1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Almaniya imperiyasının yarandığı elan edildi



Yüklə 0,7 Mb.
səhifə55/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
Belge (6)

1.Almaniya imperiyasının yarandığı elan edildi.

2.Fransanın Elzas və Lotaringiya vilayətləri Almaniyaya verildi.

3.Fransa Almaniyaya 5 milyard frank təzminat ödədi

XIX əsrin 80-90cı illərində baş vermiş bir sıra siyasi və maliyyə qalmaqalları respublikanın varlığına ciddi təhlükə yaratdı.

48.XlX əsrin 50-60cı illərində Prussiyanın xarici siyasəti

Prussiya ilə Avstriya arasında yaranmış münaqişəyə müdaxilə edən Rusiya imperatoru I Nikolay 1850-ci il noyabrın 29-da Çexiyanın Olmyuts şəhərində Prussiyanı iddialarından imtinaya məcbur edən saziş imzalatdırmışdı. Bu müqavilə bütün Almaniyanın xatirində əbədi olaraq “Olmüts təhqiri” kimi qaldı.

Olmyuts təhqiri Prussiyanın Almaniyada hegemonluq iddialarına hələlik zərbə vursa da, “Kiçik Almaniya” planının tərəfdarlarının sayı artdı. 1850-ci illərdə Prussiya iqtisadi və hərbi cəhətdən xeyli gücləndi. Rusiyanın təsiri altında olan Avstriya isə Almaniyada nüfuzunu itirməyə başladı.

XIX əsrin 60-ci illərində beynəlxalq şərait Prussiyanın öz planlarını həyata keçirilməsi üçün əlverişli idi. Prussiya kralı I Vilhelm 1862-ci ildə Otto fon Bismarkı birinci nazir təyin etdi. Almaniyanı “dəmir və qanla” birləşdirməyin tərəfdan olan Bismark bu işə mane olan Avstriya ilə müharibəni yeganə vasitə saydı. 1864-cü ildə Prussiya Danimarkanı məğlub edərək Şlezviq və Holşteyn vilayətlərini özünə birləşdirdi. 1866-cı ilin iyunun 16-da Prussiya Avstriyaya qarşı hərbi əməliyyatlara başladı. 1866-cı ilin iyunun 24-də Kustotsa döyüşündə italyan ordusu məğlubiyyətə uğradı. 1866-ci il iyulun 3-də Sadovo döyüşündə Prussiya ordusu avstriyalıları məğlub etdi. Eyni zamanda O. Bismark I Vilhelmə bildirdi ki, müharibənin davam etməsi Fransanın xeyrinədir. Alman dövlətlərini qarşı-qarşıya qoyan bu müharibəni bəzən “Almaniya-Almaniya”, “40 günlük” müharibələr də adlandırırlar. Beləliklə, Avstriya ilə Prussiya arasında 1866-cı ildə sülh müqaviləsi imzalandı. 1866-cı il avqustun 23-də Praqada Avstriya və Prussiyanın imzaladığı sülh müqaviləsinə görə Avstriya Alman ittifaqının əvvəl mövcud olan formada fəaliyyətini dayandırmasını rəsmən tanıdı və alman dövlətlərinin özünün iştirakı olmadan birləşdirilməsinə razılıq verdi. O, Şlezviq və Holşteyn hersoqluqlarına olan bütün hüquqlarını Prussiyaya verdi. 1867-ci ildə Bismark 22 dövlətdən ibarət Şimali Almaniya İttifaqını yaratdı. Onun vahid konstitusiyası qəbul edildi.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin