1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Prussiya-Avstriya müharibəsi və Fraqa sülhü



Yüklə 0,7 Mb.
səhifə57/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
Belge (6)

50.Prussiya-Avstriya müharibəsi və Fraqa sülhü

Avstriya-Prussiya müharibəsi (Almaniya tarixində həm də Alman müharibəsi və Yeddihəftəlik müharibə, İtaliya tarixində isə Üçüncü istiqlaliyyət müharibəsi kimi tanınır) — 1866-cı ildə Prussiya krallığı və İtaliya ilə Avstriya imperiyası arasında baş vermiş hərbi münaqişə. Səbəbi Almaniya uğrunda Avstriya-Prussiya rəqabəti, İtaliyanın Venesiya, Triest, Trient və Cənubi Tirol ərzilərinə iddiası Nəticəsi Prussiyanın qələbəsi, Praqa və Vyana sülh müqavilələri

Müharibədə ümumilikdə 29 dövlət bilavasitə iştirak etmiş, onlardan 13-ü Avstriya, 16-sı Prussiya tərəfində olmuşdur. Müharibə yeddi həftə davam etmişdir (15 iyun - 26 iyul 1866). Avstriya iki cəbhədə vuruşmaq məcburiyyətində qalmış, 1856-cı ildən bəri texnoloji çatışmazlığı və siyasi təcrid edilməsi onun bu müharibədə məğlubiyyətinə səbəb olmuşdur. 3 iyul 1866-cı ildə baş vermiş Sadova döyüşündə general-feldmarşal Moltkenin komandanlıq etdiyi Prussiya qoşunları Avstriya ordusunu darmadağın etdilər.

Avqustun 23-də bağlanmış Praqa sülh müqaviləsinə görə, Avstriya Holşteyni Prussiyaya verdi və Alman Birliyini tərk etdi. 1866-cı il müharibəsinin siyasi nəticəsi Avstriyanın rəhbərliyi altında Alman dövlətlərini birləşdirməkdən imtina etməsi və Almaniyadakı hegemonluğunu Şimali Alman İttifaqına, yeni bir konfederativ dövlət quruluşuna rəhbərlik edən Prussiyaya keçməsi oldu.




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin