1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


ABŞ-ın diplomatik missiyaları və onların fəaliyyəti



Yüklə 0,7 Mb.
səhifə18/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   14   15   16   17   18   19   20   21   ...   68
Belge (6)

15.ABŞ-ın diplomatik missiyaları və onların fəaliyyəti

ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini əldə etmək və İngiltərənin təcridinə nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət ərəfəsindəəsas diqqəti Fransaya yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:



  • Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi;

  • Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinəəsaslanan münasibətlərə malik idi. Bu isə Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan yaradırdı;

  • Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur;

  • Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası İngiltərənin dənizlərində hegemonluğunun qarşısına almaq gücündə idi.

Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə məhz İngiltərədə görüşmüşdü.

Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə nəfəri başqa ölkəyə göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarında ABŞ-dan Avropaya yalnız kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi şəkildə qəbul olunmamışdı.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin