1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Fransa-Prussiya müharibəsi ərəfəsində tərəflərin diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə58/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
Belge (6)

51.Fransa-Prussiya müharibəsi ərəfəsində tərəflərin diplomatiyası

Müharibənin səbəbləri:Fransa-Prussiya müharibəsinin səbəbləri Napoleon müharibələrindən sonra yaranan Avropadakı yeni qüvvələr balansındadır.  Fransa və Almaniya döyüşən tərəflər olmuş, Fransa məğlub tərəf olmuş və Napoleon Bonapart Müqəddəs Yelena adasına sürgün edilmişdi..İmperator III Napoleon və Baş nazir Emile Ollivierin daxili vəziyyətdəki sıxıntılardan qurtulmaq istəkləri də Prussiyaya yönəlik müharibə elanına köməklik etdi.Buna əlavə olaraq Otto fon Bismark I Vilhelm tərəfindən göndərilən teleqrafı dəyişdirərək müharibə elan etmək üçün fransızları təhrik etdi, Ems teleqrafı ictimaiyyətə bildirərkən kralın fransız elçiyə alçaldıcı davandığı əks olundu. Altı gün sonra Fransa Prussiyaya müharibə elan etdi.[5] Fransa-Prussiya müharibəsi 1870-ci il iyul ayının 19-da başlandı. Napoleon hökuməti həm də qalib gələcəyi təqdirdə öz mövqelərini möhkəmləndirmək ümidində idi. Müharibəyə alman dövlətləri daha yaxşı hazırlaşmışdılar. Müharibəni Fransanın elan etməsi isə alman xalqında milli hisslərin güclənməsinə təkan vermişdi. Müharibənin ilk günündən fransız ordusunda vahid komandanlığın yaradılmaması bəlli oldu. Orduda özbaşınalıq baş alıb gedirdi. Hərbi birləşmələr komplektləşdirilməmişdi. Təchizatda təminat aşağı səviyyədə idi. Bu amillər Prussiya üçün üstünlük yaradırdı. İlk döyüşlərdən alman orduları təşəbbüsü ələ aldılar. Mets qalasına sığınan fransızlar Prussiya ordusu tərəfindən mühasirəyə alındı. III Napoleon başda olmaqla mühasirəyə alınanlara köməyə gedən qüvvələr Sedan ətrafında çökəklik bir yerdə dincəlmək istəyərkən, Prussiya komandanlığı düşmənin buraxdığı bu səhvindən istifadə etdi və Sedan ətrafında hündür yerləri tutaraq fransızları mühasirəyə aldı. Fransız əsgərləri artilleriya atəşi altında mərdliklə vuruşsalar da, mühasirədən çıxa bilmədilər. III Napoleon 1870-ci il sentyabr ayının 2-də təslim olmağı əmr etdi. Fransız ordusu, imperator başda olmaqla, 82 min nəfər əsgər və zabit ilə birlikdə almanlara təslim oldu.Fransanın biabırçılıqla məğlub olması Paris əhalisini küçələrə çıxartdı. 1870-ci sentyabr ayının 4-də xalq kütlələri imperator III Napoleonun taxtdan uzaqlaşdırılmasına nail oldular. Əhalinin tələbi ilə Fransa respublika elan edildi. İkinci imperiyaya son qoyuldu. Xalqa demokratik azadlıqlar verildi. Burjua siyasi xadimləri təşəbbüsü ələ alaraq müvəqqəti hökumət təşkil etdilər. Müvəqqəti hökumət yaranmış vəziyyətdə "Milli Müdafiə Höküməti" qurulduğunu elan etdi. Lakin Milli müdafiə hökuməti sərəncamında xeyli hərbi qüvvənin və vətənpərvər könüllülərin olmasına baxmayaraq, alman ordusuna qarşı müqaviməti təşkil edə bilmədi. Bundan istifadə edən alman qoşunları Fransanın içərisinə irəliləyərək Parisi mühasirəyə aldılar. Müvəqqəti hökumətin milli müdafiə haqqında deyil, Bismarkla danışıqlar aparması xəbərini eşidən inqilabi vətənpərvər qüvvələr "sayıqlıq komitələri" qurur və hökuməti devirmək planları hazırlayırdılar. Bir neçə ay davam edən mühasirədən sonra almanlar Parisi ələ keçirdilər. 1871-ci il yanvar ayının 18-də Versal sarayında alman dövlətləri birləşmiş Almaniya imperiyasının qurulduğunu elan etdilər. I Vilhelm imperiyanı təmsil edirdi. Fevral ayında Almaniya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Nəticədə Almaniya Elzas və Lotaringiya vilayətlərini Fransadan aldı. Fransa 5 milyard frank təzminat verməli, həm də ödənişin başa çatmasına qədər Fransanın xeyli hissəsi alman qoşunlarının nəzarəti altında qalmalı idi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin