1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


cı il Paris sülhündən sonra Avropada siyasi vəziyyət



Yüklə 0,7 Mb.
səhifə52/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
Belge (6)

45.1856cı il Paris sülhündən sonra Avropada siyasi vəziyyət

Vyana konqresinin qərarlarına görə, İtaliya 8 krallıq və hersoqluğa bölündü. İtaliyanın şimal-şərq hissəsi - Lombardiya və Venesiya vilayətləri Avstriya imperiyasına birləşdirildi. İtaliyanın bütün ərazisində “Müqəddəs İttifaq”a daxil olmuş monarxların mütləq hakimiyyəti bərqərar oldu. Ölkəni birləşdirməyə çalışan Sardiniya hökumətinin güclü mərkəz dövlətlərinin köməyinə ehtiyacı böyük idi. Bu isə İtaliyanın birləşdirilməsini beynəlxalq ziddiyyətlər və mübahisələr obyektinə çevirmişdi. Sardiniyanın baş naziri Paris konqresində bildirmişdi ki, Krım müharibəsində onun ölkəsi iştirak edib, ona görə kompensasiya kimi Avstriya qoşunları Mərkəzi İtaliyadan çıxarılmalı, Parma və Modena hersoqluqları Sardiniyaya verilməlidir. Lakin İngiltərə və Fransa etiraz etdiyinə görə Paris konqresində Sardiniyanın təklifi müzakirə edilmədi. Sardiniya krallığı taktikasını dəyişib Fransanın köməyindən istifadə etmək qərarına gəldi. Fransa İtaliyanın birləşdirilməsi məsələsindən öz mənafelərini həyata keçirmək üçün istifadə etməyə çalışırdı. Sardiniya və Fransa Avropada Avstriyanın mövqeyinin zəifləməsində maraqlı idi. Sardiniya krallığı Savoyya və Nitsanın Fransaya keçməsinə razılıq verdi, əvəzində Lombardiya, Venetsiya və Tirol Sardiniyaya verilməli idi. Fransa bu şərtlərlə Avstriyaya qarşı Sardiniya ilə birlikdə müharibəyə başlamağa razı oldu. 1859-cu ildə onlar bir neçə döyüşdə Avstriya qoşunlarını məğlub etdilər. Lakin Fransa İtaliyanın qısa müddətdə birləşməsində maraqlı deyildi. Ona görə Fransa hökuməti Sardiniya ilə məsləhətləşmədən 1859-cu ilin iyulunda Avstriya ilə barışıq imzaladı. Lombardiya Sardiniyaya, Savoyya və Nitsa Fransaya çatmalı idi. III Napoleon təklif etdi ki, Avstriya-Fransa sazişi beynəlxalq konqresdə təsdiq edilsin, lakin böyük dövlətlərin heç biri bu ideyanı müdafiə etmədi. 1860-cı ilin martında Fransa ilə Sardiniya arasında imzalanmışmüqaviləyə əsasən Lombardiya Sardiniyaya verilməli, Mərkəzi İtaliyada plebist keçirilməli, Savoyya və Nitsa Fransaya verilməli idi. Keçirilən plebist nəticəsindəMərkəzi İtaliyanın çox hissəsi və Lombardiya Sardiniya krallığına birləşdirildi, Nitsa və Savoyya Fransanın tərkibinə daxil oldu. İtaliyanın birləşdirilməsi prosesində “Roma məsələsi”nin həlli daha çətin idi. Çünki Papa vilayətinin İtaliyaya birləşdirilməsi nəticəsində həm də Roma papasının çoxəsrlik dünyəvi hakimiyyəti ləğv olunmalı idi. XIX əsrin 60-cı illərindəİtaliya hökumətinin iştirak etdiyi bütün beynəlxalq danışıqlarda “Roma məsələsi” müzakirə olunmuşdu. Fransa-Prussiya müharibəsi və Fransanın məğlubiyyəti “Roma məsələsi”nin həlli üçün şərait yaratdı. 1870-ci ilin sentyabrın 20-də İtaliya ordusu Romaya daxil oldu. Beləliklə, İtaliyanın birləşdirilməsi prosesi başa çatdı. İtaliyanın birləşdirilməsi zamanı iki əsas vəzifə yerinə yetirildi: ölkənin şimal-şərq hissəsi Avstriya ağalığından azad olundu və milli dövlət yaradıldı. Bu proses geniş xalq kütlələrinin və Sardiniya krallığı hökumətinin birgə səyləri nəticəsində uğurla başa çatdı. Sardiniya krallığının baş naziri Kamilio de Kavur İtaliyanın birləşdirilməsi prosesinə müsbət impuls vermək üçün islahatlar keçirdi. Bunlar aşağıdakılar idi: - ●Avropa dövlətləri ilə ticarət müqavilələri bağladı; ●- gömrük tariflərini aşağı saldı; -● sənaye inkişaf etdirildi,● şosse və kanallar çəkildi, irriqasiya qurğuları yaradıldı; - ●Avstriyanı Lombardiya və Venesiyadan qovmaq üçün və onların Parma və Modena ilə birlikdə Sardiniya krallığına birləşdirilməsi üçün Böyük Britaniya və Fransanın dəstəyini qazanmağa çalışdı. Buna nail olmaq üçün o Rusiyaya qarşı müharibəyə (Krım müharibəsi) belə girdi. 

İtaliyanın birləşdirlməsinin I mərhələsi 1807- 1848-ci illəri əhatə edir. Bu dövrdə 1820-ci ildə Neopolitan krallığında, 1821-ci ildə isə Pyemontda ( Sardiniya) üsyan baş verdi və hər iki krallıqda çıxışlar Avstriya müdaxiləsi ilə yatırdıldı.1831-ci ildə Parma hersoqluğunda üsyan yatırdıldı.İtaliyanın birləşdirlməsinin II mərhələsi 1848-1849-cu illəri əhatə edir. Bu dövrdə iqtisadi böhran İtaliyada vəziyyəti ağır hala saldı. 1848-ci il yanvarın 12-də Palermoda (Siciliya) başlanmış inqilab tez bir zamanda bütün ölkəyə yayıldı.1848-ci ilin martında Venesiyada üsyan baş verdi və respublika elan olundu. Lakin 1849-cu ilin avqustunda Venesiya üsyanı avstriyalılar tərəfindən yatırıldı. 1849-cu ilin əvvəllərində Romada baş vermiş üsyan nəticəsində Roma papası şəhərdən qaçdı və respublika elan olundu1859-1870/1871-ci illər İtaliyanın birləşdirilməsinin III mərhələsi hesab olunur. İnqilablar yatırdıldıqdan sonra Sardiniya yeganə dövlət idi ki, burada konstitusion – parlament quruluşu qorunub saxlanılmışdı və bu ona İtaliyanın birləşdirilməsinə rəhbərlik etmək imkanı verdi.  Avstriyaya qarşı Sardiniya və Fransanın müharibəsi zamanı və ardınca Haribaldinin qoşunlarının Siciliyayaya girməsi nəticəsində Sardiniya krallığına Lombardiya, Toskana, Romanya, Parma, Modena və hər iki Siciliya krallığı birləşdirildi. 1861-ci il martın 17-də Sardiniya parlamenti paytaxtı Turin olmaqla müstəqil İtaliya krallığının yaradıldığı elan olundu. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin