Polşanın beynəlxalq mövqeyinin pisləşməsini və əksinə Nikolayın mövqeyinin qəti möhkəmlən-məsini 1830cu il dekabrın 2ci yarısında xüsusi missiya ilə Londona gələn markiz Velepolski özünə münasibətdə anladı.O yalnız 1831ci il yanvarın axırlarında Palmerstonla görüşə buraxıldı Palmerston o zaman Rusiya ilə deyil,Fransa ilə maraqlanırdı.O qəti olaraq Belçikanın Fransaya qatılmasına qarşı çıxır,Belçikanın holland kralına qaytarılmasını da istəmirdi.Polşa isə onu maraqlandırmırdı.O Rusiyanın Vyana konqresi tərəfindən təsdiqlənmiş Polşanın dövlət quruluşunu məhv edəcəyi təqdirdə bu işə qarışacağını bildirdi.Velepolski Londonda olarkən Varşavadan Nikolayın Polşa taxtından devrildiyi xəbəri gəldi və Palmerston danışıqların başa çatdığını söylədi.Polşa üsyanı qalxdığı andan Avstriya və Prussiya düşmən mövqe tutdular. Londonda Velepolski missiyasının boşa çıxdığını görən polyakların ümidləri Avropanın digər böyük dövləti Fransaya qaldı.Hakimiyyətə gəldiyi andan Lui-Filipp polyaklara hətbi yardım göstərmək niyyətində olmadığını bildirdi.Polyaklara qarşı acıma hissi olan l nazir Lafitt öz yardımını sözlərlə və Parisdə yerləşən Polşa komitəsinin kassasına verdiyi ianələrlə göstərdi. 1831ci ilin fevralından liberal bankir olan Ləfatin əvəzinə kabinətə mühafizəkar əhval ruhiyyəli sənyarəçi Kazimir Peryə başçılıq etməyə başladı.Yanvarın ortalarında kral hersoq Mortemarı Peterburuqa səfir göndərdi.1631ci il sentyabrın 6-7dəVarşavaya edilən hücumlardan sonra Polşa təslim oldu.1831ci il sentyabrın 8də Paskeviç Polşa paytaxtına daxil oldu.Fransa XİN Sebastianinin Varşavada qayda qanun hakimidir deməsi inqilabı əhval ruhiyyəli respublikaçılar arasında hiddətə səbəb oldu.Polşa üsyanının yatırılması Parisdə 3 gün qızğın küçə toqquşmaları ilə müşayiət olundu.Belçika inqilabı:1830-1831ci illərdə Polşa ilə eyni zamanda taleyi həll olundu.Avropanın monarxist diplomatları Fransada iyul inqilabı kimi Belçiikada avqust inqilabının da Vyana konqresinin aktlarına zidd olduğunu bildirib Fransada Burbonlar sülaləsini,Belçikada Holland kralının başçılıq etdiyi holland hökumətini yeganə qanuni hakimiy-yət hesab etdiklərini bildirirdilər.1830cu ilin sentyabr noyabrına qədər olan müddətdə I Nikolay Avstriya və Prussiyanı qiyamçı belçikalara qarşı səlib yürüşünə bənzər yürüş etməyə çağırırdı.Lakin çar bu sahədə heç nəyə nail ola bilmədi.Metternix çarı bütün etirazlarda dəstək-ləməyə hazır olduğunu bildirsədə Avstriyanın Belçika inqilabçılarına qarşı hərbi müdaxiləsindən imtina etdi.Ill Fridrix Vilhelm isə Belçikanın işinə qarışmamağı lazım bildi.Velinqton Holland kralının Belçikada işinin tamamlandığını hesab edirdi.Vellinqton dövlətlərin nümayəndələrini Londona dəvət edib belçika məsələsini həll etməyi təklif etdi.Palmerston və Vellinqton fransız-lara Belçikanı bu və ya digər formada zəbt etməyə yol verməməyə çalışırdılar.1831ci ilin iyununda milli konqres Belçika taxtına namizədliyi bütün dövlətlər tərəfindən dəstəklənən şahzadə Leopold Saksen Koburqskini seçdi.Taleyran fransız belçika sərhəddində Fransadan müdafiə olunmaq üçün tikilmiş bütün qalaların dağıdılmasını tələb etdi.Buna nail oldu. Belçika ilə Hollandiya arasında sərhədlərin müəyyənləşdirilməsində Taleyran Hollandiyaya qarşı çox yumşaq davrandı.Nəticədə Belçika gözlədiyindən az aldı.Qoca knyazın yumuşaqlığının səbəbi 100 il sonra aydın oldu 1934cü ildə Hollandiya Dövlət Arxivinin sənədləri çap olunarkən Taleyranın Hollandiya kralı I Vilhelimdən 10 min funt sterlinq qızıl rüşvət aldığı məlum oldu. 1830-1831ci illər baş verən hadisələrdən sonra l Nikolaya aydın oldu ki,Rusiya Avstriya və Prussiya ilə sıx əməkdaşlıq etmədən keçinə bilməz