37.1848-1849cu il macar inqilabı və Rusiyanın mövqeyi
Nikolayın l müdaxiləsi 1848ci ildə macar üsyanı ilə bağlı oldu.l müdaxilə həm diplomatik həm də hərbi müdaxilə idi.ll müdaxilə isə diplomatik olub Almaniyanın birləşdirilməsinə olan cəhdləri ləğv etməyə yönəlmişdi.Macar üsyanının yatırılmasına çarın qarışması Polşada sakitliyin təmini üçün atılmış addım idi.Üsyankar Koşutun idarə etdiyi dövlətin mövcudluğu çar Rusiyasınnın Balkan yarmadasındakı təsiri üçün təhlükə yaradırdı.1849cu ildə Koşut və onun tərəfdarları qalıb çaldı və Macarıstanın müstəqilliyini elan etdi.Onlar orta və xırda burjualaşmış zədaganlara arxalanır və macar xalqının qızğın rəğbətini qazanmışdılar.Macar inqilabçılarını polyak və italiyan mühacir inqilabçılar da müdafiə edirdilər.Hələ 1848ci ildə macar hökuməti alman dövlətlərinə öz səlahiyyətli nümayəndələrini göndərdi ama bu missiyalar uğur qazanmadı.Frankfurt parlamentinin macarların muxtariyyat tələblərinə rəğbət bəsləməsinə baxmayaraq Macarıstana heç bir yardım göstərmədi.Macar hökuməti slavyan xalqlarından yalnız polyakların köməyinə bel bağlaya bilərdi.Macar inqilabının bir sıra rəhbərləri İngiltərə və Fransanın köməyinə ümid bəsləyirdilər.Seym öz nümayəndəsi Telekini Parisə göndərdi. Koşutun dostu Pulski isə Londona getdi.Nə Palmerston nə də fransız hökuməti macar nümayəbdələrini qəbul etmədilər.İngilis nazirləri Avstriyanın Balkanlarlada Rusiya əleyhinə istifadə etmək üçün imperiya şəklində saxlamağı lazım bildiler.Onlar ancaq macar inqilablarını yatırtmaq üçün Çar lazımı qədər qoşun göndərəcəkmi?fikri narahat edirdi.Fransız hökuməti də bu mövqeyden çıxış edirdi.1849cu ilin yazında avstriya ordusunun macar ordusu tərəfindən darmadağın edilməsi Habsburqlar imperiyasını dağıtmaq təhlükəsi altında qoydu.Bu Avropada yeni inqilabi yüksəlişə təkan ola bilərdi.1849cu ilin yazında Avstriya generallarının utancverici məğlubiyyətlərindən sonra l Nikolay işə qoşulmalı oldu.Polşa çarlığının valisi Paskeviç müdaxilə zamanı baş komandanlığı öz üzərinə götürdü.Avstriya komandanlığının tabeliyinə keçməyən sərbəst hərəkət edən rus ordusu macar üsyanına qarşı mübarizəyə girişdi.Çar diplomatiyası müdaxilə zamanı İngiltərə və Fransa hökumətinin mövqeyini yaxınzan izləyirdi.Rusiya və Avstriya qoşun hissələrinin sayı kifayət qədər idi.I Nikolay macar inqilabının yatırılması üçün Macarıstana qarşı 140 minlik korpusu göndərmişdi.Macar komandanlığının yuxarı dairələrdə isə satqınlıq mövcud idi.Elə 1 vuruşmadan sonra macar ordusunun komandanı Qergey Paskeviçlə gizli danışıqlara girərək öz ordusuna silah yerə qoymağı bayraqları və silahları rus qoşunlarına təslim etməyi əmr etdi.Əvəzində rus komandanlığı macar zabit və generallarının edam olunmayacağına dair söz verdi.Çar və Paskeviç onları edam etməməyi tapşırsalarda avstriyalı əksinqilabçılara macar vətənpərvərlərinə qanlı divan tutmaq imkanı verərək onlara qarşı repressiv hərəkətləri dayandırmadılar.