1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət



Yüklə 0,7 Mb.
səhifə64/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   60   61   62   63   64   65   66   67   68
Belge (6)

1. 1864-1865-ci illər. (Konkand xanlığının böyük hissəsi ələ keçirildi)

2. 1866-1873-cü illər (Buxara və Xivəxanlığı işğal edildi)

3. 1869-1884-cü illər (1881-ci ildə Göytəpəni, Aşqabadı,1884-cü ildə isə Mərvi işğal etdilər)

1865-ci ildə Daşkəndi işğal etdikdən sonra Rusiya 1867-ci ildə Türküstan general-qubernatorluğunu yaratdı. 1895-ci ildə Pamirin ələ keçirilməsi ilə Rusiya Orta Asiya və Qazaxıstanın işğalını başa çatdırdı. Orta Asiyada Rusiyada belə ekspanasionist siyasəti bölgədə möhkəmlənməyi qarşısına məqsəd qoymuş B.Britaniyanın maraqlarına zidd idi. B.Britaniyanın Orta Asiyadaki ekspansiya siyasətinin mərkəzində qərbi Çin-Sinzyan yox, Əfkanıstan dururdu. Onun vasitəsi ilə B.Britaniya Türkmənistana çıxış əldə etməyə çalışırdı. Hər iki dövlətin bu bölgədəki siyasəti hücum xarakterli idi. 1869-cu ildə Əfqanıstanda altı ilə qədər davam etmiş feodal ədavətinə son qoyuldy. Əmir şir Əli Əfqanıstanı siyasi cəhətdən birləşdirməyə cəht etdi. B.Britaniyanın Orta Asiyadakı siyasətini Hindistanın vest-kralı Lord Mayo həyata keçirdi. O Şir Əlini ələ almağa çalışırdı.Onlar arasında baş tutan göruşmədən sonra Şir Əli B.Britaniyada silah və pul aldı. 1869-cu ilin payızında İnglis höküməti ilə çar hökümətləri arasında danışıqlar aparıldı.Əldə olunar razılığa əsasən saziş imzalandı. Bu sazişə görə: Əfqanıstan Şir Əlinin hakimiyyəti altında olan vilayət kimi təstiq olunurdu. Lakin Şir Əlinin torpaqlarının sərhəddinin haradan keçdiyi heç kimə məlum deyildi. Çünki bu dövürdə Əfqanıstanın sərhədləri dəqiq deyildi. Bununla bağlı İnglis höküməti ilə Rus höküməti arasında danışıqlar aparıldı və əldə olunan razılığa əsasən Əfqanıstan Şir Əlinin hakimiyyəti altında olan vilayət kimi təstiq olundu. 1872-ci ildə tərəflər arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi ətrafinda müzakirələr aparıldı. 1872-ci il oktyabırın 17-də London sərhəddin Əfqanıstanın şimalından amu-Dərya çayı boyunca, onun yuxarısındakı Xoca Saleh məntəqəsinə və türkmənistan düzənliyinə qədər tanınmasını irəli sürdü. Rusiya Bodaxşan və Vaxan xanlıqlarının ərazisindən aşağı Amu-Dərya çayı boyunca ərazini sərhəd kimi qəbul edirdi. Bu iki xanlığın Əfqanıstan xanlığına daxil olduğunu rusiya qəbul etmirdi. Lakin sonra Rusiyanın mövqeyi dəyişdi və 1873-cü il yanvarın 31-də Rusiya B.Britaniyanın irəli sürdüyü təklifi qəbul etdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin