1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Avstriya mirası uğrunda müharibə və ll Fridrixin diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə11/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   7   8   9   10   11   12   13   14   ...   68
Belge (6)

10.Avstriya mirası uğrunda müharibə və ll Fridrixin diplomatiyası

Otuz illik müharibədən sonra siyasi cəhətdən tam parçalanmış Almaniya XVII-XVll əsrlərdə rəzil görünüşə malik idi.Almaniyada yüzlərlə dövlət var idi.Əsasən 2 iri dövlət:Avstriya və Prussiya fərqlənməyə başlamışdı.XVll-XVlll əsrlərdə Prussiyanın sürətlə genişlənməsi və böyük dövlətə çevrilməsi Şərqi Avropa tarixində əhəmiyyətli faktdır.XVlll əsrdə Tevton ordeninin keçmiş torpaqları,Prussiya Brandenburqa birləşdirildi.”Böyük kürfürüst” l Fridrix-Vilhelm dövründən etibarən Brandenburq-Prussiya beynəlxalq hadisələrdə vacib rol oynamağa başladı.Bu dövrdə başlayaraq Prussiya Almaniya hüdudlarında Avstriyanın rəqibinə çevrildi.Prussiya tipik hərbi təhkimçi dövlət idi.Brandenburq kürfürüstləri,daha sonralar isə prus kralları iri mülkədarlar idi. Baltik sahilləri uğrunda İsveçlə daimi mübarizə Prussiyanı hərbi dövlətə çevirdi.Prussiya kralları uyğun vəziyyətdən istifadə etmək qonşu knyazların torpaqları hesabına Prussiyanın ərazisini genişləndirdilər.Ərazilərin genişləndirilməsi işində ən çox uğurlara ll Fridrix imza atdı(1740-1786).Fridrix Avstriya tax tacına Vl Karlın qızı Mariya-Tereziyanın varisliyini tanıyacağı haqda əvvəllər söz verdiyi(1727)halda sonra bu tanınma müqabilində sənayecə inkişaf etmiş sileziyanı tələb etdi.Mariya-Tereziyadan rədd cavabı aldıqdan sonra o Avstriya əleyhinə koalisiyaya daxil olub sileziyanı zəbt etdi(Avstriya irsi uğrunda müharibə:1740-1748)

Habsburqlara qarşı ənənəvi siyasət yeridən Fransa Mariya-Tereziyanın çıxılmaz vəziyyətindən istifadə etmək qərarına gəldi.Fransa,İspaniya,Bavariya və Prussiya Avstriya mirasını bölməyə dair razılığa gəldilər.Fransızlar Almaniyada müharibə apararkən Prussiya kralı Mariya-Tereziya ilə gizli razılığa gəldi.II Fridrixin apardığı manevrlər nəticəsində avstriyalıları Çaslav yaxınlığında darmadağın etdikdən sonra İngiltərənin yardımı ilə bütün Sileziyanı ələ keçirdi.II Fridrixin müttəfiqləri arxasında etdiyi fırıldaqlar Parisi çaşqın hala saldı 1748-ci ildə bağlanmış Aaxen sülhü Sileziyanın ll Fridrixə verildiyini təsdiqlədi.Hadisələrin belə gedişi Mariya-Tereziya üçün qəbuledilməz idi.O ingilis səfirinə nəyin bahasına olursa olsun torpaqlarını geri qaytaracağını bildirdi.Artıq Mariya-Tereziya alman məsələsində Avstriyanın ən təhlükəli rəqibi məhz Prussiyanın olduğunu dərk edirdi.Mariya-Tereziya ll Fridrixə qarşı Fransa və Rusiyanın daxil olduğu koalisiyanı yaratmağa nail oldu və Prussiyaya qarşı bu müharibə Yeddillik müharibə (1756-1763)adı ilə tarixə daxil oldu.Qeyd:İspan irsi uğrunda müharibə Fransaya qarşı koalisiyaya B.Britaniya,Müqəddəs Roma imperiyası,Araqon,Portuqaliya və Savoyya daxil idi. Fransa tərəfindən:İspaniya və Bavariya


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin