33.Vyana sistemi və Müqəddəs İttifaqın yaradılması.
Vyana sistemi ideoloji və hərbi siyasi baxımdan Xalqların və monarxların Müqəddəs İttifaqının yaranması ilə tamamlandı.Avropa monarxlarının siyasi sarsıntılara qarşı mübarizə ittifaqı olan bu birliyin yaranması ilə diplomatik leksikona Pentarxiya və Avropa konserti anlayışları daxil oldu.Napoleonun 100 günü Vyana konqresi iştirakçılarında belə bir fikir yaratmışdı ki,Fransada olduqca böyük imkanlara malik gizli inqilabi komitə fəaliyyət göstərir ki,həmin komitə hər şeyə qadirdir.Yaranmış şəraitdə 1815ci ilin sentyabrın 14də Rusiya,Avstriya və Prussiya Müqəddəs İttifaqı yaratmaqla Avropanın xristian dövlətlərinin qarşılıqlı əlaqəsini təmin etməyi,eləcədə inqilabi hərəkətə qarşı birgə mübarizə aparmağı qərarlaşdırdılar.1815ci ilin noyabrında Fransa kralı XVlll Lüdoviq ,sonra isə digər Avropa moxarxları Müqəddəs İttifaqa qoşuldular. Qoşulmamasına baxmayaraq İngiltərə faktiki onun bütün işində iştirak edirdi.İttifaq inqilabi əhval ruhiyyəyə ,siyasi və dini azad təfəkkürə qarşı mübarizə məqsədilə yaradıldı. Müqəddəs İttifaqın təşəbüskarı olan l Aleksandr avropa dövlətlərinin silahlı qüvvələrinin azadılması ərazilərin toxunulmazlığına qarşılıqlı təminat vermək təklifi ilə çıxış etdi.O 800 minlik ruz ordusunu qitə təhlükəsizliyinin təminatçısı hesab edirdi.Vyana sistemi və onun hüquqi mexanizmi olan Müqəddəs İttifaq yalnız Krım müharibəsi başa çatdıqdan sonra(1853,-1856) siyasi səhnəni tərk etdi və dövlətlər real siyasət strateji kursuna uyğun xətt yeritməyə başladılar.Tədqiqatçılar Müqəddəs İttifaqın fəaliyyət tarixini 3 dövrə bölürlər.
1ci dövür-1822ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki,bu Müqəddəs İttifaqın ən qüdrətli dövrüdür.Bu dövrdə Avropa Konsertinin iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir.Aahen,Troppau-Laybax və Verona konqresləri keçirilir.
Dostları ilə paylaş: |