1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


İspan mirası uğrunda müharibə



Yüklə 0,7 Mb.
səhifə10/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
Belge (6)

9.İspan mirası uğrunda müharibə.

XlV Lüdoviqin hakimiyyətinin ll yarısında Avropanın diplomatiya tarixinin yeni mərhələsi başlayır ki,bu dövr Fransa ilə müstəmləkələri talan etmək uğrunda mübarizədə İngilətərin beynəlxalq rolunun tədricən artması kimi səciyyələndirilir.Bu mübarizənin əsas mərhələsi ispan irsi uğrunda müharibə idi.Sülalə müharibəsi kimi başlayan bu münaqişə,faktiki olaraq Fransa ilə İngiltərə arasında dənizlərdə və müstəmləkələrdə ağalıq uğrunda ilk irsi toqquşmaya çevrildi.İspan irsi uğrunda müharibəyə səbəb varis olmayan ispanıyalı ll Karlin ölümü idi. XlV Lüdoviqin özünü ispan vardinatının varisi hesab edirdi.Bu tarixdə mövcud olmuş ən zəngin miras idi.İspan irsinin ələ keçirilməsi “siyasi tarazılığın”Fransanın xeyrinə dəyişməsi faktiki olaraq isə Fransanın dünya hegemonluğu demək idi.Varis XlV Lüdoviq İspaniyadan savayı İspaniyanın italyan,holland elecə də çoxsaylı Afrika və Amerika torpaqlarını ələ keçirəvəkdi. Hələ XVll əsrin 90cı illərində Lüdoviq digər iri dövlətlərlə bu irsi bölüşdürməyə dair danışıqlar aparmışdı.XlV Lüdoviq Habsburqların iddialarına qarşı İngiltərə və Hollandiyanı vahid cəbhədə çıxış etməyə həvəsləndirməklə mümkün ola biləcək antifransız koalisiyasının qarşısını almağa ümid edirdi.Fransanın Londob və Haaqadakı səfirləri ingilisləri və hollandları əmin edirdilər ki, ispan tax tacına yalnız Burbanların və ya yalnız Habsburqların çıxması:tarazlığı pozar.1698 və 1700cü illərdə İspan kralı ll karldan gizli olaraq ispaniyanın bölüşdürülməsi haqqında iki razılaşma imzalandı.XlV Lüdoviq öz diplomatiyasının yaratdığı bir biri ilə ziddiyyət təşkil edən 2 imkan qarşısında qaldı.Mirasın qəbul edilməsi bütün Avropa ilə müharibə etmək demək idi. Mirasdan imtina etmək və İngiltərə,Hollandiya və imperator ilə İspaniyanın bölüşdürülməsi haqqında razılaşmalara sadiq qalmaq isə bölüşdürülməsinə razılaşmayacaq İspaniya ilə müharibəni doğura bilərdi.Müharibə təhlükələrini və ticarətin pozulmasını istəməyən İngilərə və Hollandiya fransız kralı ilə döyüşmək niyyətində deyildilər.Onlar XlV Lüdoviqin İspaniyanı heç zaman Fransa ilə birləşdirməyəcəyinə dair verdiyi vədləri ilə qanə oldular.Lakin fransız hökumətinin sonrakı hərəkətləri ən pis təxminləri təsdiqlədi.1701ci ilin əvvəlində XlV Lüdoviq V Filippin fransız tax tacına hüququnu xüsusi qramota iə tanındı və İspaniyanın Niderland əyalətlərinə fransız qarnizonları yeritdi.İspan qubernatorları və vitse kralına onu öz hökümdarı kimi tabe olmağı əmr etdi.Niderland və İngiltərədə müharibə tərəfdarları XlV Lüdoviqi mirası bölmək əvəzinə onu tamamilə ələ keçirilməsi ilə ittiham etməyə başladılar.XlV Lüdoviqin Fransada ölüm ayağında olan keçmiş ingilis kralı ll Yakovu ziyarət edib onun oğlunun ingilis tax tacına olan hüququnu tanıyacağı haqda vəd verməsi bu haqda gəzən şayələri təsdiqlədi. Baxmayaraq ki,bir neçə il bundan əvvəl XlV Lüdoviq lll Vilhemi rəsmi olaraq ķral kimi tanımışdı. Bundan xəbər tutan icma palatası müharibəyə subsidiya ayırmağa səs verdi.Müharribəyə can atan imperatora görə Habsburqların əsrlər boyu düşnəni olan Burbonlara həll edici zərbə vurmaq üçün beynəlxalq vəziyyət çox münasib idi.Almaniyada ağalıq edən fransızların hərəkət-lərindən narazı qalan alman knyazları onlar arasında diplomatik təbliğat aparan imperatora lazım olan köməyi göstərəcəklərinə hazır olduqlarını bildirdilər.Hələ Vestfal sülhündən sonra fransız hegemonluğundan çəkinən Danimarka və İsveçdən də cavab alındı.İspan irsi uğrunda müharibə ilə demək olar ki eyni zamanda başlayan B.Şimal müharibəsi onların qevvələrinin şimal şərqə cəlb etdi və beləliklə imperatora yardım etmədilər.Avropada işlər Fransanın əleyhinə cərəyan etdi.Yenidən XVll əsrin 80cı illərindəki Fransa əleyhinə koalisiya bərpa edildi. 1701-ci ilin yazında başlanmış müharibə Fransa üçün uğurasuz oldu.Beləki Fransa 4 cəbhədə İtaliyada,İspaniyada,Niderlanda və Reynyanı Almaniyada vuruşurdu.1701 1704cü illərdə əldə etdikləri uğurlar mərhələsi ağır məğlubiyyətlər məsələsi ilə əvəz olundu.Sevenin dağlarındakı protestantların üsyanı,bir birini əvəz edən müharibələr zamanı gücdən düşmüş və aclıq keçirən ölkə üçün ağır oldu.(1704-1710).Son mərhələdə(1710-1714)fransızlarhərbi cəhətdən bir qədər toparlanıb sülh bağlamağa nail oldular.XlV Lüdoviqin hakimiyyətinin ll yarısında ölkənin hərbi və siyasi cəhətdən səriştəli şəxsləri qeyri rəsmi cəbhədə idilər.Dəniz quldurluğu ilə məşğul olan ingilislər Cəbbəllütariqi(1704)ələ keçirdilər.1703 də ingilislər iqtisadi cəhətdən Portuqali-yanı İngiltərədən asılı vəziyyətə salan ticarət müqaviləsi bağlamağa məcbur etdilər.Müqaviləyə əsasən ingilislər portuqaluyaya özünün manufaktura məmulatlarını gömrüksüz daşınması hüququ əldə etdilər,bu mallar sonralar qaçaq mal kimi ispaniyaya daşındı.Amerikada isə Nyuyorka və boston müstəmləkəçiləri,bir birinin ardınca Fransa torpaqlarını zəbt etdilər.Bu müharibənin əsas xərcləri İngiltərənin üzərinə düşürdü.Ona görə də sülh əhval ruhiyyəsi artmağa başladı və 1710cu ildə keçirilən seçkilərdə müharibəyə qarşı çıxan torilər böyük üstünlük əldə etdi.1710cu ildə fransızların əlaltısı ispaniyalı V Filipp özünü yeni vətənində təsdiqlədi.1711və 1712ci ildə keçirilən əməliyyatlar müttəfiqlərə qələbə qazandırmadı və ingilislər ingilis sayağı davranaraq müttəfiqlərindən gizli olaraq fransızlara sülh təklif etdi.Hələ 1711ci ilin yanvarında ingilis hökumətinin gizli xəfiyyəsiFransaya gələrək hollandlarsız seperat sülh bağlamağı təklif etmişdi.Təklif qəbul ediləndən sonra tərəflər arasında danışıqlar xüsusi məxfiliklə aparıldı və bu haqda ingilis diplomatları belə məlumatlandırılmadı.Həmin ilin oktyabrinda İngiltərənin mütəffiqləri hollandlar və almanlar İngiltərə və Fransa arasında bağlanmış sülhün şərtləri ilə tanış oldular.UTREXT SÜLHÜ:1712ci ilin fevralında Utrext konqresi çağrıldı.Konqresde 1713cü ilin aprel tarixli Utrext sülh müqaviləsi ilə 1714cü il Rəştadt müqaviləsi imzalandı.Hər iki müqavilə XVlll əsr Avropa tarixində böyük əhəmiyyətə malikdirdilə Burbonlara İspaniyada qalmaq imkanı yalnız İspaniya kralı eyni zamanda fransız Kralı olmaya-cağı təqdirdə verildi.Buna görə İspaniya güzəştə getməli idi.Habsburqlara-Neapoliton krallığı, Sardiniya,Toskananın bir hissəsi,Milan hersoqluğu və ispan niderlandlarını Brandenburq kürfüstünə-ispan Geldernini •Savoyya hersoquna-Siciliyanı •İngiltərəyə-Minorka adasındakı məntəqə ilə birlikdə Cəbəllütariqi.İngilərə həmçinin zənci alverini həyata keçirmək üçün müstəsna hüququ özündə saxladı.Fransa Niderlandakı bir sıra torpaqlarından Habsburqların xeyrinə əl çəkdi.Lotaringiyadan öz ordularını çıxardı və cənubda əhəmiyyətsiz torpaqlarını Savoyya hersoquna güzəştə getdi.Fransa ən böyük itkilərini Amerikada verdi.Hudzon körfəzi ətrafı torpaqlar,Nyufaundlend və Arkadiya və hələ XVll əsrin əvvəllərində fransız müstəmlikçi-ləri tərəfiindən məskunlaşmış müqəddəs Lavrentiy çayının şimalındakı torpaqları da güzəştə getməli oldu.Bu Ş.Amerikada fransız mülklərinin itirilməsinin başlanğıcı oldu.Bu dövrdə artıa dənizlərdə tam üstünlük İngiltərəyə keçdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin