1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


XlV Lüdoviqin diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə19/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
Belge (6)

16.XlV Lüdoviqin diplomatiyası.

XlV Lüdoviqin hakimiyyətinin(1661-1683)l yarısında beynəlxalq vəziyyət Fransa üçün çox əlverişli idi.Vestfal və Priney sülhləri Fransanın əzəli düşmənlərini alman və ispan habsburqlar-ının məğlubiyyətini təsdiqlədi.İngiltərədə stüartların hakimiyyətinin bərpası və onların irtica siyasəti bu ölkənin beynəlxalq əhəmiyyətini zəiflətdi.Parlamenttlə fasiləsiz mübahisədə olan İngilərə kralı ll Karl öz təəbələrinə qarşı dəstəyi xaricdə axtarırdı.Artıq fransanın Avropada hesablaşacağı rəqibi qalmamışdı.Bu dövrdə fransız sarayı Avropanın ən qüdrətli sarayına çevrildi.XlV Lüdoviq hakimiyyətinin l yarısı onun l naziri baş maliyyə nəzarətçisi adlandırılan XVll əsrdə Fransanın görkəmli dövlət xadimi Kolber idi.XlV Lüdoviq özünün l naziri adlandırma-ğı sevsədə faktiki olaraq dpvlət işləri Kolberin əlində idi.XlV Lüdoviqin apardığı müharibələr: XIV Lüdoviqin hakimiyyəti dövründə apardığı 4 müharibə diplimatiya tarixi nəzərində ibrəta-mizdir.l müharibə XlV Lüdoviqin Niderland inqilabından sonra İspaniyanın əldə qalan Niderlan-dın bir hissəsi olmuş Belçikanı zəbt etmək cəhdi ilə başlandı.Müharibə üçün bəhanə o dövrün ruhuna uyğun olan sülalə məsələsi oldu.İspaniyanın yeni kralı Filippin oğlu ll karl ll nigahdan idi və Flandriya qanunlara görə ll nigahdan olan uşaqlar tax taca iddia etmək hüququna malik deyildilər.IV Filippin l nigahdan olan qızına evlənən XIV Lüdoviq öz arvadı adından Belçikaya iddia irəli sürdü.Müharibədən əvvəl gömrük müharibəsi başladı.1667ci ildə Kolber Hollandiya-ya qarşı yönəlmiş qadağanedici tariflər qoydu və buna cavab olaraq Hollandiya bütün bazarlar-dan fransız mallarını çıxardı.Hollandiya İngiiltərə və İsveçlə ittifaq bağladı.Uzun sürməyən (1667-1668)bu müharibə göstərir ki,Fransanın hücum hərəkətləri ona qarşı koalisiyaların yaranmasına gətirib çıxarır.Buna görə Lüdoviq Aaxen sülhünə görə bir neçə sərhədyanı qalaların birləşdirilməsi ilə qane olmalı oldu.Bundan sonra o yeni müharibəyə doplomatik hazırlığa başladı.O İsveç Hollandiya ilə itttifaqdan ayırdı.İngiltərə kralı ll Karla subsidiya verib yeni müharibəyə başladı(1672-1679).Fransızlar Amsterdamı tutmaq üzrə idilər ki,holllandlar bəndi yıxıb ölkəni batırdılar,holland donanması isə ingilis-fransız donanmasını məğlubiyyətə uğratdı.Hollandiyanın köməyinə Brandenburq kürfüsü Fridrix-Vilhelm geldi.O özünü reyn torpaqlarınnda qonşu kimi qüdrətli Fransanı deyil,zəif Hollandiyanı görməyə üstünlük verdi. Fransaya qarşı alman və ispan Habsburqları çıxış etdi.İngiltərə kralı ll Karlın sülalə siyasəti ingilislər arasında narazılıq doğurdu.Nimveqen sülhü.Fransa 1679cu ildə Nimveqendə sülh imzalamalı oldu.Bu sülhə görə,Belçikada bir neçə məntəqə-Kambre,Valansen və şərqdə Franş-Konte vilayətini əldə etdi.Nimveqen sülhü Fransanın Avropada qüdrətini nümayiş etdirdi. Almaniya imperiaysının siyasi zəifliyindən istifadə edən XlV Lüdoviq Fransa ilə həmsərhəd alman ərazilərini özünə birləşdirdi.1681ci ildə gözlənilmədən XlV Lüdoviqin Strasburqu zəbt etdi.Elə bu dövrdə türklər hərəkətə keçdi və onların Vyana və imperiya üzərinə hücum təhlükəsi yarandı.1684cü ildə Reqensburq müqaviləsinə görə İspaniya birləşdirilmiş ərazilərdə Lüdoviqin hüququnu tanıdı.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin