42.XlX əsrin l yarısında ABŞ-ın ekspansionist siyasəti.
XlX əsrin əvvəllərində ABŞ müstəmləkəçilik siyasəti yeridirdi.Amerikan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində Ş.Amerikadakı fransız torpaaları olan Luiziana 1803cü ildə ABŞ tərəfindən 15mln dollara Feansadan satın alındı.1803cü il müqaviləsinə görə hal hazırda ABŞ-ın Arkanzas, Missuri,Ayova,Oklaxoma,Kanzas,Nebraska və Minnesotanın cənub hissəsi,Ş.Dakotanın böyük hissəsi,C.Dakota ABŞ-a keçdi.Bu müqavilə nəticəsində ABŞ ərazisi 2 dəfə genişləndi.Bu alqı satqı nəticəsində müasir ABŞ ərazisinin 23%-i ələ keçirildi.1762ci ildə Luiziana İspaniya müstəmləkəsi idi.1800cü il San-İldefonso müqaviləsinə görəİspaniya Luizianaya nəzarəti Fransaya verdi.Bu müqavilə məxfi idi,belə ki,tam fransız idarəçiliyinə keçənədək İspan ərazisi hesab olunmalı idi.Luiziananın Fransaya keçməsi rəsmi olaraq 1803 cü il noyabrın 30dagerçəkləşdi.Bundan 3 həftə sonra isə Fransa bu ərazini ABŞ-a satdı.Avropa ingilis-fransız ziddiyyətləri tərəflərin bir birinə qarşı qadağanedici tədbirlər görməsinə gətirib çıxardı. 1803cü il sövdələşməsi təbii ki,ingilis diplomatiyası üçün arzuolunmaz idi.1805ci ildə və 1815ci ildə Aralıq dənizində müharibədə iştirakı ilə ABŞ ekspansionist siyasətini daha qabarıqlıqla biruzə etdi.1805-ci ildəingilis-fransız dəniz döyüşü(Trafalqar döyüşü)B.Britaniyanın dənizlərdə üstünlüyünü təmin etdi.1807ci ildə Cefferson ABŞ-ın bütün xarici iqtisadi əlaqələrini məhdud-laşdıraraq embarqo haqqında qanun imzaladı.Bu qanun ABŞ-ın milli suverenliyinin möhkəm-lənməsi məqsədinə xidmət üçün qəbul edildi.Bu dövrdə ingilis-amerikan münasibətləri kəskin xarakter aldı.Napoleon müharibələri dövrünə təsadüf edən bu toqquşmada B.Britaniya ABŞ-ın iqtisadiyyatı və ticarətini məhv etməyə cəhd etdi.İngilis-amerikan müharibəsində döyüşən tərəflərin sırasında yerli hindu tayfaları döyüşürdüler.Geniş dəniz müharibəsi aparıldı. Müharibədə əvvəl ingilislər ,1813cü ildə isə amerikalılar üstünlük əldə etdilər.1814cü ildə Napoleon üzərində qəti qələbə qazandıqdan sonra B.Britaniya əsas silahlı qüvvələrini Amerikaya yönəldi.1814cü ilin payızında amerikalılar ingilislərə həlledici zərbə endirdilər.Hələ 1814cü ilin iyununda başlanmış sülh danışıqları dekabrın 24-də Kent müqaviləsinin imzalanması ilə başa çatdı.ABŞ müharibə nəticəsində Qərbi Floridanı sonra isə 1818ci ildə Şərqi Floridanı ələ keçirdi.Kent müqaviləsi müharibədən əvvəlki status-qvonu bərpa etsə də, müharibənin doğurmuş olduğu ərazi bə iqtisadi məsələləri həll edə bilmədi.1819 cu ildə İspaniya ilə bağlanmış müqaviləyə görə ABŞ Floridanı 5 mln dollara satın aldı və İspaniya Texasa olan iddialarından əl çəkdi.1818ci il oktyabrın 20də Londonda ingilis-amerika konvensiyası imzalandı.Britaniya Kanadası ilə ABŞ arasında sərhədlər müəyyənləşdi