XlX əsrin 20-ci illərində ABŞ hökumətinin xarici siyasətində əsas hadisə olan Monro doktrinası Avropa ölkələrinin müstəmləkəçiliyinə qarşı olub 1823-cü il dekabrın 2-də prezident Monro tərəfindən elan olunmuşdu.Amerikanın hər iki hissəsi ilə bağlı olan bu siyasi doktrinanın ideyası dövlət katibi Con Kuinsi Adamsa məxsusdur.İlk dəfə bu siyasi doktrina kimi İspaniya hökumətinə xəbərdarlıq formasında 1823-cü ilin iyulunda bəyan edilmişdi.Monro doktrinası 1823-cü ilin noyabrında “Müqəddəs İttifaqın”müdaxiləsi təhkükəsi haqda gəzən şayiələrlə bağlı ispan amerikan məsələsində ABŞ ilə İngiltərənin birgə fəaliyyəti haqda Kaninqin təklifinə cavab veermək üçün toplaşmış ABŞ kabinetinin iclası zamanı işlənib hazırlanmışdır.Müzakirələr zamanı iki ziddiyətli fikir mövcud idi.Kabinetin əksəriyyəti eləcə də hərbi nazir Kelxaun və prezident Monro”Müqəddəs İttifaqın real müdaxiləsi təhlükəsi mövcud deyildi.Birləşmiş Ştatlar kənarda qalmaqla B.Britanuyanın təkbaşına gənc C.Amerika dövlətlərini “Müqəddəs İttifaqın”müdaxiləsindən qoruyarsa,onda İngiltərə böyük ticarət üstünlüyünü əldə edərək keçmiş İspaniya müstəmləkələrinə sahib ola bilər.Monro doktrinasının elan edilməsi ABŞ-da ekspansionizmin güclənməsinə təkan oldu.Bu dövrdə,İspan müstəçləkəçi imperiyası dərin böhran içərisində idi. Lattın Amerikasını milli azadlıq hərəkatının alovları bürümüşdü.
Monro doktrinasının genezisi üçün əsas ABŞ-ın görkəmli siyasi xadimlərinin şüurunda kök salmış “amerikan sistemi”konsepsiyası olmuşdur.”Amerikan sistemi”konsepsiyası tam halda nümayəndələr palatasının sədri Henri Kley tərəfindən inkişaf etdirilmişdir.Kley həmkarlarını “həqiqi amerikan olmağa və amerikan sistemine başçılıq etməyə”çağırdı .1821-ci ilinyanvarında İngiltərənin diplomatik nümayəndəsi Stretfort-Kaninq ilə görüşündə Adams İngiltərənin torpaqlarını çıxmaqla bütün Ş.Amerika qitəsini Birləşmiş Ştatlara vermək tələbini qısaca ifadə etdi.Bu prinsip Adamsın 1823-cü il iyulun 17-də rus diplomatik nümayəndəsi Teyl ilə görüşündə də ifadə edildi.Avropa müstəmləkəçiliyinə qarşı çıxan ABŞ Amerika qitəsinə Avropa təsirinin qarşısını almaq,özünün iqtisadi və siyasi ekspansiyası üçün münasib şərait yaratmağa can atırdı.