1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir


Hansı cümlədə tabelilik əlaqəsinin hər üç növü işlənmişdir?



Yüklə 0,75 Mb.
səhifə5/7
tarix20.01.2017
ölçüsü0,75 Mb.
#825
1   2   3   4   5   6   7

91. Hansı cümlədə tabelilik əlaqəsinin hər üç növü işlənmişdir?

A) Yazda ağaclar çiçəkləyir.

B) Dənizdə fırtına başlamışdı.

C) Soyuq hava gəzintiyə imkan vermədi.

D) Mehri nə danışanda, nə də yazanda tələsirdi.

E) Çırağı başının üstünə qaldırmışdı.


92. «Maraqlı kitab» söz birləşməsinin tərəfləri arasında hansı əlaqə var?

A) idarə B) idarə, yanaşma C) uzlaşma

D) yanaşma E) tabesizlik
93. Hansı cümlədə yanaşma əlaqəsi yoxdur?

A) Məncə, meyxananın vətəni Bakıdır.

B) Gəncə Azərbaycanın qədim şəhəridir.

C) Biz indi şəhərdən gəlirik.

D) Muğam sənəti bizim gözəl diyarda çox yaxşı inkişaf etmişdir.

E) Ağ paltarı bəyənmədim.


94. Tabesizlik əlaqəsi hansı cümlədədir?

A) Şəhidlərimizi həmişə yada salmalıyıq.

B) Qara qız birdən ağladı.

C) Uşaqlar həmişə öz hüquqlarını bilməlidir.

D) Onun fikirləri aydın və mənalı idi.

E) Axşam mən müəlliməmə zəng eləmişdim.


95. Aşağıdakı söz birləşmələrindən hansında həm uzlaşma, həm də idarə əlaqəsi var ?

A) balaca uşaq B) düşmənə nifrət

C) onun gözləri D) sizə deyəndə

E) ona deyərkən


96. Hansı sintaktik əlaqə zamanı birinci əsas, ikinci asılı söz gəlir?

A) yanaşma B) idarə

C) həm yanaşma, həm də idarə D) uzlaşma

E) idarə və uzlaşma


97. Birinci növ təyini söz birləşməsi işlənmiş cümlə hansıdır?

A) Quru-quru vətən deməkdən bezdim artıq, sevgimizi əməldə göstərməliyik.

B) Bizim xalqımız qonaqpərvərdir.

C) Adət-ənənələrimiz müasirliyin ayaqları altında inildəyir.

D) Mənim atam Qarabağ müharibəsində şəhid olub.

E) Biz doğma torpaqlarımızı zalım düşməndən təmizləməliyik!


98. Cümlələrdən hansında feli birləşmə işlənmə­mişdir?

A) O, evə gələndə yurd-yuvasını dağılmış gördü.

B) Hər bir insan xaricdə öz həmyerlisini gördükdə çox sevinər.

C) Ramin atasını görər-görməz aradan çıxdı.

D) Məncə, onun oxumağının heç bir əhəmiyyəti yoxdur.

E) Əsil insan kimi yaşamaq istəyirsənsə, bağışlamağı bacarmalısan.


99. Sifət+say sxeminə uyğun söz birləşməsi hansıdır?

A) balacalardan ikisi B) onların biri

C) getməyimizin səbəbi D) aydın fikir

E) yaxşıların yaxşısı


100. Əsas tərəfi isimlə ifadə olunmuş söz birləşməsi hansıdır?

A) kitabın yaxşısı B) uşağın qışqırması

C) dərsini oxuyan D) mənim həyatım

E) almaların ikisi


101. Aşağıdakı söz birləşmələrindən hansında tərəf­lə­rin yerini dəyişsək, məzmununa xələl gəlməz?

A) beş kitab B) mənim sevgilim

C) kitab oxumaq D) çox insan

E) Qız qalası


102. Hansı növ təyini söz birləşməsinin tərəfləri həmişə birlikdə bir cümlə üzvü olur?

A) I, II B) II C) III, I D) I E) I, II, III


103. II növ təyini söz birləşmələri hansı cərgədədir?

A) həyətin ağacları, dağ havası

B) gözəl aləm, dadlı xörək

C) el gücü, atalar sözü

D) məktəbə yol, evə çatanda

E) deyilməli söz, bizim kəndlərimiz


104. Cümlələrin birində III növ təyini söz birləşməsi xəbər vəzifəsində işlənmişdir:

A) Sənin vəzifən yaxşı oxumaqdır

B) Gələn sənin rəfiqəndir?

C) Şeir söyləməyin çox gözəldir.

D) Xalqın qədrini bilən qeyrətlilər çoxdur.

E) Taxıl zəmisi dəniz kimi dalğalanırdı.


105. I növ təyini söz birləşməsinin asılı tərəfi hansı cümlə üzvü olur?

A) təyin B) xəbər C) mübtəda

D) tamamlıq E) zərflik
106. Verilənlərdən biri söz birləşməsi deyil:

A) gümüşdən kəmər B) bağlı qapı

C) onlardan biri D) gözəl qız

E) səndən başqa


107. İkinci növ təyini söz birləşməsi hansı cərgədədir?

A) alın yazısı B) kədərdən qəmgin olmaq

C) bizim sinif D) daş döşəməli

E) tarixi hadisə


108. Hansı bənddəki sözlərdən söz birləşməsi düzəltmək olmaz?

A) Ramin, dost B) insan, üçün

C) qələm, yaşıl D) ata, nəsihət

E) vətən, sevmək


109. Sadə söz birləşməsi hansıdır?

A) sənin qədər B) mənə görə

C) qəlbimizin böyük dərdi D) mən evə gələndə

E) qara xal


110. İsim+fel sxeminə uyğun gələn söz birləşmələrini müyyənləşdirin:

A) qapıya qaçıb, beş adam

B) igidlər gülərək, yaralılara baxaraq

C) onun oxumağı, Rənanın dediyi

D) yatan kişi, dəri çanta

E) qatar gələndə, dərslərini oxuyan


111. Aşağıdakı söz birləşmələrindən hansının əsas tərəfinə cəm şəkilçisi artırmaq olmaz?

A) beş kitab B) məktəb direktoru

C) çox uşaq D) gözəl insan

E) yaxşı adam


112. Aşağıdakılardan hansı sıra məsdər tərkiblərindən ibarətdir?

A) evdən çıxanda, mən gəlməmiş, sən gülərkən

B) oxuya bilmək, dərs oxuyanda, dərsə gedəndə

C) evə gəlmək, ananı sevmək, yaxşı danışmaq

D) deyilmiş söz, qazanılmış manat, qaçan at

E) dərs oxumaq, həvəsli olmaq, sozün qüdrəti



Mövzulararası əlaqə
1. Cümlələrdən birində vergül işarəsi qoyulmalıdır:

A) Görkəmli şairimiz M.Arazın qəlbi millət üçün döyünürdü.

B) Millətini sevən kəs əsl vətəndaşdır.

C) O sözsüz bu məsələdən xəbərdar idi.

D) Ordumuz torpaqlarımızı düş­mən­dən azad etməyə hazırdır.

E) Uşaqlar sabah olimpiadaya gedəcəklərini dedilər.


2. Bəndlərdən biri digərlərindən fərqlənir…

A) isim B) ədat C) say D) sifət E) fel


3. Farsın öz qüdrətli şairləri var,

Nə çoxdur onlarda böyük sənətkar.

Azəri yurdunun oğluyam mən də,

Az-az uydururam yeri gələndə (S.Vurğun).

Şeir parçasının morfoloji təhlili ilə bağlı fikirlərdən biri düzdür:

A) ”Qüdrətli” sadə sifətdir.

B) ”Də” ədatdır.

C) ”Oğluyam”məsdərdir.

D) ”Az-az” zərfdir.

E) Şeirin axırıncı misrasında bir feli sifət işlənmişdir.


4. Məntiq harada pozulmuşdur?

A) fonetika-elmi üslub

B) leksika-omonim

C) sintaksis-söz birləşməsi

D) morfologiya-isim

E) fonetika-samit


5. “Mən ki sənə dostuna bunu çox demişdim” cümləsində hansı durğu işarəsi buraxılmışdır?

A) Heç bir durğu işarəsi buraxılmamışdır.

B) tire

C) qoşa nöqtə

D) dırnaqlar

E) vergül


6. Cümlənin morfoloji təhlilindəki cavablardan biri düzgün deyil: Xalamın qızı Lalə mənə: «Bəzən»,-deyirdi.

A) Xalamın sözü ismin yiyəlik halındadır.

B)Bəzən sözü əvəzlikdir.

C) Qızı sözü mənsubiyyət şəkilçilidir.

D) Lalə xüsusi isimdir.

E) Deyirdi indiki zamının hekayətində olan feldir.


7. Frazeoloji birləşmələr …

A) mürəkkəb isimlərdir

B) sərbəst söz birləşmələridir

C) tərkibi fellərdir

D) mürəkkəb fellərdir

E) tərkibi saylardır


8. Ana ona baxdıqca: «Boyuna anan qurban», -deyə fərəhlənirdi. Cümlənin sxemini müəyyənləşdirin:

A) M: «V» B) «V,»-m,-v

C) M: «V?»-m D) «V,»-m

E) M: «V»,-m


9.. “Həsən cəld kitablarını yığışdırıb stolun üstünə qoydu ki, atası onun dərs oxuduğunu görsün“ cümləsinin morfoloji təhlili ilə bağlı fikirlərdən hansı düzgündür?

A) “Ki“ədatdır.

B) Cəld“tərzi-hərəkət zərfidir.

B) Oxuduğunu“isimləşmiş sifətdir.

C) Həsən“ xüsusi, düzəltmə isimdir.

D) Cümlədəki bütün fellər düzəltmədir.

E) Cümlədə bir işarə əvəzliyi var.
10. Biri məntiqi cəhətdən digərlərindən fərqlənir:

A) görəsən B) düzü C) şübhəsiz

D) həqiqətən E) doğrusu
11. Hansı cümlədə durğu işarəsi buraxılmışdır?

A) Görünür, o gəlməyəcək.

B) O yəqin, sabah bizə gələcək.

C) Çünki o, bunu bilmirdi.

D) Vətənin ona çox böyük ehtiyacı var.

E) Bir gün o adamı tapacağam.


12. Biri məntiqi cəhətdən fərqlənir:

A) zərf B) isim C) zərflik

D) fel E) say
13. “Həyatın gözəlliyi onun mübarizələrlə dolu olmasındadır“ cümləsinin morfoloji təhlilindəki düz cavabı tapın:

A) Gözəlliyi isimləşmiş sifətdir.

B) Həyatın qeyri-müəyyən yiyəlik haldadır.

C) Mübarizələrlə sözündəki bağlayıcıdır.

D) Cümlədə qoşma da var.

E) Gözəlliyi isimdir, təsirlik hal şəkilçisi qəbul etmişdir.


14. Verilmiş cümlələrdən hansında xitab işlənmişdir?

A) Sən bu işi mütləq görməlisən.

B) O, vətən uğrunda ölməyin yox, öldürməyin tərəfdarıdır.

C) Nicat nənəsinə baxaraq qışqırdı.

D) Əlbəttə, biz həmişə vətənimizi sevməliyik.

E) Anar, Akifə de ki, Ülviyyəni çağırsın.


15. Fikirlərdən düz olanlarını seçin:

1. Fellər quruluşca sadə, düzəltmə, mürəkkəb olur.

2. Mənsubiyyət şəkilçili söz həmişə yiyəlik halda olur.

3. Məsdər şəkilçisi leksik şəkilçidir.

4. Sifətin azaltma dərəcəsinin şəkilçiləri leksikdir.

5. Qoşma qoşulduğu sözlə birgə bir cümlə üzvü olur.

A) 2,3,4 B) 2,4,5 C) 2,5

D) 1,5 E) 3,5


16. “Yalnız bir hünərin nə mənası var? Arxasız aslan da tez … olar“ beytində noqtələrin yerinə hansı sözü artırsaq, münasib olar?

A) sakit B) güclü C) qalib

D) məğlub E) məzlum
17. ….qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur.

A) əlavələr B) həmcins üzvlər

C) xitab və ara sözlər D) xüsusiləşmiş uzvlər

E) vasitəsiz tamamlıqlar


18. “Mən artıq süni bir həyata soxulmaram. Həqiqət axtarıram, həm də əbədi bir həqiqət” (C.Cabbarlı) cümləsinin morfoloji təhlili ilə balğı fikirlərdən hansı düzdür?

1. Cümlədə üç əvəzlik var.

2. “Həqiqət” sözlərindən biri adlıq, digəri isə təsirlik halda olan isimlərdir.

3. “Artıq” ədatdır.

4. Cümlədəki fellər düzəltmədir.

5. Cümlədə bir bağlayıcı var.

A) 1,2,3 B) 4,5 C) 1,3,5

D) 2,3,4 E) 3,4,5


19. Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var.

Şeir mənim üçün sirli həyatdır,

Onün öz sevinci, öz kədəri var.

(N.Xəzri)

Şeirin morfoloji təhlili ilə bağlı fikirlərdən hansı düzgündür?

A) “Şeir“ ismi xəbərdir.

B) „Həyatdır“ ismin adlıq halındadır.

C) “Onun“ qeyri-müəyyən əvəzlikdir.

D) “Sirli“ isimləşmiş sifətdir.

E) “Üçün“ bənzətmə mənalı qoşmadır.


20. Ardıcıllığı tamamlayın:

kitab, qələmlər, otaqdan…

A) meydan B) kitabça C) xəstəxana

D) Aygün E) yaşıl


21. Vurğusu əvvələ düşən əsl Azərbaycan sözlərindən ibarət cərgəni seçin:

A) bildir, sanki, necə, gömgöy

B) ilxı, ilan, dünən, ancaq

C) sənət, maşın, sapsarı, necə

D) dayı, altı, torpaq, beyin

E) oçerk, kosmos, stansiya, bəzən



22. Hansı mürəkkəd adın ixtisarına şəkilçi düzgün artırılmayıb?

A) DİN-in, BƏƏ-yə

B) BDU-da, BMT-dən

C) ABŞ-da, BDU-nun

D) Aztelekomu, Azərnəşri

E) BMT-yə, MDB-nin


Dilçilik


  1. Dilçilik haqqındakı fikirlərdən yalnız biri düzdür:

A) Bədii əsərlərin dilində dialekt sözlərə rast gəlmək olur.

B) Yazının ən son və müasir növü piktoqrafik yazıdır.

C) Azərbaycan dilinin elmi qrammatikasını Əliheydər Orucov yazmışdır.

D) Azərbaycan milli dili XII əsrin sonlarında formalaşmışdır.

E) Müasir həyatımızda piktoqrafik yazının izlərinə rast gəlmək mümkün deyil.


  1. Biri dilçiliyin bölməsi deyil:

A) arxeologiya B) etimologiya C) lüğətçilik

D) dialektologiya E) sintaksis




  1. Bunlardan biri yazının ən qədim növüdür.

A) hərfi yazı B) şəkli yazı

C) əşyavi yazı D) həm şəkli, həm fikri yazı

E) fikri yazı


  1. İltisaqilik prinsipinin pozulduğu sözləri seçin:

1. bivəfa 2. kitabdakı

3. ağzım 4. namərd 5. uşağın

A) 2, 4, 5 B) 1,3,4 C) 2,3,5

D) 1,2,5 E) 3,4,5




  1. İltisaqilik prinsipi pozulmuş Azərbaycan mənşəli söz hansıdır?

A) mənəvi B) çiynim C) baməzə

D) kimyəvi E) naməlum




  1. ünsiyyət vasitəsidir:

A) omonim B) fonetika

C) bədii üslub D) dil

E) leksik norma


  1. Azərbaycan Respublikasının dövlət dili hansı dildir?

A) rus dili B) Azərbaycan dili C) fars dili

D) ingilis dili E) türk dili




  1. Sözlərin mənşəyini dilçiliyin hansı sahəsi öyrənir?

A) etimologiya B) fonetika C) morfologiya

D) orfoepiya E) leksikologiya




  1. Bu dillərdən biri türk dillərinin oğuz qrupuna daxildir.

A) qırğız B) uyğur C) özbək

D) türkmən E) qumuq




  1. Hansı söz yalnız dilçiliyə aiddir?

A) oksigen B) samit C) sinus

D) qoşma E) alma




  1. Türk dili haqqında yazılan ilk qiymətli lüğət hansıdır?

A) “Qanuni qüdsi”

B) “Həqiqətüs-Süəda”

C) “Divani lüğətit-türk”

D) “Qurani-Kərim”

E) “Bəzmü-rəzm”


  1. Aşağıdakı dillərdən biri iltisaqi dillər qrupuna aiddir:

A) fransız B) Azərbaycan C) ingilis

D) alman E) ərəb




  1. Humanitar elmlərə aid termin hansıdır?

A) alfa B) realizm C) vektor

D) rüşeym E) konus




  1. Gözəllik salonunun qarşısından asılmış qız şəkli hansı yazı növünə aiddir?

A) əşyavi B) hərfi

C) ideoqrafik D) piktoqrafik

E) hecavi
17. Dilin lüğət tərkibindən bəhs edən elm:

A) fonetika B) morfemika

C) sintaksis D) leksika

E) morfologiya




  1. Azərbaycanda yaşayan rus vətəndaş kimi birinci olaraq, hansı dili bilməlidir?

A) rus B) ingilis

C) türk D) Azərbaycan

E) fransız


  1. Ən əlverişli yazı növü hansıdır?

A) hərfi B) şəkli C) fikri

D) hecavi E) əşyavi




  1. Müasir Azərbaycan dilinin lüğət tərkibində özləşmə meyilləri nə vaxtdan başlanır?

A) 1970-ci illərdən B) 1950-ci illərdən

C) 1990-cı illərdən D) 1980-ci illərdən

E) 1960-cı illərdən
18. Azərbaycan dövləti beynəlxalq münasibətlərdə hansı dildə təmsil olunur?

A) Azərbaycan dilində B) ingilis dilində

C) türk dilində D) rus dilində

E) ingilis və rus dilində


19. Uyğun variantı müəyyənləşdirin:

I. şəkilçinin olmaması və söz kökünün dəyişməməsi

II. söz kökünün sabitliyi və həmişə müstəqil lüğəvi mənaya malik olması

III. söz kökünün içəridən dəyişməsi və şəkilçilərin sözün müxtəlif yerlərində işlənməsi

1-flektiv dillər 2-iltisaqi dillər

3-kök dillər

A) I-3 II-2 III-1

B) I-1 II-2 III-3

C) I-3 II-1 III-2

D) I-2 II-3 III-1

E) I-1 II-3 III-2
Nitq mədəniyyəti
1. Natiqliyin belə sahəsi yoxdur:

A) bədii B) siyasi C) akademik

D) işgüzar E) iqtisadi
2. Aşağıdakı sözlərdən hansını müraciət etiketi kimi istifadə etmək olar?

A) oğlum B) sağ ol C) mübarəkdir

D) əlvida E) xudahafiz
3. “Tarixi kitabları mən həvəslə oxuyuram” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) qrammatik B) fonetik C) leksik

D) leksik,qrammatik E) fonetik, leksik
4. Qrammatik normanın göstəricilərindən biri düzdür:

A) Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlədilir.

B) Baş cümlə həmişə birinci, budaq cümlə isə ondan sonra gəlməlidir.

C) Mübtəda ilə xəbər cümlədə şəxsə, kəmiyyətə görə idarə əlaqəsində olur.

D) Cümlədə əvvəl tamamlıq, sonra mübtəda, daha sonra xəbər gəlir.

E) Adlara əvvəl kəmiyyət, sonra hal, mənsubiyyət, ondan sonra xəbərlik kateqoriyasının əlaməti artırılır.


5. Hansı nümunədə orfoepik normaya riayət edilmişdir?

A) {kəndli} B) {polat} C) {motor}

D) {nöqsan} E) {bədii:}
6. “Onlar avtomobil qəzasında vəfat etdi“ cümləsində ədəbi dilin hansı normaları pozulub?

1. leksik 2.qrammatik 3.fonetik

4.orfoepik 5.orfoqrafik

A) 1,2 B) 2,3 C) 1,4,5 D) 3,4 E) 2,3,5


7. ”Ahımdan” sözünü ”ahımnan” kimi yazsaq, ədəbi dilin hansı norması pozulmuş olar?

A) orfoepik B) orfoqrafik C) qrammatik

D) leksik E) heç biri
8. Qapının örtülməsini xahiş etmək üçün aşağıdakı cümlələrin hansından istifadə etmək daha münasibdir? (Nitq normalarına riayət etmək şərti ilə)

A) Mümkünsə, qapını örtün.

B) Qapını çəkin.

C) Sizin evdə qapı yoxdur?

D) Qapını çırpın.

E) Zəhmət olmasa, qapını bağlayın!


9. “… qeyri-türk mənşəli sözlərin əleyhinə yönəlir və məhz həmin sözlərə qarşılıq tapmaq cəhdindən ibarətdir“. Nöqtələrin yerinə hansı söz qoyulmalıdır?

A) nitq B) natiqlik C) tarixilik

D) özləşmə E) dil
10. Natiqlik sənətinin əsas tələbləri aşağıdakılardan ibarətdir (biri səhvdir):

A) Auditoriyadan asılı olmayaraq, nitqin elmiliyi əsas şərtdir.

B) Auditoriyanın səviyyəsini, xarakterini nəzərə almaq, yəni auditoriya üçün anlaşıqlı olmaq;

C) Mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq;

D) Nitqə əvvəlcədən hazırlaşmaq, sonra isə təhlil edib kokret nəticələr çıxarmaq.

E) Düzgün, dəqiq danışmaq;


11. “Xeyli insanlar var ki, Vətəndən uzaqda olsalar da, Vətən üçün xeyli işlər görürlər” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?

A) fonetik B) qrammatik C) orfoepik

D) leksik E) orfoqrafik
12. “Nitq etiketləri” terminini daha hansı formada ifadə etmək olar?

A) nitq mədəniyyəti B) yarlıqlar

C) görüşmə etiketləri D) publisistik üslub

E) dilçilik


13. Qrammatik normanın pozulmadığı söz hansı­dır?

A) qardaşımızkı B) bağdakıların C) atamsız

D) bağdalardır E) evlərdəkiniz
14. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları onun funksional üslublarından hansı üçün məcburidir?

A) rəsmi üslub üçün B) bədii üslub üçün

C) hamısı üçün D) elmi üslub üçün

E) yalnız məişət


15. “Mən öyə çıxıb kitabları götürərək düşdüm“ cümləsində ədəbi dilin hansı norması pozulub?

A) leksik, qrammatik B) yalnız leksik

C) qrammatik, fonetik D) leksik, fonetik

E) qrammatik üslub


16. Qrammatik norma harada pozulmuşdur?

A) sözün qüdrəti B) qapının cəftəsi

C) çayın suyu D) dilə düşmək

E) bağımızdakıları apar


17. “Uşaq dərsdən gəlir dedikdə nitq mədəniyyətinin hansı şərti pozulur?

A) dəqiqlik və düzgünlüyü B) düzgünlüyü

C) ifadəliliyi D) dəqiqliyi

E) heç bir


18. Gözəl nitq üçün tələb olunan cəhətləri seçin:

1. dilin özünün səlistliyi

2. dilin istifadə imkanlarının genişliyi

3. dilin zənginliyindən istifadə edənlərin hazırlığı

4. loru sözlərdən istifadə

5. danışıq dilinin sərbəstliyinə əməl etmək

A) 1,2,3 B) 1,2 C) 4,5

D) 3,4,5 E) 1,2,5


19. Orfoqrafik normanın düzgün verildiyi cümləni seçin:

Əsgər yoldaşdarımın qayğısına qalıram.

Müstəqil dövlətimiz formalaşır.

Mənnən nigaran qalmıyın.

Biz var gücümüzlə çalışırıx ki, vətəni müdafiə edək.

Hücuma başdıyır mənim söz ordum.


20.Nitq mədəniyyətinin birinci şərti nədir?

A) nitqin düzgünlüyü

B) nitqin dəqiqliyi

C) nitqin ifadəliliyi

D) məcazlardan geniş istifadə

E) nitqdə yeni sözlərə üstünlük vermə


21. Orfoepik normanın gözləndiyi cərgəni seçin:

A) öy B) qədeş C) murtda

D) gejə E) uşax
22. “O, yaxın-yaxın gəlib gördüklərini bir də nəzərdən keçirdi” cümləsində nitqin hansı şərti pozulmuşdur?

A) nitqin dəqiqliyi B) nitqin düzgünlüyü

C) nitqin ifadəliyi D) nitqin sadəliyi

E) heç bir şərt pozulmamışdır.


23. Cümlələrdən birində nitqin düzgünlüyü şərti gözlənilmişdir:

A) O, əyağa durmaq istəyirdi, ancaq hələm bacarmırdı.

B) Altay nənəsini qışqırdı.

C) Yolun qalın meşəylə birləşdiyi yerdə toz buludu qalxırdı.

D) Leyli hüsnündədir şux gözəllərin.

E) Cahandar ağanın bədənindən xəfif bir gizilti keçdi.


24. Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü) verilmiş cümləyə uyğun olaraq müəyyənləşdrin:

Otağa dağların bihuşedici ətri ...

A) dolurdu B) saçılırdı C) yayılırdı

D) gəlirdi E) axırdı


25. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri,

Qara günlər gətirərkən qan qırmızı geyənləri.

(X. Rza)

Nümunəni nitq mədəniyyətinin hansı şərtinə aid etmək olar?

A) nitqin sadəliyi

B) nitqin ifadəliliyi

C) nitqin düzgünlüyü

D) nitqin dəqiqliyi

E) nitqin ifadəliliyi və düzgünlüyü


26. Nitq mədəniyyətinə aid verilmiş fikirlərdən biri düzdür:

A) Nitq mədəniyyəti filologiya elminin nəzəri sahəsidir.

B) Nitq mədəniyyətinin mühüm şərti onun ifadəliliyidir.

C) Xüsusi gücü olmayan nitq də yüksək mədəni nitq sayıla bilər.

D) Nitq mədəniyyətinə yalnız ümumi (ictimai) məsələlər aiddir.

E) Nitqin dəqiqliyinə hamı çalışmalıdır.


27. Verilən hökmlərdən biri düzdür:

A) Nitq ünsiyyət vasitəsidir.

B) Bütün dillərdə quruluş imkanları eynidir.

C) Nitq tarixən az dəyişikliklərə uğrayır.

D) Dil mücərrəd işarələr sistemindən ibarətdir.

E) Nitqin dilə çevrilməsi çox mühüm bir hadisədir.


28.....əsasdır, ....ondan törəmədir-hökmünə uyğun gələn cərgəni seçin:

A) dil, nitq fəaliyyəti

B) dil, nitq

C) nitq, nitq fəaliyyəti

D) nitq, dil

E) nitq fəaliyyəti, nitq


29. Söz-söz, misra-misra göyərən qəmim

Bir gün çiçəkliyə, dərəm dünyada.

(V. Xramçaylı)
Nümunədə hansı norma pozulmuşdur?
A) fonetik B) leksik

C) fonetik, qrammatik D) leksik, qrammatik

E) qrammatik
30. “Anam başımın yanında dua edirdi” cümləsində pozulmuş normanı göstərin:

A) morfoloji B) leksik

C) sintaktik D) fonetik

E) heç bir norma pozulmamışdır


31. Özləşmə yolu ilə yaranan sözlərdən birinin izahı düz deyil:

A) əyləc-tormoz B) dürlü-müxtəlif

C) qaynaq-mənbə D) toplum-məcmuə

E) durum-vəziyyət


32. Fel kökünə artırılacaq şəkilçiləri düzgün ardıcıllıqla sıralayın:

1 2


sadə şəkil, mürəkkəb şəkil,

3 4 5


təsirlik, növ, şəxs-xəbər

A) 3,4,1,2,5 B) 1,2,3,4,5

C) 3,4,2,1,5 D) 1,4,3,2,5

E) 4,5,3,2,1


33. “Qulağıma hardansa bir səslər toxundu” cümləsində hansı norma pozulmuşdur?

A) morfoloji

B) leksik

C) orfoqrafik, leksik, sintaktik

D) sintaktik

E) morfoloji, leksik


34. Nitq istisnasının müşahidə olunduğu cümləni göstərin:

A) Xöşbəxt olur bu dünyada sevənlər...

B) Öməroğlunun fikri neçə sənə geri adlamışdır.

C) Azərbaycan xalqı yüksək mədəniyyətə malik bir xalqdır.

D) Gör necə qovuşur yollara yollar.

E) Ü.Hacibəyov hər yüzilliyin yetişdirə bilməyəcəyi dahi sənətkarlardandır.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin