1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


-1812ci illərdə l Napoleonun xarici siyasəti



Yüklə 0,7 Mb.
səhifə31/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   27   28   29   30   31   32   33   34   ...   68
Belge (6)

26.1806-1812ci illərdə l Napoleonun xarici siyasəti

1804(1814)ilin mayında Fransa senatının Napoleon Bonapartın I Napoleon adı ilə imperator elan etməsi nəticəsində Fransada:1.Birinci respublik(1792-1804)süqut etdi;2.Birinci imperiya (1804-1814)quruldu.1804cü il dekabrın 2də Roma papasının iştirakı ilə Napoleonun tacqoyma mərasimi keçirildi.I Napoleon hakimiyyətə gələn kimi Avropada işğallar aparmaq və müstəm-ləkələr ələ krçirmək uğrunda mübarizəyə başladı.l Napoleon bütün Avropanı özünə tabe etmək üçün əvvəlvə İngiltərəni məğlub etmək istəyirdi.Fransanın işğalçılıq siyasətinə qarşı cavab olaraq həmin ildə İngiltərə,Avstriya,Rusiya daha sonra isə İsveç birlikdə Fransaya qarşı yeni koalisiya ittifaq yaratdı.Koalisiya qüvvələri ilə 1805-1815ci illərdə qanlı döyüşlər baş verdi: 1805ci ilin oktyabrında Trafalqar dəniz döyüşündə ingilis donanması fransızları məğlub etdi. 1805ci ilin dekabrında I Napoleon Vyana şəhərini tutdu,Austerlis döyüşündə Rusiya və Avstriyanı məğlub edildi.1806cı ildə l Napoleon Müqəddəs Roma imperiyasına rəsmən son qoydu.1806ci ilin sonlarımda l Napoleon Berlini tutdu və Prussiyanı məğlub etdi.Həmin ildə Prussiya ilə Kontinental blokada haqqında dekret imzalandı.Bu dekretə görə Fransa imperiyasına və ondan asılı olan ölkələrə İngiltərə ilə ticat etmək qadağan edildi. 1807ci ildə l Napoleon Rusiya qoşunlarını məğlub edərək onunla Tilzit sülh müqaviləsi imzaladı.Tilzit sülhünün şərtlərinə görə:1.Rusiya Fransanın Avropadadakı işğallarını tanıdı;2.Rusiya İngiltərəyə qarşı kontinental blokadaya qoşuldu.1812ci ildə l Napoleonun Rusiyaya yenidən yürüşünə səbəb oldu: 1.Rusiyanın Tilzit sülhünün şərtlərindən irəli gələn qitə blokadasını pozaraq İngiltərə ilə əlaqələri yenidən qaydaya salması; 2.Avropada bir sıra məsələlərdə mənafelərin toqquşması.1812ci ildə l Napoleon Rusiyaya hücumu zamanı Borodino döyüşündə böyük itki verərək Moskvanı ələ keçirsə də aşağıdakı səbəblərdən Rusiya yürüşü uğursuzluqla ilə nəticələndi: 1.Əlverişsiz hava şəfaiti-sərt qışın düşməsi;2.Rusların partizan müharibəsi taktikasından istifadə ettməsi.

I Napoleonun apardığı fasiləsiz mühariibələr Fransada Birinci imperiyanın süqutunu sürətləndirdi.Napoleon imperiyasının süqutunun isə başlanğıcı oldu: 1.Fransa ordusunun Rusiyadakı məğlubiyyəti; 2.Fasiləsiz müharibələrin ölkə iqtisadiyyatının zəiflətməsi. I Napoleona qarşı Avropa dövlətləri növbəti koalisiyası yaradaraq: •1813cü ilin oktyabrında Leypsiq-Xalqlar döyüşündə I Napoleon ordusunu məğlub edib təşəbbüsü ələ aldılar •1814cü ilin martınadək Parisi tutub l Napoleonu hakimiyyətdən kənarlaşdıraraq onu Elba adasına sürgün etdilər.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin