1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Vestfal sülhündən sonra Avropada beynəlxalq münasibətlər



Yüklə 0,7 Mb.
səhifə7/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   2   3   4   5   6   7   8   9   10   ...   68
Belge (6)

6.Vestfal sülhündən sonra Avropada beynəlxalq münasibətlər.

Vestfal sülhü Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər arasında ilk beynəlxalq hüquq və istinad sistemini formalaşdırdı. Bu sənədə görə, hər bir hüquqi subyekt (dövlət) öz ərazisi çərçivəsində tam hakimiyyətə malikdir, öz daxili və xarici siyasətini müstəqil olaraq müəyyənləşdirir. Hər bir dövlət öz iqtisadi, sosial və mədəni strategiyasını, başqa dövlətlərlə əlaqələrini sərbəst surətdə müəyyən edir.XIV Lüdoviqin hakimiyyətinin 1 ci yarısında beynəlxalq vəziyyət Fransa üçün çox əlverişli idi.Vestfal,Priney sülhləri ilə alman və ispan habsburqları məğlub edilmiş,Stüartların restavrasiyası ilə İngiltərə beynəlxalq münasibətlərdən təcrid olunmuşdu.Fransanın Avropada rəqibi qalmamışdı.Fransız sarayı ən qüdrətli saray,dili isə beynəlxalq əhəmiyyət daşıyan təşkilatların rəsmi dili olmuşdu.XVII əsrdə Fransanın kralı XlVLüdoviqin l naziri naziri,dövlət işlərinə rəhbərlik edən şəxs kolber idi.Kolber manufakturaların yayılması,sənaye və ticarətin inkişafı üçün çalışırdı.O XIV Lüdoviqin işğalçı planlarının tərəfdarı idi.XVII əsrin I yarısında Arkadiya və s ərazilərin müstəmləkəyə çevrilməsi ilə Amerikada Fransız torpaqlarının əsası qoyuldu.Müstəmləkələr zamanla Şimali Amerikada Misisipi çayı hövzəsinə qədər gedib çatdı.Kolberin yazışmalarına görə Fransa Amerikadakı torpaqlara Holland gəmiləri vasitəsilə əlaqə saxlayırdı.Lüdoviq bu səbəbdən Belçikanın qallara məxsus olduğunu deyirdi.Kolber və günəş kralı Lüdoviqin səhvi Hollandiyanın müqavimət və diplomatik imkanlarını yetərincə dəyərləndirməmək idi.Lüdoviqim dövründə dörd əsas müharibə baş vermişdir.Bunlata ticarət müharibələri də deyilir.l müharibə(1661-1668) Lüdoviqin İspaniyanın idarəsində olan Belçikanı zəbt etməsi cəhdi ilə başladı.Bəhanə isə İspan Kralı II Flipin oğlunum ll Karlın ll nigahdan olması və Flandriya qanunlarına görə taxt tac idda etmək hüququnun olmaması idi.O ispan kralı lV Flipin l nigahdan olan qızı eyni zamanda öz arvadı adından Belçikaya iddia irəsi sürdü.Əvvəlcə gömrük müharibəsi başladı.1667-ci ildə Kolber Hollandiyaya qarşı qadağanedici tariflər qoydu.Hollandiya isə bütüm bazarlardan fransız mallarını çıxardıb İngiltərə və İsveçlə Fransa əleyhinə ittifaq bağladı.Fransa ona qarşı hər müharibənin bir koalisiya gətirəcəyini anladığı üçün AXEN sülhünü imzalayaraq bir neçə sərhədyanı qalaları ələ keçirdi.ll müharibə 1672-1679 cu illərdə başverdi.Fransa isveçi Hollandiya ilə ittifaqdan ayırdı,İngiltərə kralı ll karla subsidiya verib yeni müharibəyə başladı.Fransızlar Amsterdamı tutmaq üzərəykən hollandlar bəndi yıxıb ölkəni batırdılar.1679 cu ildə Nimveüen sülhünü imzalayan Fransa Belçikada Kambre,Valensen və şərqdə Franş konte vilayətini əldə etdi.1681 ci ildə Strasburq və digər əraziləri Fransa ələ keçirdi.1684 cü il Reqensburq müqaviləsi ilə fransa işğal olunan ərazilərdə XIV Lüdoviqin hüququnu tanıdı




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin