərin sayı 100, 1000, 10000 olarsa, təsəvvür edirsinizmi nə qədər müqayisələr aparmaq lazımdır?
İndi isə indeksin tətbiqi ilə axtarışın necə yerinə yetirilməsinə baxaq. İzahat xatirinə cədvəlimizi cədvəl 1.4–də göstərilən formada yazaq. İndi bu cədvəlin Bal sütununa indeks tətbiq edək, onda yeni cədvəl (cədvəl 1.5) alacağıq.
Massivlərdə, siyahılarda, statistik seçmələrdə və s. hər hansı bir parametrin seçilməsi üçün müəyyən axtarış üsullarından istifadə edilir. Belə axtarış üsulları çoxdur, biz ikili (binar) axtarış üsulunun tətbiqinə baxaq. İkili axtarış üsuluna görə baxdığınız seçməni iki bərabər hissəyə bölək. Onda cədvəl 1.6 və cədvəl 1.7–ni alarıq.

Cədvəl 1.4. İlkin cədvəl




Cədvəl 1.5. İndeks tətbiq edildikdən sonrakı cədvəl


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin