19.Fransa burjua inqilabi illərində fransız diplomatiyası
1791 – ci sentiyabırın da XVI Lüdoviq konstitusiya qəbul etdi və özünün Milli Təsisedici məclislə həmrəy olduğunu bir daha rəsmi elan etdi. 1791-ci ilin oktyabırında Qanunverici məclis açıldı. Bu dövürdə müharibə təhlükəsi artdı. Q.məclis XİN-i dəyişməyi kraldan tələb etdi.1792-ci il martın 15-də kral jirondistlərə yaxın olan general Dyumuryeni XİN təyin etməyə məcbur oldu. Dyumurye nazirliyin əvvəlki məmurlarını yeni – jirondistlərə yaxın olan adamlarla əvəz etdi. Səfirlər yeniləri ilə dəyişdirildi.
1792-ci ilin martında dünyasını dəyişən II Leopoldu I Frans əvəz etdi. Fransaya qarşı müharibə başlamaq arzusunda olan I Frans XİN-nin Prussiya ilə ittifaqı pozmaq tələbini rədd etdi. Aprelin 20-də Milli Qanunverici məclis düşmən hücumunu gözləməyib kralın müharibə elan etmək təklifini qəbul etdi. Bununla da inqilabi müharibələr dövrü başlandı. Mütləq monarxiyadan miras qalmış zadəgan zabitlər tərəfindən idarə olunan zəif iransız ordusu müdaxiləçilərə qəti müqavimət göstərə bilmir və müqavimət göstərmək istəmirdi. İlk uğursuzluqlar və kralın açıq-aydın satqınlığı monarxiyanın dağılması üçün təkan oldu. 1792-ci il 10 avqust üsyanı Fransada monarxiyanın devrilməsinə və Milli Konventin çağrılmasına gətirib çıxardı.