1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Napoleon Bonapartın şərq siyasəti və nəticələri



Yüklə 0,7 Mb.
səhifə27/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
Belge (6)

23.Napoleon Bonapartın şərq siyasəti və nəticələriNapeleonun Şərqdə hakim olmaq üçün yürütdüyü siyasət grandee pensee olaraq bilinirdi. Napelon Şərqdəki fransız hakimiyyəti üçün başlanğıç nöqtəsi olaraq Osmanlı İmperoyasının bir vilayəti olan Misiri seçmişdi.Bunun səbəbi Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək istəyi idi.Bu yolla Böyük Britaniyanın Misir və sərq ticarət yollatı üzərindəki təsiri aradan qalxacaqdı. Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində yerləşən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi. Nelsonun əmrindəki Britaniya donanması, Fransız donanmasının 9 iyun tarixində Malta adasını istila etməsinə mane olmadı. 1 iyulda fransız qoşunları İsgəndəriyyə limanında Misir torpaqlarına ayaq basdı.Napoleon Bonapart əmrindəki 12 min nəfərlik Fransa ordusu, Piramidalar döyüşündə 30 min nəfərlik Osmanlı ordusunu məğlubiyyətə uğratdı.Müasir Fransız ordusu qarşısında yeniçəri sistemi ancaq bir saat dayana bildi. Nelsonun əmrindəki Brtaniya donanması 1 Avqust 1798-ci il tarixində Əbukir ətrafında lövbər salmış fransız donanmasına hücum etdi, bu qaydada başlayan Nil döyüşündə Britaniya donanması parlaq bir zəfər çaldı. Nil Döyüşü, Əbukir Dəniz Müharibəsi olaraq da adlandırılır. Döyüşdən sonra,  1798ci il tarixində Osmanlı İmperatorluğu Fransaya müharibə elan etdi.Bonapart, Nil döyüşünün ardından Qahirəyə doğru irəlilədi. Qahirə ilə birlikdə bütün Misirə hakim oldu.Fransa Respublikası Misiri ələ keçirmişdi, amma donanmanın yox olması səbəbindən Misir və Fransa arasındakı əlaqəni qurmaq olmurdu. Bu səbəbdən Bonapartın əmrindəki ordu döyüşün davam etməsi üçün lazım olan logistik və hərbi köməyi də ala bilmirdi.. Ordularını Fələstin istiqamətində yürüşə qaldıraraq Osmanlı İmperatorluğu üzərinə hərəkət etməyə başladı. Osmanlı əyalət ordusu 18 mart 1799-cu il tarixində kiçik bir liman şəhəri olan Əkkanın qarşısına toplanmışdı. Əkka qalasında yerləşən Cezzar Əhməd Paşanın əmrindəki Osmanlı qüvvələri fransız ordusu qarşısında dalbadal məğlubiyyətə uğradı.. Bundan sonra gecə-gündüz davam etdirilən topçu atəşi və dalbadal edilən hücumlar Əkka müdafiəsində çıxış yolu açmadı. Bonapart, 21 may tarixində mühasirəni dayandırıb Qahirəyə geri çəkildi. Misirdəki mülayim işğal mövqeyi, fransız ordularının Fələstin istiqmətində irəliləmələri ilə pozulmuşdu. Əkkadan geri çəkilkərkən müharibə əsirlərinin öldürülməsi, yerli xalq üzərindəki maliyyə öhdəliklərinin artırılması, bir müddət sonra üsyanlara səbəb oldu.Bonapart, Əkka məğlubiyyətini izləyərək Qahirəyə qayıtdıqdan qısa bir müddət sonra 1 avqust 1799-cu il tarixində Əbukir döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğratdı. Bu hadisədən qısa bir müddət sonra Fransadakı siyasi gərginlik xəbərini alan Bonapart 3 min fransız əsgərini Misirdə qoyaraq Fransaya geri döndü. Napoleon İngiltərə ilə apardığı sülh danışıqları yarım il davam etdi.1801 ci il oktyabrın 1 də ilkin sülh şərtləri ilə müqavilə imzalandıqdan sonra Napoleon və Taleyran Amyendə əlverişli şəraitlərə nail oldu.Napaleon Misirdən ordusunu çıxarmağa,Misiri Türkiyəyə qaytarmağa razılaşdı. Şərq siyasətinin nəticələri:Mİsir yürüşündə Fransa Misiri ələ keçirmiş, ancaq onu əldə saxlamağı bacarmamışdı. Misir yürüşü hər nə qədər Fransa tərəfindən uğursuzluqla nəticələnən bir səfər olsa da, çox daha ciddi nəticələrdən xəbər verirdi. Böyük Britaniyanındənizlərdəki hakimiyyəti, Fransanı Avropa qitəsində qalmağa məcbur etmişdi. Fransanın dəniz səfərlərinə çıxmaq üçün kifayət qədər donanmaya sahib olmadığı məlum olmuşdu.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin