1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Kromvelin xarici siyasəti



Yüklə 0,7 Mb.
səhifə9/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
Belge (6)

8.Kromvelin xarici siyasəti

1654-cü ildə hakimiyyətin tam olaraq Kromvelin əlinə keçməsi onu diktatora çevirdi.Bundan sonra bütün hakimiyyət və xarici siyasətə rəhbərlik onun əlində idi.Kromvelin dövründə də İngiltərə və Hollandiya respublikaların birləşməsinə ingilislər təkid edirdilər.1653-cü ildə İngilis donanması hollandlar üzərində qəti qələbə çaldı.Kromvel 1654-cü ildə sülh imzalamağa nail oldu.Müqavilə iştirakçılarına Hollandiya ilə yanaşı Danimarka kralı,İsveçrənin protestant kan-tonları,Ş.Almaniyanın bir sıra protestant knyazları idi.Bu müqavilə eyni zamanda İngiltərə, İsveç,Danimarka,Portuqaliya ilə də ticarət müqaviləsi imzaladı.1654-cü ilin aprelin 28-də İsveçlə sülh və ittifaq haqqında traktat imzalandı.1654-cü ilin sentyabrında Danimarka ilə Portuqaliya ilə müqavilə imzalandı.Kardenya Kromvelə hakimiyyətinin möhkəmlənməsində İspaniyanın köməyini təklif etdi.Əvəzində Kardenya Kromveldən İspaniya ilə birgə Fransaya qarşı çıxmağı tələb etdi.Mazarini ispan hökümətindən cəld tərpəndi.Mazarini Kromveli istədiyi titul ilə tanıyacaqlarına və edam olunmuş kralın ailəsini Fransadan qovacağına təminat verdi. O Kromvelə pul və ittifaq təklif də etdi.Kromvel öz rəqiblərini dinləyir,onlara qarşı yeni tələblər irəli sürürdü.Əslində Kromvel kimi və nəyə görə seçdiyini çoxdan bilirdi.Fransa o dövrdə güclü idi və onunla mübarizə təhlükəli idi.İspaniya isə çökməkdə olan,lakin varlı və yüngül şikar idi. İspaniya İngiltərəyə öz müstəmləkələri ilə ticarət etməyə icazə vermirdi.Kromvel İspaniyadan Vest-Hində azad gəmiçilik və inkvizisiya təqibini dayandırmağı tələb etdi.Kardenya bu tələbə cavab olaraq dedi:”Vest-Hinddə sərbəst üzmək və inkvizisiyadan azad olmağı tələb etmək mənim kralımdan 2 gözünü istəmək deməkdir.Kromvel üçün vacib olan İspaniya ilə müharibə artıq qaçınılmaz idi.Amerikaya Pennin başçılığı,Aralıq dənizinə isə Blekin eskadrası gpndərilə və ispan müstəmləkələrini zəbt edilməsi ilə təlimatlandırıldı.İngilislərin San-Dominqo adalarını tutmaq cəhdi ispanlar tərəfindən dəf edildi.İspaniyaya bu xəbər çatdıqda İspaniyadakı ingilis gəmilərinə və əmlakına embarqo qoyuldu.İngilis tacirləri həbs edildi və ispan kralı Kardenyaya İngiltərəni tərk etməyi əmr etdi.1655-ci il oktyabrın 24-də Kardenya Duvrdakı freqata mindiyi zaman Kromvel Fransa ilə sülh və ticarət haqqında müqavilə imzaladı.Noyabrın 28-i Fransa ilə müqavilə imzalanması və İspaniya ilə müharibəyə hazırlanması xəbəri ictimaiyyətə elan olundu.İspaniya ilə müharibə Kromvelin ölümündən sonra başa çatdı və İspaniya üçün uğursuz oldu.İngiltərə Amerikada qul ticarəti mərkəzi olan Yamayka adasını ələ keçirdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin