1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


IV Henri və XVII əsrin I yarısında Fransanın xarici siyasəti



Yüklə 0,7 Mb.
səhifə4/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   2   3   4   5   6   7   8   9   ...   68
Belge (6)

3.IV Henri və XVII əsrin I yarısında Fransanın xarici siyasəti.

XVI əsrdə avropada beynəlxalq münasibətlərdə İspaniya əsas rol oynayırdısa,XVII əsrdə hegemonluq artıq Fransaya məxsus idi.XVI əsrin II yarısında baş vermiş ixtişaşlardan güclü və təşəkkül etmiş monarxiya kimi çıxdı. Əhalidən və varlı burjuaziyadan toplanan böyük rüsumlar hesabına fransız xəzinəsi çoxaldı. Bu vəsaitlər fransız kralı və onun zadəganlarının fəal xarici siyasəti yeritməyə imkan verdi. Bu dövrdə hər bir yeni dövlətin genişlənmək cəhdlərinə qarşı digər belə dövlətlər tərəfindən müqavimət göstərilirdi. İşğala cəhd, xüsusisən də dünya ağalığına iddialar düşmən koalisiyaların yaranmasını labüd edirdi. XVII əsrin siyasətçiləri və diplomatları bu təcrübəni ümumiləşdirərək beynəlxalq prinsiplərin xarakterini daşıyan bir sıra müddəalarda xülasə etdilər. “Təbii sərhədlər” və “siyasi tarazlıq” ideyaları. Fransa kralı IV Henrinin əsas köməkçisi Syuilli özünün məşhur “Dövlət iqtisadiyyatının prinsipləri” adlanan memuarlardan yazırdı: “ Hər bir fransız kralı ilk öncə ümumi maraqlarla bir-birinə sıx bağlı olan dost və müttəfiqlər qazanmalıdır. Belə möhkəm əlaqələr özünə qarşı düşmənçilik və nifrət yaratmaqdan yaxşıdır.”O Fransanın “təbii sərhədləri” haqqında deyirdi: “ fransanın cənubunda onun təbii sərhədləri Pirineylərdir”. Bununla belə o anlayırdı ki bir zamanlar ona məxsus olan qonşu əraziləri- Savoyya, Franş-konte, Lotaringiya, Hennehau, Artua, Niderlandı Fransaya qaytarmaqla onun əvvəlki əzəmətini qaytarmaq mümkündür”. Syulli Fransanın üçün sivilizasiyalı dünya, bütün xristian xalqları üzərində hegemonluğunu arzu edirdi. Syullinin öz kralını aid etdiyi, çox güman ki, özünün tərtib etdiyi beynəlxalq layihəsi buradan törəmişdir.Syullinin sözlərinə görə, kral IV Henrinin “Böyük fikri” Habsburqları yalnız pireney yarımadasının hökümdarları səviyyəsinə endirməyi türkləri və tatarları Asiyaya qovmağı, bizans imperiyasını bərpa etməyib və sonra məsum bütün Avropa siyasi xəritəsini yenidən çizməyi nəzərdə tuturdu. Avropa 6 irsi monarxiyaya, 5 seçilmiş monarxiyaya və 5 respublikaya bölünürdü. Bu dövlətlərin başında ümumi sülhü qoruyan dövlətlər arasında mübahisələri eləcə də hökümdarlar və təbəələri arasından mübahisələri araşdıracaq xüsusi Şura durmalı idi. Xristian dövlətlərinin özünəməxsus respublikanın prezidenti Papa I naziri isə Fransa nümayəndəsi olmalı idi.Öz ölkəsi üçün təbii sərhədlər normasını nəzərdən qaçırmayan, IV Henri öz xarici siyasətində o dövrdə geniş istifadə olunan digər prinsipə əsasən hərəkət etdi. Bu “Siyasi tarazlıq” prinsipi idi. Xarici siyasətdə bu praktiki olaraq Avropa dövlətləri arasında tarixən təşəkkül tapmış qüvvələr nisbətini qoruyub-saxlamağa cəhd idi, işğallar hesabına böyümüş hər hansı dövlətlərə nisbət yaratmaq zəifləri kompensasiya etmək üçün bu tarazlığı bərpa etməyi həyata keçid idi. Henri protestant olaraq ona fransız hakimiyyətini ələ keçirməkdə yardım göstərən ispaniyanın düşmən ingiltərə ilə dost münasibətləri qoruyub saxlamaqda davam etdi.( daha sonra Henri protestantlıqdan katolikliyə keçmişdir).Şərqdə daim düşmən kimi baxdığı Türkiyə ilə münasibətləri normallaşdırmağa səylər göstərdi. Hələ dini müharibələr dövründən zəifləmiş fransız təsirini bərpa etmək üçün Henrinin diplomatları -Savari de Brev və Jan de Qonto-Biron uğurlu və aktiv diplomatik fəaliyyət göstərərək çox iş gördülər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin