1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Səbəbi:Avraam Linkolnun prezident seçilməsiNəticəsi



Yüklə 0,7 Mb.
səhifə51/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Belge (6)

Səbəbi:Avraam Linkolnun prezident seçilməsiNəticəsi:ABŞ qalib qəldi, köləlik ləğv edildi.

Konfederasiya dağıldı. XIX əsrin əvvəllərində ABŞda ikili quruluş- şimalda kapitalizm, cənubda isə quldarlıq mövcud idi. Bu iki quruluş bir dövlətin tərkibində olan tamam bir-birinə zidd olan quruluşlar idi. Amerika-Meksika müharibəsi zamanı ABŞ cənub hissədə çoxlu torpaqlar ələ keçirr. Burada çoxlu boş torpaqlar var idi. Cənub hissədə əlverişli iqlim əsasən aqrar sahənin, xüsusən də, pamqçılığın inkişafına şərait yaradırdı. İmmiqrantların əsasən şimala getməyi burada işçi azlığını yaratmışdı. Ona görə də XVII əsrdən başlayaraq bura Afrikadan zənci- qullar gətirilməyə başlandı. Cənubda olan ağdərilərin ¼ hissəsi quldar idi.Şimalda maşın istehsalının inkişafı, Cənubda isə aqrar sahənin inkişafı bu iki ərazi arasında qarşılıqlı əlaqələri zəruri edirdi. Cənubun yeni texnologiyalara, Şimalın isə hazır tütün, pambıq kimi məhsullara ehtiyacı olurdu. Lakin quruluşlar arasında olan fərq münasibətlərdə öz sözünü ciddi şəkildə deyirdi. Qaçan qullara azadlığın verilməsi, yeni tutulan ərazilərdə hansı quruluşun yaranacağı kimi təzadlar vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Müharibə zamanı 620 minə qədər insan həlak olmuşdu.Vətəndaş müharibəsi zamanı ABŞda iki cəbhə: Şimalda- İttifaq, Cənubda isə Konfederasiya yaranmışdı. Linkolnun əsas niyyəti hər bir vəchlə İttifaqı qoruyub saxlamaq idi. O, ikili quruluşun tamamilə əleyhinə idi və hesab edirdi ki, Birləşmiş Ştatlar ya tamamilə kapitalimzə keçməli, ya da, quldar dövləti olmalı idi. Müharibənin gedişi göstərdi ki, quldarlığın ləğv edilməməsi “İttifaq”ın dağılmasına gətirəcək. 1862ci ildən başlayaraq Linkoln zəncilərə azadlığın verilməsi barədə hazırlıqlara başlamışdı. Nəticədə 1865ci ildə ABŞ konsitutsiyasına XIII düzəliş edilməklə quldarlıq rəsmən ləğv olundu və vətəndaş müharibəsi Şimalın qələbəsi ilə başa çatdı.4 il davam edən vətəndaş müharibəsi 9 aprel 1865ci ildə Konfederasiyanın kapitulyasiyası ilə başa çatdı. Cənub zəncilərin ABŞ cəmiyyətinə inteqrasiyasına hazırlaşmalı idi.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin