1793cü ilin yayından bütün vacib diplomatik məsələlər danışıqlar casusların təyini onlara nəzarət komitənin əlində cəmləşmişdi.1793cü ilin sentyabrında Komitə yalnız ABŞ və İsveçrədə respublika rəsmi səfirlərinin saxlanması haqqında Müvəqqəti diplomatik əsasnaməni qəbul etdi.1794cü ilin martında Komitə səfirlərə qramota,xüsusi səlahiyyətlər,danışıqlar üçün direktivlər vermək haqda qərar qəbul etdi.Robespyer yakobin diktaturasına qarşı qəsd hazırlandığını bildirdi.İri burjuaziya müharibəni davam etdirmək niyyətində idi.1794cü ilin yazında Barer və digər gələcək termidorçular Robespyerin daxili siyasətini yaxından izləyir, hər cür marifçilik törədərək yeni qələbələr arzusu ilə yaşayırdılar.Bu ziddiyyətlər 1794cü il iyulun 27də baş tutmuş 9 termidor çevrilişinin səbəblərindən biri idi.Əksinqilabi çevrilişə hakimiyyətə gəlmiş iri burjuaziya inqilabi azadlıq müharibəsini tədricən istilaçı müharibəyə çevirmək üçün özünə yol açdı.