1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


XlX əsrin I yarısında Rusiya-İran münasibətləri



Yüklə 0,7 Mb.
səhifə60/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   56   57   58   59   60   61   62   63   ...   68
Belge (6)

53.XlX əsrin I yarısında Rusiya-İran münasibətləri

XlX əsrin l yarısı Rusiya və İran arasında münasibətlər əsasən müharibələrlə yadda qaldı. Bu müharibələr birinci və ikinci Rus-Qacar (İran) müharibəsi adlanır. Bu müharibələr Rusiya və İran arasında yerləşən Azərbaycan torpaqları uğrunda başladı. Azərbaycanın təbii sərvətləri və strateji mövqeyi hər iki dövlətin marağında idi.

Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804–12 oktyabr 1813-cü illərdə Rusiya və Qacarlar imperiyası arasında olmuşdur. Rusların Azərbaycanı ələ keçirmək, Qacarların isə bu torpaqları qorumaq üçün etdikləri müharibədir. Müharibənin başlanğıcında Zaqafqaziyadakı rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində Üçkilsə divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.1805-ci il iyunun ortalarında Qacarların qoşunları Qarabağa daxil oldu. İyulun 26-da şah qoşunları rus qarnizonun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı. Bundan sonrakı döyüşlərdə Rusların üstünlüyü ələ keçirməsi nəticəsində Qacarlar müqavilə bağlamağa məcbur oldular. Danışıqlar 1813-cü ilin sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı.

İkinci Rusiya-İran müharibəsi (1826-1828) – Rusiya ilə İran arasında 1826-cı il iyulun 16-da Azərbaycanın bölüşdürülməsi uğrunda başladı. Gülüstan müqaviləsi İranı heç cür qane etmirdi, Qafqazın əldən çıxması böyük itki idi. İran Rusiya ilə müharibəyə hazırlaşırdı. Bu müharibədə öz maraqları olan İngiltərə İrana bacardığı hər bir yardımı edirdi. Müharibə Rusiya imperiyasının qəti qələbəsi ilə nəcitələndi. Müharibəni bitirmək üçün danışıqlara başlandı Türkmənçay sülhü imzalandı. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran İrəvan, Naxçıvan və Talış xanlığının özlərin də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırki Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinni bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin