1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


ABŞ-ın yaradılması və Avropa diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə17/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   13   14   15   16   17   18   19   20   ...   68
Belge (6)

14.ABŞ-ın yaradılması və Avropa diplomatiyası

1774-cü ilin sentyabrında keçirilən Filadelfiyada I kontinental konqresdə koloniyaların təmsilçiləri: 1- İngiltərə hökumətinin siyasətini tənqid etdilər, 2-Qanunsuz vergilərin ləğv olunmasını tələb etdilər. 1775-ci ildə şimali Amerikada bütün ingilis koloniyaları üsyan qaldıraraq İngiltərəyə qarşı silahlı mübarizəyə başladı. İngiltərənin silahlı qüvvələri ilə koloniyalar arasında ilk döyüş 1775-ci il aprelin 19-da Konkord və Leksinqton yaxınlığında baş verdi. Bununla da Amerikada İngiltərə kralının buradakı tərəfdarları ilə kolonistlər arasında İstiqlaliyyət müharibəsi (1775-1783) başladı. 1775-ci ilin mayında Filadelfiyada keçirilən II kontinental konqresin qərarına əsasən: 1- İngiltərə ilə əlaqə kəsildi, vahid ordu yaradıldı; 2- C.Vaşinqton ordunun komandanı təyin edildi. 1776-cı il iyulun 4-də Filadelfiyada konqres Tomas Ceffersonun müəllifi olduğu “İstiqlaliyyət bəyannaməsi”ni qəbul etdi. Bəyannaməyə əsasən: 1- Amerika müstəmləkələri İngiltərədən ayrıldı. 2- ABŞ-ın yaradıldığı elan edildi. 3- Hakimiyyətin mənbəyi xalq elan edildi. 4- İnsanların hüquq bərabərliyi elan edildi. 5- İnsanların “azad yaşamaq və xoşbəxtliyə can atmaq” hüququ vardır. Hazırda 4 İyul ABŞ-ın İstiqlaliyyət günü kimi qeyd edilir.İstiqlaliyyət müharibəsinin əvvəlində daha güclü olan İngiltərə yaxşı təlim keçməmiş və pis silahlanmış kolonistlərin ordusunu məğlub edərək 1777-ci ilin yayında Filadelfiyanı tutdu. İngilis hərbi donanmasının Amerika sahillərini blokadaya alması kolonistlərin vəziyyətini daha da ağırlaşdırdı. Lakin 1777-ci ilin oktyabrında Saratoqa döyüşündə Corc Vaşinqtonun ordusu ingilislərə qalib gəldi. Bu qələbə müharibənin gedişində dönüş yaratdı. ABŞ-ın beynəlxalq nüfuzunu xeyli artırdı. Bu vaxta kimi ona gizlin yardım edən Fransa 1778-ci ilin fevralında ABŞ-ın müstəqilliyini tanıdı, onunla ticarət və müttəfiqlik haqqında müqavilələr imzaladı. İspaniyaHollandiya da ABŞ-la müttəfiqlik haqqında sazişlər imzaladılar. Rusiya başda olmaqla bir qrup dövlətlər isə İngiltərənin bitərəf ölkələrin ticarət gəmilərinə qarşı zorakılığının qarşısını almaq üçün 1780-ci ildə “Silahlı bitərəflik ittifaqı” yaratdılar ki, bu da İngiltərənin ABŞ-ı iqtisadi blokadada saxlamasına imkan vermədi.Müharibədə ABŞ konqresi Avropa dövlətlərini ittifaqa cəlb etmək üçün özünə müttəfiqlər tapmaq məqsədi ilə Benjamin Franklini Avropaya göndərdi. Benjamin Franklinin diplomatik səyləri nəticəsində Fransaİspaniya Amerikanın müttəfiqi kimi İngiltərəyə qarşı müharibəyə qoşulmuşdu.C. Vaşinqtonun orduları 1781-ci ildə Yorktaun döyüşündə İngilisləri mühasirəyə alaraq, onları təslim olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandıraraq sülh danışıqlarına başladı. 1783-cü il sentyabrın 3-də Fransa kralının vasitəçiliyi ilə Parisin Versal sarayında ABŞ-la İngiltərə arasında Versalda (Paris sülh müqaviləsi) imzalandı. Versal müqaviləsinin şərtlərinə əsasən: 1-İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. 2-Alleqan dağlarından Missisipi çayınadək ərazilər ABŞ-a verildi. Lakin Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı. Versal müqaviləsinin imzalanması ilə ABŞ-da İstiqlaliyyət müharibəsi başa çatdı. Beləliklə, müharibə nəticəsində ABŞ İngiltərə kimi güclü dövlətə qalib gəldi.ABŞ konstitusiyasının qəbul edilməsi (1787)Müharibədən sonra ABŞ-da əsas məsələ yeni yaranmış dövləti daha da gücləndirmək idi. 1787-ci ildə Filadelfiyada keçmiş 13 Amerika koloniyasının çağırdığı xüsusi məclisi (təsis konventi) ABŞ Konstitusiyasını qəbul etdi. ABŞ konstitusiyasına əsasən: 1- ABŞ dövlət quruluşuna görə federativ, dövlət formasına görə respublika oldu. İlk vaxtlar hər biri müstəqil dövlət olan ştatlar ölkənin iqtisadi inkişafını və müdafiəsini təmin etmək üçün birləşərək ABŞ- yaratdılar. 2- Dünyada ilk dəfə olaraq hakimiyyətin üç yerə- qanunverici, icraediciməhkəmə hakimiyyətlərinə bölünməsi təsbit edildi.Konstitusiyaya əsasən 1789-cu ildə ABŞ-da Konqresə İlk seçkilər keçirildi. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton seçildi. ABŞ-ın təşəkkülündə, onun demokratik siyasi sisteminin formalaşmasında, daxili və xarici siyasi xəttinin müəyyən edilməsində C. Vaşinqtonun böyük rolu olmuşdur.C. Vaşinqtonun prezidentliyi (1789-1797) dövründə: 1- Sənaye və maliyyə sisteminin inkişafı üçün qərarlar qəbul edildi. 2- 1791-ci ildə Konqres tərəfindən Konstitusiyaya “Hüquqlar haqqında bill” adlanan ilk 10 düzəlişə əsasən vətəndaşlara söz, mətbuat, vicdan azadlığı və digər hüquqlar verildi. 3- Adamlar yalnız məhkəmənin qərarı ilə həbs edilə bilərdi. 4- ABŞ xarici siyasətdə Avropadakı hadisələrə münasibətdə bitərəflik siyasəti yeritdi.XVIII əsrin sonlarında ABŞ daxilən güclənmək və Qərb yarımkürəsində hegemonluğa nail olmaq istiqamətində fəal siyasət yeritməyə başladı.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin