Qarşısına Almaniyanın birləşdirilməsi məqsədini qoymuş Frankfurt parlamenti 1848-cu ildə qovulduqdan sonra alman burjuaziyasının geniş təbəqələrini Prussiya ətrafında birləşmək arzusu bürüdü.Nikolay bu birləşməyə böyük səylə mane olurdu. IV Fridrix Vilhelm l Nikolayın təsiri altında Frankfurt parlamentindən almam imperator tacını almaqdan imtina etdi.Prussiyanın güclənməsinə yol verməyəcəyini bildirən avstriya kansleri Şvarsenberqi l Nikolay qətiyyətlə dəstəklədi.I Nikolayın səyləri nəticəsində 1850 ci ilin avqustun 2-də Rusiya,Fransa,İngiltərə və Avstriya nümayəndələri Londonda Holşteyni Danimarkanın tərkib hissəsi kimi tanıyan müqaviləni imzaladılar.Bu Prussiyaya böyük zərbə idi.Nikolayın dəstəyinı arxalanan Şvarsenberq Prussiyanı müharibə ilə hədələyirdi.1850 ci il noyababrında Hessem üzündən Avstriya və Prussoya arasında yenidən münaqişə baş verdi.Noyabrın 29 da l Nikolayın təsiri ilə Olmüts şəhərində 1850-ci il noyabrın 30 da Avstriya ilə Prrusiya arasında müqavilə imzalandı.Prussiyanın hakim rol oynadığı 26 dövlətdən təşkil edilmiş “Prussiya uniyası” Prussiya höküməti tərəfindən yaradıldı.Avstriya hökuməti buna qarşı qəti münasibət nümayiş etdirərək Prussiyanın güclənməsinə yol verməyəcəyini bildirdi.Avstriya ilə Prussiya arasında münasibətlər Hessen-Kasseldə baş qaldırmış çıxışlar səbəbindən Prussiyanın bu əraziyə qoşun yeritməsinə səbəb oldu.Oktyabrın sonunda Hessen-Kasselə Avstriya-Bavariya ordusu daxil olmağa çalışsada Prrusiya ordunun yolunu kəsdi.Prussiya Hessendən qoşunlarını çıxarmaqdan imtina etdi.Prussiya uniyasınının qorunub saxlanmasını tələb etdi.Rusiya isə bu iddialara qarşı çıxır,Avstriyanı dəstəkləməklə Almaniya ittifaqını bərpa etməyə çalışırdı.Bununla yanaşı Prussiya Avstriya müharibəsinə yol verməməyə çalışırdı.1850 ci ilin mayında 1 Nikolay Avstriya və Prussiya nümayəndələri ilə görüşsə də bir nəticə əldə olunmadı.Və Rusiya Prussiyanı qınayaraq Avstriyaya dəstək vəd etdi.Prussiyanın 1850 ci ildə İngiltərədən yardın diplomatiyası nəticəsiz qaldı.Fransız diplomatiyası da Prussiyanın güclənməsini istəmədiyi üçün təzyiqləri artırdı və Prussiya diplomatik cəhətdən təcrid olundu.Şvarsenberq 1850 ci il 25 noyabrda Prussiyaya Avstriya qoşunlarının Hessen-Kasselə 2 gün ərzində buraxılmasını tələb edən ultiamtum göndərdi.Lakin heç bir cavab verilmədi.1850 ci il noyabrın 29 da Olmüstdə rus nümayəndəsi Mayendorfun irəli sürdüyü müqavilə rədd edildi.30 noyabrda Manteffel və Meyendorfun ortaq razləaşdığı müqavilə Maneyfel və Şvarsberq tərəfindən imzalandı.Olmüst müqaviləsinə görə ●Prussiya üsyanlarda iştirak etmiş əhalini cəzalandırmaq üçün Avstriya-Bavariya qoşunlarını Hessen-Kasselə buraxmağı öhdəsinə götürdü●Prussiya Danimarka kralına Hoşteyndə hakimiyyətini bərpa etməyə yardım etmək məqsədilə Avstriya qoşunlarını buraya buraxmağı öhdəsinə götürdü ●Prussiya 1815 ci il Vyana konqresinin qərarlarını birtərəfli qaydada dəyişməməyi və Almaniyada Avstriyanın üstünlüyünü tanıyırdı.Olmüts müqaviləsi Prussiya ilə mübarizədə Avstriyanın qazandığı son iri qələbə idi.Bu müqaviləyə Prussiya şərtsiz razı oldu.l Nikolayın təsiri ilə imzalanan müqavilə Alman yaddaşında Ölmüts təhqiri kimi qaldı.