1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


XVlll əsrin l yarısında İngiltərənin xarici siyasəti



Yüklə 0,7 Mb.
səhifə12/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Belge (6)

11.XVlll əsrin l yarısında İngiltərənin xarici siyasəti.

XVIII əsrdə,yəni inqilablardan sonra öz siyasi quruluşunu qəti formalaşdıran İngiltərə müstəmləkələrini və ticarətini genişləndirmək üçün məqsədyönlü siyasət yeridirdi. İngiltərənin adada yerləşməsi onu Avropadan ola biləcək hücumlardan qoruyurdu. Avropada siyasi kombinasiyalarla kifayətlənib bütün səylərini dənizlərdəki fəaliyyətinə yönəldirdi.

XVIII əsr-İngiltərə və Fransa arasında imperiya uğrunda gedən mübarizə dövrü – böyük İngiltərə (Böyük Britaniya) imperiyasını yaradan əsrdir. XVI əsr boyunca İngiltərə İspaniyanı qəti məğlubiyyətə uğradır, XVII əsrdə Hollandiyaya qalib gəlir. XVIII əsrdə Hollandiya artıq ticarət münasibətlərində İngiltərədən geri qalırdı. Lakin Avropanın digər böyük dövləti – XVII əsrdə Amerikada böyük ərazilər ələ keçirən və Hindistana sahiblənməyə çalışan Fransa mövcud idi. Fransızlar Antill adalarına da sahibləndilər. Əsrin ortalarında Fransa açıq-aydın İngiltərəyə hücum etməyə və dənizdə hegemonluğu ələ keçirməyə çalışırdı. Ölkə gəmiçiliyini dəstəkləmək məqsədilə fransız nazir Maşo (1745-1757) xarici gəmilərdən 1 tona görə alınan gömrükləri 5 livrə qədər artırdı. XVIII əsrin 50-ci illərin başlanğıcında Fransa səylə hərbi donanmasını yaradır və və silah-sursat arsenalını artırırdı. 1756-cı ildə fransız donanması İngiltərə donanmasına bərabər idi. Fransanın uğurları İngiltərə hakimiyyətini qıcıqlandırırdı. Fransaya qarşı barışmaz, mübarizə aparmaq tərəfdarı olan Böyük Uilyam Pitt zamanında dinc münasibətlər dövrü başa çatdı.

Hökmlü,sərt və qətiyyətli siyasətçi, İngiltərənin qüdrətini və dənizlər üzərində hakimiyyətini hər şeydən üstün tutan Pitt Fransanın öz kralının səhv siyasəti nəticəsində II Fridrixə qarşı Avstriya, Rusiya, İsveç və Saksoniya tərəfində Yeddillik müharibəyə cəlb olunmasından istifadə etdi. İngilis dənizçilərinin, tacirlərinin və müstəmləkəçilərinin əsl nümayəndəsi olan Pitt Fransanın müstəmləkə və dəniz qüdrətini dağıtmaq qərarına gəldi. O, II Fridrixə çox böyük subsidiya ayıraraq onu yaxından dəstəklədi. Eyni zamanda o fransız sahillərini mühasirəyə alıb, limanları bombalayır, gəmilər təmir olunan yerləri,tərsanələri dağıdırdı. Pitt əsas diqqətini müstəmləkələrə yönəltdi. Şimali Amerikadakı ingilis müstəmləkələrini silahlandıraraq onların köməyilə fransızlar tərəfindən tutulmuş torpaqların çoxunu zəbt etdi. 1763-cü ildə imzalanmış Paris sülhünə görə İngiltərə Missisipi çayından şərqdə olan bütün torpaqları və Kanadanı özünə birləşdirdi. İspaniya ona Floridanı güzəştə getdi. Bundan öncə isə Fransa ost-hind torpaqları ilə vidalaşmalı oldu.



İngiltərənin Hindistanda siyasəti XVII əsrdə böyük ölkə olan Hindistan Böyük Moğol imperiyası adı altında müsəlman sultanları tərəfindən birləşdirildi. XVIII əsrin əvvəllərində bu ölkə parçalandı və ölkə Avropa qəsbkarları üçün asan şikara çevrildi. Öncə burda üstünlük fransızlara(40-cı illərdə) məxsus olsa da, fransız hökumətinin fransız müstəmləkəçilərinə (Laburdone, Jan Düple, Lali) olan biganə münasibəti nəticəsində ingilislər tezliklə burada möhkəmləndilər. XIV Lüdoviq hökumətinin səriştəsiz siyasəti nəticəsində Fransa Hindistandan sıxışdırılıb çıxarıldı. İngiltərənin Ost-hind şirkəti hökumətdən hərtərəfli dəstək alaraq fəaliyyətini davam etdirirdi. İngilislər Hindistanın Bombey, Mədrəs, Kəlküttə kimi iri ticarət məntəqələrini ələ keçirdilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin